«Bircə hərəkət və mənasız ömrün sonu. Bircə hərəkət bütün sıxıntı və əzablarıma son qoyacaq. Məni boşluqdan, heçlikdən çıxaracaq bircə hərəkət… Düşünmürəm, düşünmək istəmirəm, sadəcə, ölmək istəyirəm. Yox olmaq istəyirəm...».
Bu son hərəkət bəzən yeganə çıxış yolu kimi görünür. Əslində isə bu son hərəkət intihara cəhdin başlanğıcıdır. Bəzən insanın əli hər yerdən üzüləndə, ümidsiz, çarəsiz qalanda intiharı problemlərinin həllinin yeganə çıxış yolu kimi görür.
İntihar - problemlərdən çıxış yolu tapmamaqdır, yoxsa özünü cəzalandırmaq?
Bəzən insan özünü çıxılmaz vəziyyətdə hesab edir və çıxış yolunu intihar etməkdə görür. Real və nümayişli intiharlar var. Ruh düşkünlüyü, depressiyalar nəticəsində həyatdan küsərək özünü öldürmə halları real intihara aiddir. Yaxınlarını qorxutmaq məqsədi daşıyan intiharlar isə nümayişli intiharlardır. Nümayişli intiharlar da bəzən ölümlə nəticələnə bilər. İntihar - insanın özünə qarşı aqressiyasıdır.
Statistikaya görə, kişilər arasında intihar halları qadınlara nisbətən çoxdur. Sizcə, bunun səbəbi nədir?
Qadınlar, adətən nümayişli intiharlara cəhd edirlər. Kişilərdə isə real intihar halları çox olduğu üçün statistikada kişilərin sayı çox olur. Bundan əlavə, burada emosional faktorlar da əsasdır. Qadınlar yığılmış emosiyaları qışqırmaqla, ağlamaqla çıxara bilirlər. Xanımlar baş verən hadisələri rəfiqələri, ana-bacıları, yaxınları ilə bölüşürlər. Kişilər isə daha qapalıdırlar və onların daxilində üst-üstə yığılan xırda problemlər sonda böyük bir problemə çevrilir.
Bundan əlavə, şimal və qərb ölkələrində intiharlar halları daha çoxdur. Cənub, şərq ölkələri əhalisi daha emosional, daha hərəkətlidirlər, daha çox danışıb gülür, zarafat edirlər. Həm də bu ölkələrdə ailə anlayışı daha genişdir. Şimal, qərb dövlətlərində ailə deyiləndə ata-ana və bir, yaxud iki övlad nəzərdə tutulur. Bizdə isə ailə anlayışı daha genişdir. Ailə deyəndə əmi, xala, bibi, dayı uşaqları, nənə, baba və b. nəzərdə tutulur. Və insan hər hansı bir çətinliklə qarşılaşanda bütün qohumlar, dost-tanışlar yığışıb məsləhət verir, problemi birlikdə həll etməyə çalışırlar. Ailə bağlarının zəif olduğu ölkələrin əhalisi arasında intihar halları da çox olur.
Belə bir fikir var ki, intiharda irsi faktorlar da müəyyən rol oynayır. Bu nə qədər doğrudur?
Sözsüz ki, intihar edənlərin arasında ruhi xəstələr də olur. Bildiyimiz kimi, bəzi ruhi xəstəliklər irsən keçir və xəstəliyin nəticəsində intiharetmə də irsən keçə bilər. Amma belələrinin sayı o qədər çox deyil. Digər tərəfdən, hansısa bir psixoloji səbəbdən özünə qəsd edənlərin ailə üzvləri intihar etməkdən çəkinirlər. Bu faktor həmin ailələr üçün çox zaman bir növ profilaktik xarakter daşıyır.
Son zamanlar Azərbaycanda intihar halları çoxalıb. Sizcə, bunun səbəbi nədir?
