Bu il ilk dəfə olaraq orta ümumtəhsil məktəblərində məktəbəqədər təhsil qrupları təşkil edilib. Lakin bu qruplarda hələlik yalnız 5 yaşı tamam olan və Bakıda yaşayan uşaqlar iştirak edə bilərlər. Belə qrupların təşkil edildiyi 7 saylı orta məktəbin direktoru Könül Həsənovanın sözlərinə görə, bu məktəbdə qruplar Azərbaycan və rus bölmələri üçün ayrı-ayrılıqda təşkil olunub. Qrupların hər birində 15 uşaq təhsil alır. Hər bir qrupun təhsil müddəti 8 ay davam edir və ildə 2 dəfə qəbul keçirilir. Direktor təhsilin ödənişli olduğunu (ayda 40 AZN) bildirib. Onun sözlərinə görə, təhsil müddətində uşaqlara bədii təfəkkürün inkişafı, nitqin inkişafı, musiqi, fiziki mədəniyyət, ətraf aləmlə tanışlıq kimi fənlər tədris olunur. Bu fənlərin uşaqlara əyləncəli oyunlarla tədris edildiyini deyən direktor tədris bitəndə uşaqların mənimsəmə səviyyəsini yoxlamaq üçün imtahanın təşkil ediləcəyini də bildirib. “Yüksək nəticə göstərən uşaqlar “istedadlı uşaqlar” qrupuna daxil ediləcəklər və 5 yaşından birinci sinifdə təhsil ala biləcəklər”, - deyə o əlavə edib. O həmçinin qeyd edib ki, yoxlamadan sonra yaxşı nəticə göstərən uşaqlara sertifikatın və ya hər hansı sənədin verilməsi, həmçinin müsbət nəticə göstərə bilməyən uşaqlar haqqında nə Bakı Şəhər Təhsil İdarəsindən, nə də ki, Təhsil Nazirliyindən heç bir təlimat verilməyib. Halbuki, Bakıda bəzi məktəblərdə yaxşı nəticə göstərən uşaqlara sertifkatların veriləcəyi bildirilib. Bu sertifikatlardakı göstəricilər isə həmin uşaqların birinci sinfə qəbulu zamanı nəzərə alınacaq. Lakin təhsil üzrə mütəxəssis Əşrəf Hümmətovun fikrincə, bəzi uşaqları başqalarından belə ayırmaq düzgün deyil. “Əgər biz inkluziv təhsil haqqında danışırıqsa, belə bir sistemin tətbiq edilməsi yanlışdır. Uşaqların fərqləndirilməsi “seçilməyən” uşaqlara psixoloji təsir edir. Bu, gələcəkdə uşaqlarda özünəinam kimi xüsusiyyətlərin formalaşmasına mənfi təsir edə bilər", - deyə o əlavə edib. ANS PRESS-in əməkdaşının Nərimanov rayonundakı məktəblərdən birində təhsil alan şagirdlərdən birinin valideyni ilə söhbəti zamanı valideyn bildirib ki, onun övladı birinci sinfə getmək üçün heç bir ödənişli kursa getməyib. “Oğlumun sənədlərini qəbul edəndən sonra onun gələcək müəlliməsi yayda 2 ay - həftədə bir neçə gün olmaqla ödənişsiz kurslar təşkil edib. Bu kurslar sayəsində də uşağım dərs başlayanda psixoloji və bilik cəhətdən məktəbə getməyə hazır idi. Gələn il isə ikinci oğlum məktəbə gedəcək. İndi uşaqların dərsləri çox ağırlaşıb. Hamı uşağını tanıdığı, “yaxşı ad çıxarmış” müəllimin sinfinə qoymaq istədiyi üçün sinifdə şagirdlər də çox olur – 30 nəfər. 45 dəqiqə ərzində isə müəllim bütün uşaqlarla məşğul olmağı çatdıra bilmir. Nəticədə valideyn məcbur olur ki, birinci sinif uşağını hazırlığa qoysun. Birinci sinifdən uşaq həm dərsə getməli olur, həm də hazırlığa. Buna görə uşaqlar çox yorulurlar, dərslərini vaxtında çatdıra bilmirlər”, - deyə valideyn bildirib. Təhsil üzrə mütəxəssis Əşrəf Hümmətovun da fikrincə isə istər məktəbəqəədr, istərsə də məktəb dərsləri 5-6 yaşlı uşaqlar üçün ağırdır. “Azyaşlı uşaqların enerjisi çox olduğu, əylənmək istədikləri halda parta arxasına oturaraq sırf dərslə məşğul olmaları düzgün deyil. Və dərs arası fasilələr uşaqların yorğunluğunun aradan qaldırılması üçün kifayət etmir”, - deyə Əşrəf Hümmətov əlavə edib. Ekspert sözündən belə çıxır ki, körpə uşaqların həddindən artıq dərslə yüklənməsi əks effekt verə bilər. Necə deyərlər qaş qayırdığımız yerdə vurub göz çıxarda bilərik.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Su haqqında bilmədiyiniz 7 inanılmaz fakt
Toy çantaları
İstanbula qış səyahəti (I hissə)
Tək rəng dəbi
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan Avropanın xəritəsini dəyişir
Norveçə getmək istəyənlərə xəbərdarlıq
Türkiyədə çayda üzən tabutlar insanları qorxuya saldı - VİDEO
Praktik mətbəx əşyaları
Sıla hamilədir!
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Doğuş sonrası və körpə
Rəqs etdiyi üçün həbs edilən qadın
Növbəti buraxılış imtahanları keçirilir
Putinin səhhəti yenə gündəmə gəldi
Manna piroqu (foto resept)
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Çox qeyri-adi park oturacaqları
Sosial şəbəkələr getdikcə öz mahiyyətini itirəcək?
İki ayda 176 azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib
Gökçe Bahadır müğənniliyin daşını artdı-SƏBƏB
Dırnaqdakı ağ nöqtələrin sirri açıldı
Ağ Evin saytında erməni təcavüzünə qarşı petisiya
Sənədsiz evlərə bəd xəbər
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi - RƏSMİ
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Xəyanətə məruz qalan qadın nə etməlidir?
"Sovetski"də söküləcək ticarət-iaşə obyektləri ilə bağlı yeni xəbər
Möcüzəvi dəqiqələr
İstirahət gününün HAVAsı
Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur - RƏSMİ
Hyustonun qızı komadan çıxdı
BÜRCLƏR bizə nə vəd edir?- 1 Dekabr
Uşaqların meyvə və tərəvəz yeməsi niyə vacibdir?
Azərbaycanda bu qadınlara fəxri adlar verildi - SİYAHI
Qırıcılarımız havaya qalxır
Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO
Tarkan şad xəbəri verdi: “Ata olacam” - VİDEO
Karantindən bezdi, evinin altında 120 illik tunel kəşf etdi - FOTO
Sobada pendirli göbələk (video-resept)
Qolu incəldən hərəkətlər
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Kolumbiyada güclü zəlzələ
Azərbaycanda yeni binalar belə tikiləcək
Ötən gecə qanlı Ay vardı - FOTO
"Yeni il fişəngi" salatı (foto resept)
Mövsümi allergiya nədir və ondan necə qorunmalı?
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
- ŞƏRHLƏR