Təhsil naziri Mikayıl Cabbarov orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA--ya verilən xəbərə görə, əmr orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.
Əmrə əsasən, orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına və Təhsil Nazirliyinin məktubuna uyğun olaraq paytaxtda yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını dekabrın 29-dan başlayaraq 3 (üç) həftə müddətinə başa çatdırsınlar, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər. Bundan əlavə, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir: "Onlar nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar".
Əmrdə imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versilməsi istənilib.
Nazirliyin Aparatın rəhbəri, İlk peşə və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yanmış tavanı necə təmizləməli?
HAVA necə olacaq?- 27 MART
Baha qiymətə satılan qeyri-adi əşyalar
Azərbaycan tarixindən yüz şəxsiyyət-83
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
Arnold Şvartsneger ilk dəfə baba olacaq
Azərbaycan neçə medal qazana bilər?
Xərçənglə mübarizədə vacib kəşf
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Mavi çayın faydası və zərəri
Robot beyin əməliyyatı həyata keçirdi - Dünyada ilk
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Mədəsindən 8 kq pul çıxdı – FOTO
İspan dili 21-ci dərs
Cəbhədə atəş səsləri səngiyib
Carnival Row-un fraqmentləri yayımlandı - VİDEO
2018-in ən maraqlı romantik komediya filmləri
Universitetlərdə kredit sistemi ilə tədrisin təşkili qaydaları təsdiqləndi
Cariyələrin kosmetika qabında nələr olurdu? (1)
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Qırmızı rəngi sevənlər üçün
Şaftalının faydalarını öyrənək.
Dölün inkişaf etapları
Tibbi sığortaya az qaldı
Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu
Rəqəmləri birləşdir-1
Hicablı deputatların sayı artır
"Bu, Qarabağ üçün intihardır"
Azərbaycana qar yağıb
İlin mühərrikləri seçildi
Dəbli qış ayaqqabıları
Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Otağınıza uyğun xalılar
Kanadalı rəssamdan mənzərə rəsmləri
Yay fəslinin klassik geyim tərzi
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Hər qadın bunları bilməlidir
Bakıya gəlməyə daha ehtiyac qalmadı
Xudavəngin vaizindən ermənilərlə monastırda yaranmış mübahisə ilə bağlı AÇIQLAMA
Bu gün Yaşar Nurinin doğum günüdür
Leyla Əliyeva və oğlu Rusiyanın mətbəx verilişinə çəkildi - Video
Hörgülü piroq (foto resept)
Nevrozu necə müalicə etmək olar?
İŞİD Türkiyəyə girdi
Bakı bulvarı tamamilə internetləşdiriləcək
Koronavirusa yoluxan Fatih Terimdən - Açıqlama
Nazir mobil telefon söhbətinə son qoydu
- ŞƏRHLƏR