Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiyanın “Sberbank”ı Davosda Dünya İqtisadi Forumu çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Bu barədə Rusiya bankının yaydığı məlumatda deyilir. Sənədi ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev və “Sberbank”ın prezidenti German Qrefimzalayıblar.
Əməkdaşlıq istiqamətləri sırasında investisiya layihələrinin birgə maliyylələşdirilməsində tərəflərin iştirakı, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarətin maliyyələşdirməsinin təşkili, həmçinin dünya maliyyə bazarlarında əməkdaşlıq var.
Qeyd edək ki, bundan əvvəl Rusiya maliyyə institutları rəsmi Bakının nəzarət etdiyi qurumlara diqqət yetirmirdilər.
“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehdiyev"Turan"a bildirib ki, bu tendensiya Ukrayna böhranı ilə əlaqədardır. Belə ki, bundan sonra Rusiya bankları beynəlxalq banklararası informasiya ötürülməsi və ödənişlərin həyata keçirilməsi sisteminə (SWIFT) çıxış imkanlarını itirmək təhlükəsi ilə üzləşiblər.
Bundan əlavə, iri banklar və dünya səviyyəli digər maliyyə qurumları da “Sberbank”a kredit verməkdən imtina edirlər. Onlar hesab edirlər ki, bu, birbaşa Kreml tərəfindən idarə olunan qurumlardan biridir.
İqtisadçının sözlərinə görə, Davosda imzalanan saziş aralıq xarakteri daşıyır və Qərb strukturları “Moskva monstrı”na “yumşaq” yanaşmağa başlayan kimi sözügedən memorandum da hazırkı əhəmiyyətini itirəcək.
Rusiya “Sberbank”ı bu ölkənin ən iri banklarından və aparıcı qlobal maliyyə institutlarından biridir. Ölkənin bank sektorunun aktivlərinin təxminən 1/3 hissəsi bu bankın payına düşür.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın iri bankıdır. Hazırda bankın kapitalında 50,2 faizi dövlətə, 49,8 faizi özəl səhmdarlara məxsusdur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yaşlarına rəğmən cavan nənələr
Bakıda çörək daşınmasında qadağa olacaq?
Koronavirus soyuducuda 1 ay yaşayır, onu məhv etməyin yeganə çarəsi
Nişan üzükləri
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-1
TQDK-dan xəbərdarlıq: 1 gün qaldı
"WhatsApp" bombanı partlatdı
Dünyanın ən qorxulu bazarı
"Facebook" serverlərinin müdafiəsini gücləndirir
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
Heyva şirniyyatı (foto resept)
Yunan salatı (foto resept)
HAVA necə olacaq? 18 MAY
Silahlı Qüvvələrin Hospitalında uğurlu əməliyyat
Rusiyada selfi çubuqlarına QADAДћA
Facebook insan həyatını qurtardı
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı YENİ ƏMR
Doğum evinə götürüləcək ən əhəmiyyətli şeylər
"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
Nə istədiyini bilirsənmi?
Gələn həftə “WhatsApp”da pul köçürmək mümkün olacaq
Qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul olunacaq
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
İlon Maksın var-dövləti 1 gündə 8 milyard artdı
"Çokoprens" qurabiyyə (foto resept)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisinin açılışında iştirak edib
Su içmək üçün 7 səbəb
Hollivudun ən güclü ulduz cütlükləri - FOTO
Cool olmaq əslində nə deməkdir?
Onlar lobbiçiliyə pulu sel kimi ayırır
Reyhanlı badımcan dolması (foto resept)
Mayli Sayrusdan QALMQALAlı paylaşım
1 həftəyə 5 kiloqram arıqladan qarışım
2017-nin dəbi olacaq rənglər
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Azərbaycanda daha 2 televiziya açılır
Dövrümüzün "onurğa sütunu" problemi
Azərbaycan elminə ağır itki üz verdi
Ermənistan məhsullarını alardınızmı?
Sosial şəbəkələrdə təhlükəyə çevrilən tendensiyalar - Gündəmi kim dəyişir?
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Koray Avcı yeni İMİCDƏ-FOTO
Sabahın HAVAsı
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Sılanın döyülməsi yalan çıxdı-FOTO
Gülməli şəkillər
Zander (foto resept)
Avropa Liqası: hansı oyun hansı kanalda?
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
- ŞƏRHLƏR