Bakıda hava 10°
USD AZN
EUR AZN
08:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41470

Qanunsuz dərman preparatlarının keçirilməsinin qarşısı alındı

 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34000 manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında, dövlət sərhəd xəttindən 200 metr məsafədə ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunub.Dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
0
879
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )