Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, çöp çıxarma fəaliyyəti ilə məşğul olan insanları, yəqin ki, hamımız tanıyırıq və çox güman ki, ömründə bir dəfə də olsa hər bir uşağın burnu onların nəfəsindən keçib. Çox maraqlıdır, görəsən, səhiyyənin inkişaf etdiyi bir dövrdə çöpçünün bacardığı işi görmək o qədərmi çətindir?! Əslində sualın cavabını bu işlə məşğul olanların özlərindən öyrənməyə cəhd göstərsək də, heç bir çöpçü özündə cəsarət tapıb kamera önünə keçmək istəmədi.
İsti havada uşaqlar daha da aktivləşir. Bu aktivlik isə balacalara bəzən baha başa gəlir. Uşaq hərəkətli olduqda müəyyən cisimlər onların burun udlağı və qırtlaq udlağında ilişib qalır və nəticədə valideynlər çöpçülərə müraciət etməli olurlar. Əslində isə mütəxəssislər bu zaman çöpçülərə müraciəti yolverilməz hesab edir. Amma bu hal nə qədər yolverilməz hesab edilsə də, həkim məsləhətinə qulaq asan valideynlərlə yanaşı, qadağalara məhəl qoymayaraq pənahı çöpçüdə axtaranlar da az deyil.
Valideyn: “Bir də görürük ki, qızdırması var aparırıq çöpçüyə. Həm inanıram, həm də inanmıram. Amma çöpçüdən gələndən sonra uşaq özünü yaxşı hiss edir”.
Valideyn: “Heç aparmamışam. Ehtiyac olmayıb. Boğazlarında bir şey qalsa belə, gözləyirəm ki, özü çıxsın”.
Valideyn: “Görürəm bir gün, iki gün iştahası pozulub, qonşuda çöpçü var, aparıram onun yanına. Burnundan üfürür çıxır. Sonra uşaq yaxşılaşır”.
Valideyn: “Mən heç çöpçü tanımıram. Nəvələrimi də heç vaxt aparmamışam. Hamısı da sağlamdırlar”.
Valideyn: “Bu çöpçülər uşaqlara çox kömək edirlər. Çöpü qalanda aparırıq yanlarına, ondan sonra qızdırması düşür və uşaq yaxşılaşır”.
Valideyn: “İnamımız yoxdur. Biz daha çox həkimə müraciət edirik. Tibbdə elə bir şey yoxdur”.
Keçirilən sorğudan da görünür ki, fikirlər fərqli, düşüncələr müxtəlifdir. Amma əsas olan mütəxəssis rəyidir. Necə deyərlər, hər işin öz peşəkarı...
Leyla Hüseynova, Gəncə şəhəri 1 saylı Uşaq Xəstəxanasının loru: "Üfürməklə yad cismi çıxarmağa çalışırlar. Bu isə əksinə böyük fəsadlara gətirib çıxara bilər. Həmin cismlər tənəffüs yollarının daha aşağı hissələrinə düşə bilərlər. Bu da boğulmaya, nəfəs çatışmazlığına gətirib çıxara bilər. İnsanın ağız boşluğu müxtəlif mikroblarla zəngindir. Bəlkə, üfürən adam xəstədir, nəfəs yolu ilə uşaq yoluxa bilər".
Əvvəldə də qeyd etdiyimiz kimi müraciət etdiyimiz çöpçülər işi ilə bağlı müsahibə verməkdən yayındılar. Məqsədimiz asan yolla pul qazananların bazarına bais olmaq deyildi. Sadəcə, etdikləri işi əyani şəkildə göstərmələri lazım idi ki, tamaşaçılar da bundan bir nəticə çıxarsın. Hər halda arifə bir işarə də kifayətdir. Nəticə çıxarmaq üçün isə bir yox bir neçə nişanə verdik... İndi son qərar valideynlərindir, çöpçü yoxsa, həkim?!
XƏBƏR LENTİ
Almalı vatruşka (foto-resept)
Qara rəngli qar yağdı - FOTO
İran prezidentini belə görmüşdünüz?
Bakını yaşıllaşdırmaq üçün xaricdən gətirilən bitkilər zərərlidirmi?
Arıqladan dadlı detoks
Dəridəki çuxurlar üçün maska
"Qadınların yanınamı gedirsən? Qamçını unutma!" - Nitsşe
Gözəl bədənə sahib olmaq istəyənlər üçün 5 idman növü
Qadın geyimlərinin dəyişən dəbi
Məşhur modelyer həbs oluna bilər-SƏBƏB
11 yaşlı psixoloq
Hər il 300 ton qızıl zibilliyə atılır
Qarabağdan danışdılar
Millimizin səbəti "tapıldı"
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
Koronavirusun mənşəyi ilə bağlı AÇIQLAMA
İnternetdən ayrılmadan edə biləcəkləriniz
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
Ata nəsihəti
Qadin.Net - 6 YAŞ
Pazllar ("Fiksiklər")
"Sovetski", "Xutor" və "Papanin"də nə olacaq?
2020-ci ilin 6 dəbli rəngi
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA - FOTO
Gözəl rəsm əsərləri
Dünyanın ən uğursuz EVLİLİK TƏKLİFİ-VİDEO
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Britni Spirs yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Möhtəşəm yay ayaqqabları
Unikal enerjili avtomobil
Qafqaz Müsəlmanları İdarəsi qida məhsullarının halallığı ilə bağlı məsələyə dair mövqeyini bildirib
Prezident İlham Əliyev ötən gecəki aksiyadan danışdı-VİDEO
Qırmızı mərci sıyığı (foto resept)
Sevgililər günündə makiyaj necə olmalıdır?
Lənətlənmiş ada - Bura gələnlər yoxa çıxır
Paytaxtdan köç başladı
Barak Obama kəskin tənqid edildi
İlklər
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Qapımızı bəzəyək?
Dünya okeanının temperaturu rekord həddə çatdı
Beynindən qurd çıxarıldı-FOTO
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Düşmən silahlıları hərbçilərimizi atəşə tutdular
Dəri kurtkalar
365 min dollara kompüter satıldı
Dünya suyun altında qala bilər-Qorxunc proses başladı/FOTO
Çinlilər COVİD-19-a qarşı bunu da etdilər - FOTO