“Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidirlər. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan sınaq qiymətləndirilməsi səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir. Üzürlü səbəbdən imtahanda iştirak etməyən müəllimlər üçün müəyyən qısa müddətdə yenidən imtahan təşkil olunacaq. Bütün müəllimlər bu imtahandan keçəcək”.Bunu Modern.Az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tanrıquliyeva deyib.Onun sözlərinə görə, artıq Bakı şəhərindəki bütün məktəblərə buraxılış vərəqələri paylanılıb:“Artıq sınaq qiymətləndirilməsinə cəlb olunmuş Bakı şəhərindəki bütün dövlət ümumtəhsil məktəblərinə buraxılış vərəqələri çatdırılıb. Hazırda məktəb rəhbərləri tərəfindən buraxılış vərəqələrinin müəllimlərə çatdırılma prosesi gedir”.Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq.Təhsil naziri Mikayıl Cabbarov məllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə bir müddət öncə müvafiq əmr imzalayıb.Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq. Müəllimlər 2 saat ərzində 80 sualı cavablandırmalıdırlar. İmtahanda 40 sual ixtisas fənni, 20 sual metodika, 20 sual isə müəyyən kommunikativ qabiliyyətlərin ölçülməsi ilə bağlıdır.Qiymətləndirmə keçirildikdən təxminən 1 həftə-10 gün sonra nəticələr bilinəcək.Sınaq qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin fəaliyyətindəki boşluqları aradan qaldırmaq üçün təlimlər, yenidənhazırlıq, ixtisasartırma kursları təlimləri təşkil ediləcək və müəllimlər bu təlimlərə cəlb olunacaq.Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlər üçün isə həvəsləndirici tədbirlərin tətbiq olunacağı bildirilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR