18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Abidələrimizin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs" jurnalı da İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun təhlükədə olan İrs siyahısından çıxarılması haqqında məqalə dərc etmişdi. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınan ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıb.Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən məhv edilir. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz isə sıradan çıxarılır.
İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Ümumilikdə işğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edib və dağıdıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Leonid Aqutin Bakıya tək gələcək
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(2)
Bəlkə, gedək sürüşək?
Yerli dezinfeksiya tunelləri istehsal olunur - VİDEO
Neftçilər Xəstəxanasında pulsuz müayinə
Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti
Tərxunlu hind toyuğu(foto resept)
Xanım Zeynəbin (s) hərəmində məhərrəmlik hazırlıqları davam edir
Bir yerdə idman edək-5
Malikanəsini 6 milyon dollara satdı -FOTO
Dünyanın ən yaşlı sakini Barak Obamanı 117-ci doğum gününə dəvət etdi
Klassik köynəklər
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Zebra çəkməyi öyrənək
Seyid Əzim Şirvani: şair, maarifçi, publisist
Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin
Frigidlik və ya cinsi soyuqluq
Facebook telefonunuza virus yayır
Hədik (foto-resept)
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Molla Nəsrəddinlə gülək
Köhnəlmiş ayaqqabıları yeniləyək
Dünya mətbəxi - İspaniya
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Yeni iri ilan növü aşkar edildi-FOTO
Məktəblilər susuzlaşma həddindədirlər
Ronaldodan duyğulandıran addım
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Quranı ayaqladı, polis tutdu
DSMF pensiyaçılara nə vəd edir?
Zövqlü geyimlər
Dərmanlar elektron reseptlə yazılacaq - ənənəvi reseptlərə son
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Azərbaycan milli uşaq oyunları-2
4 həssas nöqtəyə 4 həssas qulluq
Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO
Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB
36 saat çəkən evliliyindən danışdı
Sərinlənmək üçün soyuq su içməyin!
Murad Bozdan Azərbaycanın haqlı mübarizəsinə dəstək
Böyük döyüş baş tutacaq
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparıldı
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Geri qayıdan trendlər
Lindsi Lohan yenidən efirlərə qayıdır
Marsa göndərilən avtomobil Yerə çırpıla bilər
- ŞƏRHLƏR