Qələbə günü münasibətiləbu gün Bakıdan-Sumqayıta retro avtomobillərinin yürüşü keçirilib.
ANS TV – nin məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubdan yürüşə başlayan həvəskarlar yolboyu böyük coşqu və maraqla qarşılanıblar. Dövlət Yol Polisi maşını ilə müşayiət olunan avtomobil karvanı əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətində oldu. Burada həm müharibə veteranları, həm də sakinlərlə görüş keçirilib. Daha sonra orkestrin müşaiyətilə retro-maşın karvanı Sumqayıt şəhərinə üz tutub. Yolboyu xüsusi siqnal səslərilə hər kəsin diqqətini cəlb edən avtomobillərin növbəti dayanacağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısı olub. Yürüşdə ümumilikdə 30 avtomobil iştirak edib. Yürüş iştirakçıları əsasən “Zim”, “Çayka”, “Volqa” və “Pobeda” markalı avtomobillərlə təmsil olunub. Daha çox diqqət “Pobeda” markalı avtomobillərə ayrılmışdı. Bu isə təsadüfi deyil. Çünki bu maşın məhz 9 may faşizm üzərinədə qələbənin şərəfinə istehsal olunub.
Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobillərini, “QAZ 21” və “QAZ 24” markalı maşınların modernləşmiş formaların görmək olardı. Elə bu “QAZ 24” markalı avtomobil də sahibi tərəfindən xeyli dəyişikliyə məruz qalaraq bu şəklə düşüb. Avtoretro klubun üzvü Əbdüləhəd Yusifoğlu sözlərinə görə, 5 il əvvəl bu maşın “QAZ 24” idi: “Özüm mühəndisəm, bacardığımı etdim və bu hala gətirdik. Artıq 2 ildir ki, bu yürüşlərdə iştirak edirəm”. Yürüş iştirakçıları arasında tək Bakıdan deyil, digər regionlardan qatılan avtomobil həvəskarları da var idi. Yürüşdə fəallığı ilə seçilən “Avtoretro” klubun icraçı direktoru Kamran İsmayılov bu cür paradı artıq 11 ildir ki, həyata keçirtdiklərini bildirib. K.İsmayılov deyir ki, hazırda “Avtoretro” klubun 50 üzvü var. Marşurut xətlərimiz isə əsasən Bakı-Quba və Bakı-Sumqayıt yollarıdır. Yürüş iştirakçılarının sonuncu dayanacağı, köhnə avtovağzal yaxınlığındakı Mehdi Hüseynzadənin abidəsinin önü olub. Onlar abidə önünə gül dəstələri qoyublar və daha sonra yenidən yola düzəliblər.
XƏBƏR LENTİ
Günün ulduz falı
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Sevin, sevilin, kəşf edin...
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Toylarda bizə niyə toy tuturlar?
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Nədir sevgi?
Qara nöqtələr üçün 3 təbii maska
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
Anaya və ataya hörmət
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Qeyri-adi toy karvanı hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycan Rusiyadan qaz alacaq
Sibel Can Bakıya gəldi
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
İnternetdə mühafizə problemləri artır
Dünyanın ən bahalı retro maşınları Bakıda
"Çinar" şokoladı (foto resept)
2019 toy trendləri
Neft ucuzlaşdı
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Saçlar sağlamlığınız haqqında nə deyir?
Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?
Göz sağlamlığınız üçün incə məqamlar
Onlar qardaş imiş - FOTO
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Listdə pendirli rulo boxça (foto resept)
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Əhaliyə xəbərdarlıq
Bananlı kokteyl (foto resept)
Həsən Məmmədovun bu gün doğum günüdür
HAVA necə olacaq? 18 Mart
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Depressiyadan xilas olmaq üçün nə etməlisiniz?
Namaz: Allaha ibadət, yoxsa...?
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
23 gün Şaxtada yaşayan şəxs xilas edildi-VİDEO
Onu kim unudar?! "Məhəmməd, ay Məhəmməd..."
Yağları əridən çay
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Kartof Kroket (foto-resept)
At şampununun saçlarımıza təsiri
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Şvartsenegger əməliyyat olundu
Bu günün hava proqnozu
Cəfəri ye,sağlam ol!