Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Nizami kitabxanası 19-cu əsrin ən gənc tikilisidir. Xalq arasında Tatlar məscidi kimi tanınan, bu tarixi abidənin adı əslində Hüseyniyyə mədrəsəsidir.
Hazırda kitabxana kimi fəaliyyət göstərən bu abidənin 1886-cı ildə tikildiyi mehrabındakı kitabədə göstərilib. Abidənin tikilməsində bir neçə nəfər iştirak edib. Ustaların tez-tez dəyişdirilməsi isə mehrabın əyri çıxmasına səbəb olub. Bir ustanın işi sonacan görə bilməməsinin səbəbini, professor Sadıq Şükürov öz araşdırmasında maddi çətinliklə bağlı olduğunu göstərib. Abidənin mehrabında hələlik yaxşı oxunan 3 kitabə var. Divar kitabələrindəki yazı tərzinin bir nəfərə məxsus olduğunu, xəttin eyni quruluşa malikliyi ilə müəyyənləşdirmək mümkündür.
Abidənin tikilməsi, adı və tarixi haqqında çox kiçik bir tarixçəni kitabələrdən əldə edirik. Həmin kitabələrin üçüncüsündə məlumat verilir ki, bu mədrəsənin yerini öz mülkündən şahzadə Bəhram Mirzənin qızı Səbiyyə xanım vəqf edib.
Abidə tikildikdən sonra məscid kimi istifadə olunsa da, bu, uzun müddət davam etməyib. 19-cu əsrin sonlarından başlayaraq, "Hüseyniyyə"nin otaqları Puşkinin 100 illiyi şərəfinə kitabxana kimi istifadə olunmağa başlayıb. Binanın cənub tərəfə baxan divarı vaxtilə uçub-dağılıb, sonradan bərpa olunarkən çay və mişar daşından istifadə olunub. Daha sonra binaya Nizami - Puşkin kitabxanası adı verilir. Hətta xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi yaradıb. Hazırda isə binada Nizami adına 19 saylı kitabxana fəaliyyət göstərir. Bütün deyilənlərə rəğmən, əsrlərin zülmətindən, istisindən, soyuğundan keçib, müasir dövrə gəlib çıxan acısını-şirinini qəlbində saxlayıb, ürəyini heç kəsə açmayan abidələrin tarixilik baxımından öyrənilməsi çox vacibdir. Təhlili vacib sayılan tarixin bu lal şahidləri əslində bilmək istədiyimiz, amma bilmədiyimiz çox mətləblərdən halidirlər. Bunu nəzərə alaraq deməliyik ki, adi bir kurqanın daxili və xarici keyfiyyətlərinə görə tarixi baxımdan qiymətləndirilməsi tədqiqatçı alimlərin diqqətində olmalıdır.
XƏBƏR LENTİ
Dünyadakı romantik şəhərlər
Əgər prezident olsaydım...(2)
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
Qara nöqətələrə qarşı ən effektli maska
Gigi Hadid çılpaq FOTOsessiya etdirdi
NASA alimindən YADPLANETLİ açıqlaması
İnstagramda Yenilik!
Qadının gözündən qurd çıxarıldı - Azərbaycanda -VİDEO
Kələm turşusu (foto resept)
Gənclərin yeni dəbi budur?
Təsirli Lamborghini Aventador
Bulvarda 15 gün "Lazer şou" olacaq
Rəngarəng ayaqqabı modelləri (2)
Çətirsiz evdən çıxmayın
Üz formasına görə makiyaj
Xüsusi souslu toyuq (foto resept)
Sezonun trendi: Albalı
Dəhşətli soyuqlar gəlir - Ən uzun, soyuq və amansız...
Ombudsman "İnsan hüquqları aylığı" keçirəcək
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb
Hər kəs bu VİDEOdan danışır
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Böhran haqqında hər şey!
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Bu il 10 min ailə dağılıb
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Məşhur aktyor xəstəxanaya yerləşdirildi-SƏBƏB
İki əlinizi birləşdirin və xətlərin kəsişdiyi nöqtəyə baxın
"Avlu"da bu mövsüm nələr olacaq? - VİDEO
Hiperaktivsiniz?
Qırmızı aksessuarlar
Günün qoroskopu: xoş gözlənilməzlik...
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Mən necə arıqladım?
BÜRCLƏR bizə nə vəd edir? - 14 mart
Ən yaxşısı yazmaqdı...
Dünyanın ən gözəl Universitet kitabxanaları
Arıqla və azad ol
Yeni sanksiyalar: hədəf Rusiya
Yer altında böyük sirr tapıldı
Dünyanın ən yaşlı insanının yaşam sirri
Çinin "Evlilik marketi" -FOTO
Madonna stuldan yıxıldı-VİDEO
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
Azərbaycanda qeyri-adi toy - FOTO
Daha az stress üçün 21 tövsiyə
Sarkozi 29 yaşlı məşhur aktrisa ilə evləndi
- ŞƏRHLƏR