Övlad sahibi olmaq hər bir ananın arzusu və sevincidir. Ancaq bəzən bu xoşbəxt hadisə sonradan çətin və məşəqqətli hala çevrilir. Bir çox ana doğuşdan sonra depressiyaya düşür, ruhi sarsıntı keçirir, aqressivliyə meylli olur. Özünü sanki boşluqda hiss edən ana hüznlənir və stress keçirir. Normalda bu problem 7-10 gün sonra düzəlir. Ancaq bu vəziyyətin davam etməsi ağır nəticələnən depressiya və psixozun əmələ gəlməsinə səbəb olur. Doğumdan sonra ilk 6 həftədə gizlicə başlayan bu hal bir neçə ay, bəzən isə 1-2 il uzana bilər.
Bioloji və psixososial səbəblər
Həkim-ginekoloq Bikəxanım Ələkbərova Milli.Az-a açıqlamasında deyir ki, doğumdan sonra bu problemlərin əsasını təşkil edən faktorlardan biri bioloji səbəblərdir. Hamiləlik zamanı kişi hormonlarından olan testosteron və "hamiləlik hormonu" adlandırılan progesteronun səviyyəsinin doğumdan sonra ani olaraq düşməsi depressiyanın əsas qaynağı hesab olunur. Həmçinin qalxanabənzər vəzin funksiyasındakı dəyişiklik və orqanizmdə fol turşusuna olan tələbatın vaxtında ödənilməməsini də psixoloji problemlər sırasına aid etmək olar. Digər faktor isə psixososial səbəblərdir. Belə ki, doğumdan sonra bütün qadınlarda hormonal dəyişikliklər olmasına baxmayaraq bu problemlə ancaq 10-15 faiz qadın, əsasən də gənc və ilk dəfə ana olanlar üzləşirlər. Buna səbəb isə ailədəki problemlər, maddi və cəmiyyətdə olan sosial sıxıntılardır.
Digər faktorlar
Həkim-ginekoloqun sözlərinə görə, doğumdan sonra qadınlar özlərini ətraf mühitdən təcrid olunmuş sayır, tənha - sanki boşluqda hiss edir, qayğıya daha çox ehtiyac duyurlar. Buna səbəb isə 9 ay müddətində bətnində olan körpənin dünyaya gəlməsidir ki, bu ayrılıq da anaya çətin gəlir: “Bu zaman belə bir sual meydana çıxır. Qadının bu vəziyyətə düşməsinin əsas səbəbi hamiləlik zamanı yaşadıqları problemlə, yoxsa körpə dünyaya gəldikdən sonra yaşadığı stresləmi bağlıdır? Burada hər iki faktorun olduğunu söyləmək mümkündür. Doğumdan sonra baş verən depressiyaya səbəb kimi, ruhi xəstəlik (stress, depressiya), ailədə problemlərin olması, arzuolunmayan hamiləlik, analığa hazır olmamaq, ilk hamiləlik, doğuş qorxusu və ailəvi dəstəyin olmamasını örnək göstərə bilərik. Doğum sonrası ailədə rol dəyişimi, yəni tək həyat yoldaşı olmaqdan ana olmağa keçid və körpəyə qulluğun yaratdığı stress psixoloji problemi ortaya çıxaran amillərdəndir. Hamiləlik zamanı ailədaxili münaqişələrin yaranması, ailədə soyuqluq, həyat yoldaşından yetərli dəstəyi almayan qadınlarda belə hallar daha çox özünü büruzə verir”.
Doğuş sonrası psixozun müalicəsi
Həkim-psixoloq Xəyalə Məmmədovanın sözlərinə əsasən, doğuşdan sonra yaranan depressiyanın səbəbləri müxtəlif olsa da, müalicəsi də çoxyönlüdür. Doğuş sonrası yaranan fiziki yorğunluğun istirahət edərək, körpə yatarkən onunla bərabər dincəlməklə, ailənin digər fərdlərindən yardım alaraq, hər gün müntəzəm olaraq təmiz havada gəzməklə və tez-tez duş qəbul etməklə qarşısını almaq lazımdır. Daha ağır depressiyalarda, uşağa qarşı davranışlarda aqressivlik edən, onların hər bir hərəkətinə əsəbləşərək özündən çıxan analarda isə vəziyyətin ciddiliyi nəzərə alınmalıdır. Buna səbəb isə doğumdan sonra depressiyanın ağır forması olan doğuş sonrası psixoz adlandırdığımız sindromdur. 2-3 həftə sonra özünü büruzə verən problemin əsas simptomları isə qarabasmalar, gecə yatarkən sayıqlamalar, özünə qapılma, qorxu hissi, ümidsizlik, uşağa zərər vermə düşüncəsi və sairdir. Belə xəstələr mütləq lazımi müayinələrdən keçərək müalicə almalıdırlar.
