Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.
Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:
1. Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi yaradılsın.
2. Müəyyən edilsin ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır.
3. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
5.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
5.2. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;
5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
- ŞƏRHLƏR