“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 29-da Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirilib.Milli.Az Trend-ə istinadən məlumət verir ki, Lənkəran şəhərinin Bayraq Meydanında ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Alov festivalının rəmzi qapısında yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə məşəli qəbul etdi.
Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirdi. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev parkına çatdırdılar.
Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırdı.
M.Tağıyeva Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birlikdə səhnədəki məşəli alovlandırdı.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün münasibətilə lənkəranları təbrik edərək bildirdi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların göstəricisidir.
Mərasimdə “Nənələr” folklor kollektivinin, müğənni Cavad Rəcəbovun, rayon musiqi məktəbinin xor kollektivinin çıxışları parka toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Festivalda aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.Alov şousu festival iştirakçılarına xoş ovqat bəxş etdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Yerə asteroid yaxınlaşır
Oğlaq və Oxatan bürcü uyğunluğu
Zövqlü xanımlar üçün
Bir-birinizi nə qədər sevirsiniz?
Azərbaycanın cənubunda evlər su altında qaldı
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
Yeni MacBook gəlir
Azərbaycan idman sarayı açdı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Toxluq hissi yaradan 5 ərzaq
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Darçınlı peçenye (foto resept)
Neslihan Atagülün geyimini lağa qoydu
Günün ulduz falı
"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov
Ozan Güvən “Babil”dən ayrıldı
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
HAVA necə olacaq?-31 dekabr
Sinem Kobal və Kənan İmirzalıoğlunun valideynlik həyacanı -FOTO
Aralıq dənizindən tapılan sirli tabut
Virtual dərəbəylik-real insanların virtual səfehliyi…
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
"Onların arasında sevgi yoxdur"
Hər yolun sonu Ona çıxır
Muzeyin görünməyən tərəfi
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Roma Papası macəra filmində çəkilir
Çində koronavirusa yoluxanların sayında yenə artım var
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
Buraxılış imtahanlarının vaxtı bilindi
Günəş dəhşət saçır
Ali məktəblər üçün şəhərciklər salınır
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Ayaqqabı modelləri
Bakıda "Röya adası" gerçək olur
Rusiya BMP-ləri Azərbaycana göndərir
Bakı aeroportunun yeni terminalı: o necə olacaq? - FOTO
Google-un lobbiçiləri zəifləyəcək
Qeyri-adi saç düzümləri
Dinim sünnilik yox İslamdır
İmmuniteti gücləndirən meyvələr
Uşaqları istidən qoruyun
Əllər üçün maskalar
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
- ŞƏRHLƏR