X.Məmmədova bildirib ki, müalicə zamanı həkim nəzarətində olan xəstələrə, lazım gələrsə, müxtəlif antidepressant dərmanlar verilə bilər. Bəzən bu tip dərmanların kömək etmədiyi və asılılıq yaratdığı fikri mövcud olsa da, bu belə deyil. Təyin olunan preparatlar düzgün və vaxtı-vaxtında qəbul olunmalıdır. Adətən xəstələr onların müalicəvi təsirini 10 gündən sonra hiss etməyə başlayırlar. Bunun üçün zamana ehtiyac var. Bu müddət ərzində “dərman kömək etmir” deyib ondan imtina etmək olmaz. Bəzən bu tip dərmanlarla müalicə 6 ay çəkir. Həkimin icazəsi olmadan onlardan imtina etmək olmaz. Çünki xəstəliyin əlamətləri yenidən qayıda bilər. Bundan başqa mütəxəssis tərəfindən ana ilə fərdi və ya qrup psixoterapiya söhbətləri də aparılması məqsədəuyğundur.
Məsləhət
B.Ələkbərovanın söylədiyinə görə, Azərbaycanda yenicə uşaq dünyaya gətirmiş ana ilə bağlı gözəl ənənə mövcuddur. Belə ki, doğuşdan sonra zahı qadına istirahəti üçün 40 gün şərait yaradılır. Ona əvvəlki gücünü toplaması üçün müxtəlif qüvvətləndirici yeməklər verilir, ev işləri və körpə ilə ailənin digər üzvləri məşğul olurlar. Qadın bədənində baş verən bu kimi dəyişikliklərə çətin uyğunlaşır. Onlar çox vaxt özlərini aciz hiss edirlər. Belə vəziyyətlərdə ana hər şeydən əvvəl mənəvi dəstəyə daha çox ehtiyac duyur. Anaya yeni dünyaya gətirdiyi körpənin onun qayğısına, nəvazişinə ehtiyacı olduğu və bundan sonra həyatında yeni səhifə açıldığı təbliğ olunmalıdır. Bu işdə həyat yoldaşı ilə yanaşı, digər ailə üzvləri də yaxından iştirak etməlidirlər. Ana düşdüyü vəziyyətdən çıxmaq üçün doğuşdan öncəki məşğul olduğu və zövq aldığı işlərlə vaxtını səmərəli keçirməli, köməyə ehtiyacı olduqda yardım istəməkdən çəkinməməli, rəfiqələri ilə və onunla eyni problemlə üzləşən qadınlarla dərdini bölüşməlidir. Yalnız bu kimi tədbirlər nəticəsində onlar reabilitasiya dövrünü asan keçərək yenidən xoşbəxt günlərinə qayıda bilərlər.
Zəhra
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Arizona (Glen Canyon)
Ərikli-çiyələkli piroq(foto resept)
Məktəblilərin ağır çantaları: nə etməli?
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Yağış yağacaq
Dubayda dünyanın ən hündür oteli açılır
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Günün qoroskopu - 11.12.2013
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Həm arıqla, həm də sağlam qal
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Sən kişi olsaydın...
Hadisə 33 saata klip çəkdi
Şagirdlərin tətil günləri başladı
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
Bensu Soralın toyundan FOTOlar
Məzardan çıxarılan meyit gülümsədi – Şok olay
Bu gün ali məktəbə qəbul imtahanı gedir
Madrid derbisində Xocalı qurbanlarının xatirəsi anıldı
Qaraciyər yağlanmasının səbəbləri
Can Yaman anası ilə -FOTO
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
İstirahət günlərinin hava proqnozu
Ecazkar xanımlar üçün geyimlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb
Dünya bu adamdan danışır
Üzən evlər
60 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusdan vəfat etdi
Hərbi hissələr Gəncədən çıxarılır
ABŞ bunu etsə, savaş olacaq
Xanımlar üçün paltolar
Günün ulduz falı - 09.12.2013
Mazda MX-5 GT təqdim olundu
Yeni klipində gözəgörünməz oldu
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
Dünyanın ən məşhur köpəyi öldü
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA
Aybaşı zamanı problemlər
Dollar yenə bahalaşdı
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Buse Varolun geyimi tənqid olundu-FOTO
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
"Qarabağ" azarkeşlərinə şad xəbər
- ŞƏRHLƏR