Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.
2. Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etsin;
3.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb.
XƏBƏR LENTİ
C vitaminin vacibliyi
Azərbaycanda əl heykəlləri dəbə düşüb - QİYMƏTLƏR
Uzun yay paltarları
Hicablı xanımlar üçün ziyafət donları
Uşağı belə oturanlar, diqqətli olun!
Kitab rekord qiymətə satıldı
“Qalatasaray” da PSJ-nin halına düşdü
Qat-qat xəmirli albalılı pirojna (foto resept)
Həyatdan öyrəndiyim dərslər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
ƏRƏB TOY GEYİMLƏRİ VƏ MAKİYAJLARI
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
Koronavirusdan qorunmaq üçün BUNLARI EDİN
Bir sual yüzlərlə ev yıxdı!
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Coker” üçün 50 milyon dollarlıq təklif
İcaze.e-gov.az portalından qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ - VİDEO
Google İŞİD-ə qarşı müharibəyə başladı
Zəlzələ binalara ziyan vurdu
Rusiya yenidən saatı çəkir
ABŞ-da koronavirus peyvəndinin mümkün qiyməti açıqlandı
Keremdən Serenaya EVLİLİK TƏKLİFİ
Sürətli saç uzadan kök maskası
16 yaşlı qızın dadlı əl işi
Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” - VİDEO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Daşınmaz əmlak mütəxəssisindən qorxulu xəbərdarlıq
Ən sürətli saç uzadan maska
Alla Puqaçovanın növbəti əməliyyat istəyi ürəyində qaldı
Günün ulduz falı
Boyuna buz qoymağın faydaları
Azərbaycanda kütləvi kitabxanaların sayı azalır
Alişan doğulacaq oğlunun adını açıqladı-FOTO
Ermənilər Madagizi nə vaxt işğal etmişdi? - FOTO
Abxaziyadan Qarabağa gələn 20-dək muzdluya cinayət işi açıldı
Günümüzün narkotiki şəkər! (2)
Kartof dolması (foto resept)
Nazirlik rüşvət alan direktorla bağlı araşdırmaya başladı
Qadınların fərqli psixalogiyası(2)
WhatsApp-ın yeni sahibi danışdı
Ləziz salat (foto resept)
Kirayə mənzil: problemdən necə qaçmalı?
2013-2014 mövsümü üçün payız-qış kostyumları
- ŞƏRHLƏR