İntiharın əsl intihar olub-olmadığını müəyyən etmək üçün istintaq lazımdır. Bəzən insanın ayağı sürüşüb çaya yıxılanda deyirlər ki, kredit borcunu verə bilmədiyi üçün intihar etdi. Bəzən isə intihar edənlərin ailələri utanaraq onun öz əcəli ilə öldüyünü deyirlər. Bəzən də əksinə, cinayətkarlar etdikləri cinayəti ört-basdır etmək üçün sui-qəsdləri intihar kimi qələmə verməyə çalışırlar. Real rəqəmləri isə biz bilmirik. Ümumiyyətlə, dünya statistikasında intiharlar dalğavaridir. Elə periodlar var ki, intiharlar çoxalır, yaxud profilaktik tədbirlər nəticəsində, ictimai-sosial vəziyyətdən asılı olaraq azalır. İntiharların statistikası ildən-ilə, hətta havanın depressiv, yaxud şən olmasından asılı olaraq fəsildən-fəslə də fərqlənir. Məsələn, payız aylarında intiharların sayı çoxalır.
Azərbaycanda sosial-maddi vəziyyətin pisləşməsi və ümumilikdə dünya böhranı ilə əlaqədar intiharların sayı bir qədər artıb. Lakin dünya statistikası ilə müqayisədə Azərbaycanda intiharların faizi çox aşağıdır.
Ölkəmizdə intihara hansı yaş qruplarında daha çox rast gəlinir?
Statistika göstərir ki, yeniyetmələr risk qrupunda ilk pillələrdə dayanırlar. Bildiyimiz kimi, onların psixologiyası tam formalaşmayıb və həyatlarında baş verən hansısa xırda uğursuzluq onlara həlli mümkün olmayan problem kimi görünür. Bəzən qəbul imtahanlarından sonra ali məktəbə qaxil ola bilməyən abituriyentlər arasında da intihar hallarına rast gəlinir. Uzun müddət universitetə hazırlaşıb imtahandan keçməyən abituriyent ailəsini rüsvay etdiyini düşünür və özünü öldürməkdən başqa çıxış yolu tapmır. Belə hallar, adətən imtahan cavabları məlum olduqdan az sonra baş verir. Zaman keçdikcə təbii ki, yeniyetmə özünü toplayır və intiharın nə qədər mənasız olduğunu başa düşür. Bu yaş dövrü üçün xarakterik olan digər səbəb eşq, məhəbbətdir. Yeniyetmə sevdiyi şəxsdən müsbət cavab ala bilməyəndə çıxılmaz vəziyyətdə olduğunu düşünür və intihar edir.
45-65 yaş qrupu ikinci risk qrupuna aiddir. Bu zaman orqanizmdə fizioloji dəyişikliklər başlayır. Bəzən xərçəng, şəkərli diabet, iflic və s. kimi müxtəlif müalicəsi olmayan xəstəliklər yaranır. İnsan çox vaxt müəyyən ümidlərlə yaşayır və inanır ki, hansısa yaşdan sonra övladları böyüyəcək, onları yerbəyer edəcək, nəvə-nəticələri ilə xoş güzəran keçirəcək. Bu zaman istər sosial, istər maddi, istərsə də tibbi problemlər baş verir. Bəzən bu problemlər üst-üstə düşür. Gələcək haqqında müəyyən baxış formalaşdırmış insan qarşılaşdığı problemlər qarşısında aciz qalır. Təbii ki, bu baxış heç bir məntiqə əsaslanmır. Lakin insanlar bəzən məntiqsiz hərəkətlər də edirlər və nəticədə özünü çarəsiz görən şəxs intihar etmək qərarına gəlir.
Sizcə, intihar hallarının qarşısını necə almaq olar?
İlk növbədə səbəbləri araşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda intiharla məşğul olan vahid mərkəz yoxdur. Profilaktik tədbir kimi bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Hər şeydən əvvəl bilmək lazımdır ki, hər intihar ölümlə nəticələnmir. Statistikaya görə, 10 intihar halından 2-si ölümlə nəticələnir. Digər hallarda isə insanı xilas etmək mümkün olur - o, ya əlil olur, ya zədələnir. İnsan bilməlidir ki, hansısa problemlərdən qaçmağa çalışarkən, daha çətin problemlərlə üz-üzə qala bilər.
