Yay mövsümünün yaxınlaşmasını nəzərə alan Səhiyyə Nazirliyi insanlar arasında bağırsaq infeksiyalarının yayılmaması üçün onları diqqətli olmağa çağırıb
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Trend-ə deyib ki, ilin isti dövründə - yay aylarında, payız fəslinin əvvəllərində insanlar arasında bağırsaq infeksiyalarına daha çox rast gəlinir.
Onun sözlərinə görə, insan bağırsaq infeksiyalarına daha çox ağız boşluğu ilə yoluxur. Mikrob insanın ağzından onun mədəsinə, nazik bağırsaqlarına gedərək orada çoxalır: "Xəstəlik insana asqırmaq, öskürməklə keçmir. İnsanların sanitar mədəniyyəti olsa, öz əli ilə mikrobu ağzına salmasa, çirkli əllərini ağzına qoymasa, xəstələnməz".
Ş.Qurbanovun sözlərinə görə, keyfiyyətsiz su içildikdə, yaxşı yuyulmamış meyvə-tərəvəz yeyildikdə, çirklənmiş göllərdə çimərkən həmin su udulduqda insanlar bağırsaq infeksiyalarına yoluxa bilərlər.
İnsanların yay aylarında suya olan tələbatının daha çox artdığını deyən direktor müavini bildirib ki, çoxlu maye qəbul edildikcə mədənin turşuluğu aşağı düşür. Bu da mədəyə düşən mikrobun artmasına imkan yaradır: "Ona görə də bağırsaq infeksiyaları yay aylarında daha çox yayılır. Bununla yanaşı, havanın temperaturunun yüksəlməsi də suda bu infeksiyaların artmasına səbəb ola bilər".
Ş.Qurbanov deyib ki, çimərlik mövsümündə də dəniz suyundan insana bağırsaq infeksiyalarının keçmə ehtimalı çox olur.
Stansiyanın direktor müavininin sözlərinə görə, insanın immun sistemi zəif olduqda həmin infeksiyalara yoluxma ehtimalı artır. Bağırsaq infeksiyasına yoluxmuş insanın yaşı da bu xəstəliyin ağır, yaxud yüngül formada keçməsində rol oynayır.
O qeyd edib ki, bu xəstəliyə yoluxmamaq üçün insanlar sanitar-gigiyenik qaydalara düzgün əməl etməli, yeməkləri düzgün qaydada hazırlamalı və saxlamalıdırlar. Çünki düzgün şəraitdə hazırlanmayan və saxlanılmayan xörəklərə mikrob düşdükdə o, çox sürətlə yayılır. Həmin xörəkləri yeyən adamlar isə xəstələnirlər: "Azərbaycanda 1980-ci illərdə belə hal olub. Həmin vaxt xaş hazırlanarkən çirkli əllərini ona vurmuşdular və nəticədə xeyli adam xəstələnmişdi".
Sanitar şəraiti aşağı səviyyədə olan ərazilərdə bağırsaq infeksiyalarının yayılma ehtimalının çox olduğunu xatırladan Ş.Qurbanov ölkə ərazisində son 15 ildə bağırsaq infeksiyalarının qeydə alınmadığını da söyləyib: "1970-80-ci illərdə bağırsaq infeksiyaları, xüsusilə qarın yatalağı insanlar arasında çox qeydə alınırdı. Hətta xəstəliyin epidemioloji ağırlaşmaları da baş verib: Həmin vaxt Bakıda, regionlarda suyun keyfiyyəti pis olduğundan bağırsaq infeksiyaları tez-tez qeydə alınırdı. Amma son 15 ildə Azərbaycanda bağırsaq infeksiyaları qeydə alınmayıb. Azərbaycanda son dəfə vəba 1998-ci ildə qeydə alınıb".
XƏBƏR LENTİ
Göz formasına uyğun makiyaj etmək üsulları
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Ləkə çıxararkən edilən 7 xəta
Qısqanmaq və tərk etmək
Məşq sonrası aclıq böhranı
91 yaşlı kişi paraşüt qəzasından sonra sağ qaldı
Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
Nazirlik boya sexini məhkəməyə verdi
Fatih Terimin Bakıdakı mətbuat konfransının vaxtı açıqlandı
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Dadlı "Snikers" tortu (foto resept)
Kələmli qarğıdalı salatı (foto resept)
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Gürcüstanın bu kəndində 17 nəfər koronavirusa yoluxdu
Obama iftar verdi
Ralph Laurenin payız kolleksiyası
Sağlamlığımızı kimə etibar etməli?
Cansu da ekranlara qayıdır
Bu gün “Üç aylar” başlayır
Zəlzələ qayaları uçurdu
Qırmızı bibərli xam sous (foto resept)
Johnny Depp'in 18 yaşlı oğlu diqqət çəkdi
Söz birləşməsi-1
Burak və Fəxriyyə Karanın 1 yaşını belə qeyd edəcəklər... - FOTO
Aprel döyüşlərində dağılan evlərin təmiri başladı
Google-dan yeni xidmət
Həftədə 5 kq arıqlamaq üçün pəhriz
"Göbələk" tortu (foto-resept)
Dünyanın ən böyük şokolad tablosu ilk Avropa Oyunlarına həsr ediləcək
BMT ekspertləri Suriyanı sabah tərk edəcəklər
Angela Merkel Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırdı
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim" - FOTO
Sakit və rahat yatmaq üçün
Britni Spirs yenidən məhkəməlik oldu-SƏBƏB/FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
10 dahini ölümə aparan 10 axmaq hərəkət
Azərbaycanda növbə mədəniyyətsizliyi və biz...
TƏBİB-dən əhaliyə MÜRACİƏT
Qadınlar necə qənaət edir?
Yeni metro stansiyaları nə vaxt istifadəyə veriləcək?
Hamiləlikdə hansı idmanlar edilə bilər?
Ölkələrə görə dəyişən süfrə qaydaları
Squat nədir, necə edilir?
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Sizə hansı vitaminlər lazımdır?
Ermənistan qazsız qaldı
Aztəminatlılara birdəfəlik yardım 290 min ailəni əhatə edəcək
Keçibuynuzunun faydaları
Əl boyama sənəti ilə hazırlanılan heyvanlar aləmi
Bazarlarda qiymətlər bahalaşdı