İndi əksəriyyət üçün ayaqüstü qida vaz keçilməzdir. Bu cür qidaların insan sağlamlığına zidd olduğu nə qədər deyilsə də həkimlər bunu təsdiq etsələr də insanlar nədənsə bu xəbərdarlığa qulaq asmaq istəmir. Belə ki, iki addımdan bir açılan hazır qidalar üçün yerlər günün bütün saatlarında insanla dolu olur. Xüsusən dönərlər ayaqüstü qidalar arasında ən seviləni və seçilənidir. Gigiyena və Epidemiologiya Mərkəzi 2006-cı ildə toyuqdan dönərin hazırlanmasını qadağan etsə də, bu qadağaya əhəmiyyət verən yoxdur. Mehman Məlikov 10 ildir dönər satmaqla məşğuldur. Dediyinə görə, dönər əslində heç də təhlükəli qida deyil. Toyuq ətinin qadağan olunmasına baxmayaraq dönərxana elə toyuq budundan hazırlanan dönəri müştərilərə təklif edir. M.Məlikov dönərin sənədlərinin olduğu və təmiz toyuq budundan hazırladığını deyir: "Səhiyyə Nazirliyindən gigiyenik sertifikat var. Üstəlik mərkəzdə yerlədiyimiz üçün bizim gigiyenadan uzaq bir şəraitdə dönər hazırlamağımız qeyri-mümkündür".
Son günlər dönərxanaların sosial şəbəkələrdə yayılan iyrənc mənzərəsi də dönərləri yeyib-yeməmək haqda insanı düşündürür. Buna baxmayaraq insanlar elə düşünə-düşünə də dönər yeməkdən imtina etmir. Bakı sakini Lamiyə Əmiraslanova dönərdən birdəfəlik imtina edib. Baxmayaraq ki, bir vaxtlar onun sevimli qidaları arasında dönər birinci yerdə olub: "Uzun illərdir ki, dönər yemirəm. Dönərin içindən parça qalığı çıxdıqdan sonra dönərdən imtina etmişəm. Yəqin ki, o parça dönərxanada piştaxtanı silmək, yaxud qabları yumaq üçün nə vaxtsa istifadə olunub. Tərkibinə gəlincə, dönər yediyim vaxtlarda tərkibi ilə elə də maraqlanmamışam. Daimi toyuq dönəri yediyim üçün dadından toyuq olmasını bilirdim. İndi ümumiyyətlə, dönərxana görmək istəmirəm. Natəmizlik və xəstəlikdir. Dönər satanlar formalar geyinirlər ki, guya məkan təmizdir. Razıyam, dönər satan adi köynək - şalvarda olsun, amma dönəri vicdanla hazırlasın".
Ətin keyfiyyəti məsələnin bir tərəfidir. İkinci amil, qidanın necə bişirilməsidir. Xəstə ətin tərkibinin yüksək istilikdə dəyişəcəyi, mikroblarının məhv olacağı fikrində olanlar yanılırlar. Çünki sağlam olmayan ətin tərkibini bişirərək sağlamlaşdırmaq qeyri-mümkündür. Məhsul özlüyündə keyfiyyətsizdir. Dönərxanaların bəzisində "İnoksan" cihazlarından istifadə edilir. Əksetdirici xüsusiyyətə malik olan bu cihazlar ətə yalnız tüstünü buraxır. Digər tərəfdən, əhali öz sağlamlığının qayğısına qalırsa, dönərçidən dönər almamışdan öncə ətin keyfiyyət sertifikatını tələb etməlidir. Aparılan müşahidələr onu göstərir ki, bununla da maraqlananlar demək olar yoxdur.
Son zamanlar məhz dönərxanalara, kafe və restoranlara keyfiyyətsiz ət paylanılması faktları ard-arda aşkarlanır. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər məntəqələrində qanunsuzluq aşkar edildikdə sahibkarlara qarşı inzibati qaydada cəzalar tətbiq olunur. Fiziki şəxslər 50-100 manata qədər, vəzifəli şəxslər isə 100-200, hüquqi şəxslər isə 200-400 manata qədər cərimə olunurlar. Bu hal təkrarlandığı zaman isə həmin obyektlərin bağlanması haqda qərar qəbul olunur. Dönər bıçağının tez-tez itilənməsi də insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən, poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəklində qalır. Dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edilir. Bu isə çox böyük təhlükədir.
XƏBƏR LENTİ
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Azərbaycanda Konstitusiya Günüdür!
Məşhur aktrisa Can Yamanı yalançı adlandırdı-SƏBƏB
Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər - VİDEO
Quru dərilər üçün effektli maskalar
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Gözəl ziyafət geyimləri
Təbabətdə inqilab kimi yenilik
30 yaşdan sonra hamiləlik
Məşhur aktrisanın sərt sözlərinə CAVAB gecikmədi
Ronaldonun tətilə xərclədiyi məbləğ TƏƏCCÜBLƏNDİRİR_FOTO
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Azərbaycanda bir layk və şərhə görə boşananlar var
Seçkilərdə iştirak edən Sezen Aksudan qəribə AÇIQLAMA
Kirayə yolu ilə mənzilləri necə əldə etmək olar? - Ekspert BÜTÜN DETALLARI AÇDI (VİDEO)
Saç tökülməsinin qarşısını alan maska
Pislik hissi
YARPAQ DOLMASI (foto resept)
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Gülben Ergendən AÇIQLAMA
İnfarktın səbəbləri
Rusiyada COVID-19 əleyhinə ikinci vaksin oktyabrda hazır olacaq
Bakıda 1 tonluq bayram xonçası - FOTO
Dərman xərcləri artır
Günün ulduz falı
Qadın xəstəliklərinə türkəçarə
Onurğaya zərər verən vərdişlər
Füsunkar Göygöl
Prezidentə məktublar: "Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur"
Mehmet Ali Ərbilin adı şirə verildi - Foto
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
İdman ayaqqabıları
Hansısan?
Bakı Zooparkı fəaliyyətini dayandırır
Göz iltihabı
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Dəbli qısaboğaz çəkmələr
Azərbaycanda pullu yollar pul gətirəcək?
Manat yenə ucuzlaşacaq?
Bu gecə bankomatların 60%-i işləməyəcək
Ermənistan silkələndi
Güləş üzrə reytinq siyahısı açıqlandı
Tarixdə İlk Dəfə görüntüləndi-FOTO
Ən yaşlı kişi uzunömürlülüyünün sirri ilə bölüşdü
Kremli çörək
Yaz yorğunluğunu depressiyaya çevirməyin
Lazımsız dostla münasibətləri kəsməyin yolları
TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA
İnsan səadətini harada axtarmalıdır?
İran və Rusiya prezidentləri Bakıya nə vaxt gələcəklər?
- ŞƏRHLƏR