“Qəbələ RLS artıq 3 ildir ki, öz fəaliyyətini dayandırıb. Bu səbədən də orda hər hansı şüalanmadan söhbət gedə bilməz. Həmçinin hər iksinin fiziki təsirli olmasına baxmayaraq radiasiya ilə elektromaqnit şüalanması bir-birindən fərqlidir”.Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyib. Nazirlik rəsmisi qeyd edib ki, stansiya fəaliyyətdə olduğu vaxtlarda həmin yerdə elektromaqnit şüalanması olurdu: “Onun üçün ayrıca aparat vardı, maqnit tezliyini, selini ölçürdü. 3 ilə yaxındır ki, stansiyanın fəaliyyəti dayandırıldığından orda bütün göstəricilər normadadır”. Onun sözlərinə görə, hazırda Qəbələ rayonun özündə gün ərzində 3 dəfə olmaqla radiasiya şəraiti yoxlanılır: “Böyük Qafqazın ətəklərində yerləşən bir rayon olduğundan onun özünəməxsus radiasiya şəraiti var. Orada dağ süxurlarının tərkibindən asılı olaraq radiasiya fonu məsələn, Abşerondakı kimi deyil. Qəbələ öz radiasiya fonuna uyğun olaraq stabilliyini qoruyub saxlayır. Bildiyiniz kimi, maqnit şüalanmasına səbəb olan Rusiyanın əmlakı idi, onu da özlərilə apardılar. Hazırda Qəbələdə yalnız karkaz, infrastruktur binalar, su xətləri qalıb. Yəni indi həmin stansiyada fəaliyyət göstərən bir şey yoxdur”. Qeyd edək ki, Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olaraq 1985-ci ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada anoloqu olmayan 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir stansiya İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına malik olub.Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların taraektoriyasını müəyyən edə bilirdi.Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdi.Stansiyada 1400 Rusiya hərbiçisi qulluq edirdi. Burada həmçinin Azərbaycan mütəxəsisləri də fəaliyyət göstərirdi.Ümumilikdə stansiyada 2000 nəfər fəaliyyət göstərə bilərdi.
10 dekabr 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə Rusiya RLS-in istismarını həmin gün dayandırdı. İstismarın dayanmasının səbəbi tərəflərin stansiyanın icarə müqaviləsinin uzadılması barədə şərtlərdə razılaşma əldə edə bilməməsi oldu.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Buraxılış imtahanları təxirə salındı
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Bakı çimərliklərində dənizə girmək QADAĞAN EDİLDİ
Bakıya yenə yağış yağacaq
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Badımcan salatı (foto resept)
Bakı 2015-in biletləri satışda
Ördək dimdikli dinozavr növü tapıldı
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Badımcan, pomidor,bibər dolması (foto resept)
“Virtual məktəb”də qeydiyyat bu gündən mümkün olacaq
35 il sonra bir araya gəldilər - FOTO
“Coker” filmi daha bir uğura imza atdı
Ermənilərdən 15 sentyabr təxribatı
Bu müəllimlərin maaşı 40% artırılır
Ziyafət geyimləri
Yeni orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib
Can Yaman anası ilə -FOTO
Dadlı toyuq qızartması (foto resept)
Labirint-3
Polşa höküməti istefa verdi
Alzheimer xəstəliyinin çarəsi tapıldı - YENİ KƏŞF
Çaynikdə qalan çayı atmayın
Niderlandda Bakı küçəsi - FOTO
Rubl kəlləmayallaq diyirlənir
Xoşbəxt olmaq istəyiriksə...
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan ordusunun giziri şəhid oldu
Günün ulduz falı - 23.01.2014
Günün ulduz falı
NASA elə bir faktı dünyadan gizlədir ki...-Tədqiqatçıdan Şok açıqlama
Kubokda püşk atıldı: kimlər qarşılaşacaq?
Azərbaycan Rioda daha bir medal qazandı!
Ahmet Kurala qarşı şahid peyda oldu
Pentaqon Ukraynaya yardım edəcək
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Megan Markl hərbi paradda hər kəsdən seçildi-FOTO
Rusiyanın qadağasının Azərbaycana aidiyyəti yoxdur?
Bakıda küləyin istiqaməti dəyişəcək
Gürcüstan azərbaycanlılarına şad xəbər
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
İşias ağrılarını azaldaq
Daşaltı əməliyyatından 23 il ötür
- ŞƏRHLƏR