"Milyonerlər məhəlləsini fərdi yaşayış evi tikilməsi üçün buraxmaq olmazdı..."Bakının hər yerində aparılan söküntü-tikinti işləri insanlar üçün qəribə sual yaradıb - paytaxtın hansı hissəsi sökülməyəcək. İnsanlar ev almaq üçün sökülməyəcək yer axtarır, maraqlanır ki, harada daimi yaşamağa ev qura bilər.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyi icraçı direktor Ramin Osmanlı Milli.Az-a açıqlamasında bildirdi ki, 2025-ci ilə qədər Bakı şəhərinin mərkəzi ərazilərində olan bütün fərdi yaşayış evləri söküləcək. Bu ərazilərə Kubinka, Yasamal, Montin və digərlər yerləri aid etmək olar. Həmin yaşayış sahələri şəhərin mərkəzindədir, amma köhnə və məhdud infrastruktura malikdir, daha çox birmərtəbəli yaşayış evlərindən ibarətdir. Ekspertin sözlərinə görə, Bakının mərkəzində həyət evi tikmək məsləhət deyil. Kimsə bunu istəyirsə, məsləhət görülür ki, paytaxtın mərkəzindən kənara çıxsın.
Bina evlərinə gəlincə, R.Osmanlı qeyd etdi ki, sakinlər daha çox sənədləri qaydasında olan çoxmərtəbəli tikilələrdə mənzil alsınlar. İtalyan, fransız layihəli çoxmənzilli binaların belə söküntüsü ilə bağlı müzakirələr gedir. Yaxın gələcəkdə də bu istiqamətdə qərarların qəbul olunacağı gözləniləndir. Doqquzmərtəbəli Leninqrad, Kiyev layihəli eksperimental yaşayış binalarındansa, yeni tikililər daha məqsədəuyğun və daha keyfiyyətlidir. Mənzillər yaşayış minimumunun tələblərinə cavab verməlidir.
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müaviniNizami İsaqov Milli.Az-a bildirdi ki, sabah harada dövlət əhəmiyyətli yol salınırsa, tikinti aparılırsa, həmin ərazinin sökülməsi mümkündür. Direktor müavininin sözlərinə görə, dünyanın hər yerində belədir:
“Bakı günbəgün böyüyür və dəyişir. Bir və iki mərtəbəli binalar artıq sökülür. Sovet dövründə tikilənlər, xruşovka, panel evlər bu gün olmasa da, yaxın gələcəkdə söküləcək. Doqquzmərtəbəli binaların hələ sökülməsindən söhbət getmir. Xruşovkalar artıq ömrünü başa vurmuş binalardır. 50-ci illərdə tikiləndə 30 illiyə istifadəsi nəzərdə tutulurdu. Hazırda həmin binalar bugünkü tələbatlara uyğun deyil. Hazırda dövlətin qarşısında duran bir və iki mərtəbəli binalardır, sonra bu beşmərtəbələr söküləcək. Kubinka və Yasamalın sökülməsi dövlət proqramı ilə nəzərdə tutulub”.
Direktor müavini Bakının mərkəzində “milyonerlər məhəlləsi” kimi tanınan ərazi ilə bağlı da danışdı: “Tbilisi və Teymur Əliyev küçəsində tikilən məhəllənin sökülüb-sökülməyəcəyini indidən heç kim deyə bilməz. O ərazini fərdi yaşayış evi tikilməsi üçün buraxmaq olmazdı, çünki şəhərin əsas perspektiv inkişaf yeridir. O vaxt fərdi evlər üçün ayrılıb, ola bilsin gələcəkdə, məsələsi qalxacaq. Şəhərin mərkəzində birmərtəbəli və ya ikimərtəbəli, həmçinin fərdi yaşayış evləri müvəqqəti tikililərdir”.
“Şəhərin mərkəzində fərdi yaşayış evi üçün torpaq ayrılması yoxdur. Şəhər ətrafında - Badamdar, Xırdalan, Biləcəri, At yalı, Bakıxanov tərəfdə fərdi evlər tikilir. Şəhər kənarında ev tikmək daha təhlükəsizdir, çünki şəhərdən kənarda heç kim şəhər salmayacaq, amma şəhərin içərisi yenilənir, tikilir” - deyə direktor müavini əlavə etdi.
Anar Məmmədov
Mənbə:Milli.Az
XƏBƏR LENTİ
Ajda Pekkanın fotoşopsuz halı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar
Zeytun salatı (foto-resept)
Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Bir daha yorğun görünməyəcəksiniz
İnsanı eybəcər şəkilə salan xəstəlik
Cəbhədə erməni təxribatı
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Ermənistan ordusu atəşkəsi pozub
U-17 Avropa çempionatında finalçılar məlum olub: Dadaşov yenə fərqləndi
Sabahın HAVAsı
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Sızanaqlara qarşı nələri etməliyik?
Tovuzda zirzəmidən minaatan mərmisi aşkarlanıb - FOTO
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Tezliklə ayrılacağınızın 5 əlaməti
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Gizli günah qorxusu
Naomi Kempbelldən GÖZLƏNİLMƏZ FOTO
Elektron ticarət 1 trilyon dollara çatacaq
Məşhurlar makiyajsız necə görünür?
Hamiləyəm?
Pilates topuyla doğuşu asanlaşdırın
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Markdan iddialı AÇIQLAMA
Hava haqqında
Son dəb makiyaj üsulu
Ən səxavətli ölkələrin siyahısı
Kosmetik preparatlar
Qaranlıq beyni inkişaf etdirir
“WhatsApp” “Facebook”u ötüb
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Qarabağa səyahət (2)
Yevlaxda qeyri-adi olay
HAVA necə olacaq?-27 İyul
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
Düşüncənin riyazi dili - Təfəkkür dünyası
ABŞ-dan ermənilərə zərbə
Bu gün Səyavuş Aslanın doğum günüdür
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor
Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək
Türkiyə Ordusu Ermənistan sərhədində
Kiara Ferragni
Uşaqlı evdə yaşayan pişiklərin dramı
Oyuna geçikən komandaya şok cəza verildi
- ŞƏRHLƏR