Üçüncü mühüm profilaktika, sözsüz ki, ideoloji təbliğatdır. Heç bir din intihar edən şəxsi bağışlamır, bütün dinlərdə bu iş böyük günah sayılır.
Hər il Yer kürəsində təxminən 1 milyon adam intihar edir. Bu, hər 40 saniyədə 1 insanın intihar etməsi deməkdir. İl ərzində dünyada 19 milyon insan intihara cəhd edir.
Son yarım əsrdə dünyada intihar edənlərin sayı 60% artıb.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən, intiharların sayına görə Macarıstan və İsveç birinci yerdədir.
Araşdırmalar nəticəsində məlum olub ki, potensial intihar edənlərin risk qrupuna yeniyetmələr, ehtiyatda olan hərbçilər və silikon süd vəzisi olan qadınlar daxildir.
Statistikaya görə, intihar edənlərin 63%-i kişilər, 37%-i isə qadınlardır. Belə ki, Çin istisna olmaqla, dünyada intihar edənlər arasında kişilər üstünlük təşkil edir.
Hədislərdə buyurulur: «Kim özünü bir şeylə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir».
XƏBƏR LENTİ
Əmlakımızı niyə sığortalamırıq?
Tarix İnstitutu uydurma "erməni soyqırımı"nın 100-cü ildönümününə qarşı yeni kitablar hazırlayır
"Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"
Nazirlikdən Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANAT
Azərbaycanda koronavirusla bağlı müsbət dinamika: 369 yeni yoluxma - FOTO
Marsda göl tapıldı
İtaliyan modelyer qızıldan ayaqqabı tikir
Məşhur cütlük haqqında daha bir fakt məlum oldu-FOTO
İctimai Televiziya Şuşada - VİDEO
Azərbaycanda daha 9 nəfər koronavirusdan öldü: 417 yeni yoluxma
Pozitiv olmağın mənfi tərəfləri
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
Bacılar da bir-birini qısqanır...
Hamiləlik
Azərbaycanda maskanın qiyməti niyə bahalaşıb?
“Vasmoy bazarı” bağlanır? - RƏSMİ AÇIQLAMA
28 may Respublika günü
Payız fəsli üçün geyimlər
Azərbaycanda yaşayış yerini tərk edən 10 koronavirus xəstəsinə qarşı cinayət işi açılıb - FOTO
Beyons yenidən hamilədir!?
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Qışın trend dodaq boyası rəngləri
Siqaret zərərlidir, bəs qutusu?
İpoteka asanlaşdı: minlərlə aztəminatlı mənzil alacaq
Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Reynmen "YouTube"dən 130 min qazandı
Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər
İspanaqlı makaron (foto resept)
Bakının girişi dəyişiləcək - FOTO
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Qeyri-adi gücləri olan 4 insan
Əliyar Əliyevin qızı: “Bərxudarovun “Tikanlı zəmi”yə qələbə bayrağı sancmasını ondan çox gözləyirik” - VİDEO
Soyuqdəymə ilə necə mübarizə aparmalı?
Erməni idmançılar Azərbaycana gəlməkdən imtina etdilər
ATƏT yenə narahatdır
Sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə qoymaq məcburi oldu - RƏSMİ
Demet Akalının Azərbaycanla bağlı paylaşımı Diqqət Çəkdi-FOTO
Putin: “Azərbaycan tərəfi Qarabağdakı abidə və ziyarətgahlara sərbəst girişi təmin edəcək”
Məktəblərdə övladlarımızın sağlamlığı nə dərəcədə qorunur? - FOTO
Xoşbəxtliyin sirri
Kraliça yüksək maaşla "saqqızçı" axtarır
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Vergi faizi aşağı olan ölkələr
Müəllimlər üçün sınaq imtahanları keçiriləcək
Dünyanı gözləyən böyük təhlükə
Aşiq kişi uşaq kimidir
Gigi izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ
- ŞƏRHLƏR