Martın 6-da Azərbaycanın görkəmli siyasi xadimi, mütəfəkkiri, Şərqdə ilk demokratik dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 60-cı ili tamam olur.Məhəmməd Əmin bəy 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya gəlib. İlk təhsilini ikinci “Rus-müsəlman” məktəbində alıb, daha sonra təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirib. Məhəmməd Əmin Rəsulzadə inqilabi fəaliyyətə də həmin illərdə başlayıb. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə bağlı Bakını tərk edərək bir müddət İranda yaşayıb. Rəsulzadə İranda da siyasi fəaliyyətini davam etdirərək Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında İran Demokrat Partiyasını yaradır.Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şahından tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getmək məcburiyyətində qalır. O, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ildə fevral burjua inqilabı baş verir.
1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasını dünyaya yayır. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları içərisində hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.
1920-ci il aprelin 27-də baş verən sovet işğalı səbəbindən Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. AXC-nin qurucuları Azərbaycanı tərk etməli oldular. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Avropada mühacir həyatı yaşasa da ömrünün son illərini Türkiyədə keçirdi və 1955-ci il martın 6-da Ankarada həyata vida etdi. Məzarı Ankaranın mərkəzindəki Əsri məzarlığındadır. M.Ə.Rəsulzadə 71 yaşında dünyadan köçərkən son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini işlədib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hollivud “Peyğəmbər”i ekranlaşdırdı
Uşağınızı xəstəliklərdən qoruyun!
Cazibədar xanımlar üçün
Qarabaşaq unu ilə alma sıyığı (foto resept)
Azərbaycanda qadınların sayı azalır
Çağla Şikel gözəlliyi ilə diqqət çəkdi-VİDEO
İçi doldurulmuş kartof - 2(foto resept)
Saçlarınızı dəsmalla qurulamayın
Azərbaycanda nə qədər qadın sürücü var?
Öyrəşmək tərzi və öyrəşmək problemi
DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib
Reventador oyandı
Bakıda yol nişanları işıqlandırılır
Baş nazirdən İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR
Hadisə bacısını belə təbrik etdi
Bu maşın 14 milyon dollara satıldı
Makiyajla müxtəlif obrazlara çevrilir
Quşqonmazın faydaları
Dadlı evlər
Ali Lorak gözəlliyi ilə diqqət çəkdi-FOTO
Bu da ən uzun iftar süfrəsi
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Bakı bulvarından sakinlərə xoş xəbər
Abituriyentlərin DİQQƏTİNƏ: keçid ballarında yanlışlıq
Ölmədiyini sübut edə bilmədi
Prezident Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib
Bu 3 qidanı əsla uşaqlara VERMƏYİN! - XƏRÇƏNG YARADIR
Sabah hava yağmurlu olacaq, rayonlara dolu düşəcək
HAVA necə olacaq?-2 FEVRAL
Koronavirusa görə kimlər birdəfəlik ödəmə alacaq? - Nazirlikdən AÇIQLAMA
Əhmədinejat "Heydər babaya salam" oxudu-video
Quru pomidor salatı (foto-resept)
3 addımda Elsa Hoskun gündəlik makiyajı
Qadin.Netlilərin tərcümeyi-halı (2)
Maraqlı təsadüflər
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Saç rənginin təbii yolla açılması
Görmə əlillərinə ağıllı ayaqqabı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aktrisa əməliyyat olundu-SƏBƏB
Gələcəyinizi kimlərə tapşırmısınız?
Almaniya - Braziliya: hansı kanalda?
Albert Eynşteynin tüklü "qohum"u tapıldı
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Təzə zəncəfil çayı (video-resept)
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Yuxusuzluqdan xilas edən zəngli saat
İslam ölkələri dini bayramların eyni gündə keçirilməsi ilə bağlı razılığa gəlib
- ŞƏRHLƏR