Bakı. Cavid Zeynallı - APA. Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib. APA-nın xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq. H. Abutalıbov deyib ki, ilin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq.
Bakının mərkəzində nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi barədə suala cavabında BŞİH başçısı bunları deyib: “Bu məlumatlar yalandır. İcra Hakimiyyətinin işçiləri, polislər qnundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, götürülür. Bununla bağlı birinci gün xüsusi sərəncamım olacaq”.
H. Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək. Onun sözlərinə görə, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq.Bakıda velosiped yolunun çəkilməsi barədə suallara cavabında H. Abutalıbov
geniş küçələr salınandan sonra velosiped yollarının da olacağını açıqlayıb.
Mənbə:Apa.az
XƏBƏR LENTİ
Problem sənsən!
HAVA necə olacaq?
Metobolizmanızı gücləndirin
Quzu ətli tantuni (foto resept)
2015-ci ilin aksessuarları
Gəlinlər üçün üzük sandıqçaları
Su da bahalaşdı
Sabahın hava proqnozu
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
İranda zəlzələ, 35 yaralı
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
16 milyon illik bitki aşkar edilib
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
iPhone və quqlofonlar...
Bu qidaları qətiyyən soyuducuda saxlamayın
HAVA necə olacaq?
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Neft bahalaşmağa başladı
Ştrix-kodlarda ölkələrin prefiksləri
İki hissəli gəlinliklər
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Neslihan və Kadirdən yeni FOTO
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Bir kərə yüksələn bayraq, bir daha enməz!
İncə qaşı olanlar üçün parik qaş
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Mənim arıqlama sirrim
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Seriallar
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Kilo almağın səbəbləri
Bibərin faydaları
Qarğıdalının faydaları
Badamlı kök piroqu (foto resept)
Mürəkkəb ləkəsi necə çıxar?
Ananaslı, şokoladlı ev tortu (foto resept)
İybilmə duyğusu yox olubsa, nə etməli?
Xarici turistlər bölgələrə axın etməyə başladı
Sevimli salat (foto resept)
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Granola (foto-resept)
Qadınlarımızın sayı açıqlandı