Respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini hamı hiss edir. Qarşıdan gələn bayramlar ərəfəsində Fond tərəfindən bir neçə rayonda yeni təhsil obyektləri istifadəyə verilir.
ANS PRESS xəbər verir ki, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində ən müasir standartlara cavab verən ikimərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsinə verilib. Son dörd ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib.Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olmaq məqsədilə körpələr evində olub. İkimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
O bildirib ki, əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin Ulu öndərin irsinin daşıyıcısı olan Heydər Əliyev Fonduna, fondun prezidenti Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər məhz bu inamla yaşayır və işləyirlər. Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!
Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.
Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti arzulayıblar.
Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala Bəhmənli kəndində tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaq. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Vensan Kassel evləndi-FOTO
Hamiləlikdə limonu əksik etməyin
Ətək modelləri
Amerikalılar Facebook-dan narazıdırlar
Zövqlü üzük modelləri
Saakaşvilidən Azərbaycana dəstək
Güllü yastıq
Cəbhədə silahlar susmur
“Məhəmməd” filminin treyleri yayıldı-video
Saxta “Samsung Galaxy S10+” smartfonu buraxıldı - VİDEO
İnsanoğlu bu gün bir addım da irəlilədi
Ulduzlar mərasimə qara geyindilər - FOTO
Dəbli yay donları
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
Sərt qışa hazırsınızmı?
Xloye Serdar Ortaç haqqında AÇIQLAMA verdi
Hava haqqında
"4 uşaqlı ailələrə növbədənkənar torpaq verilsin"
Hansı toyuqlar halaldır?
Android işlədənlərə bəd xəbər
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı ilə bağlı TÖVSİYƏLƏR
Müasir ev dizaynları
Avstriyada “Qarabağ məktəbi” açılacaq
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Bu icadlara inana bilməyəcəksiniz
Bakıda binalar yeni materiallarla üzlənir
Yuxu yozmaları - İ
Ermənilərə sillə kimi sözlər
Ukrayna Avropada koronavirusdan gündəlik ölüm sayına görə ikinci yerə çıxdı
Şəkər xəmirinin xeyrindən çox ziyanı var
Mənim seçdiklərim
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
Süni zülallardan əzələ hazırladılar
Belinizin incə olmasını istəyirsinizsə...
Sızanaqların qarşısını necə almalı?
Lissabonda Qarabağ münaqişəsi ilə bağlı vacib müzakirə baş tutub
Günün qoroskopu: müxtəlif təkliflər alacaqsınız
Toyuq xəngəli (foto resept)
Avropa çempionatında ilk gün: Millimiz darmadağın oldu
Uşaq pulunun bərpası yenidən gündəmdə - Təkliflər hökumətə göndərildi
Xiyarın faydalarını bilirsinizmi?
Gəlin maskaları
Yeni ilə xoşbəxt girmənin ən gözəl 10 yolu
Bal və darçınla arıqlamaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Sellülitə son
- ŞƏRHLƏR