"Aparılan təmir işləri ilə əlaqədar Bakının mərkəzində bağlanan bütün yollar yaxın 2-3 gündə açılaraq istifadəyə veriləcək".
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibiPünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, martın 26-sı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: “Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq”.
Bundan əlavə, P.Mürsəliyev qeyd edib ki, dünən axşam saat 23:00-dən etibarən təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda, Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlanıb: “Orada da köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Axşam saatlarınadək orada yeni örtüyün döşənməsi işləri yekunlacaq”.
"Azəryolservis"in sözçüsü bildirib ki, artıq bəzi yollarda işlər tamamlanmaq üzrədir: “Hazırda Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində son tamamlanma işləri aparılır. Burada xətlənmə işləri uzunömürlü isti və soyuq boyalardan istifadə edilməklə aparılır. Artıq bu gün saat 13-14 radələrində yolun bu hissəsi nəqliyyatın hərəkəti üçün açılacaq. Həmçinin Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir. Artıq küçə boyu yeni asfalt-beton örtüyü döşənir. Bundan əlavə, 20 yanvar dairəsi, Bakı dairəvi yolunda təmir işləri davam edir. Dünən Süleyman Rüstəm küçəsində görülən işlər başa çatdırılıb. Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq. Ümumiyyətlə, yaxın 2-3 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan bütün işləri tamamilə yekunlaşdırmaq fikrindəyik”.
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR