Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin iş yerlərinin yerdəyişməsi zamanı müsabiqə vəziyyəti yarandıqda bəzi şəxslər üçün müəyyən hallar üstünlük kimi qəbul ediləcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə aparılacaq. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələrindən ibarət olacaq.
Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul edir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər.
----------
Azərbaycanda yeni tədris ili üçün ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlər üzrə işə qəbul olmaq və iş yerinin dəyişdirilmək istəyən müəllimlər üçün ərizə qəbulunun tarixləri müəyyənləşdirilib.
Təhsil Nazirliyindən Trend-ə ndverilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov "Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmr imzalayıb.
Əmrə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları", "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu" və digər müvafiq sənədlər təsdiq edilib.
Əmrə əsasən, müvafiq qurumlar mayın 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Əmrə görə, 1-10 iyun tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 1-15 iyul tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulu aparılacaq.
Müəssisələrdə digər pedaqoji kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektРѕlРѕqlar, lРѕqРѕpedlər, istehsalat təlimi ustaları, praktik psiС…РѕlРѕqlar, sРѕsiРѕlРѕq-pedaqРѕqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, bilavasitə pedaqРѕji prРѕseslə məşğul Рѕlan mühəndis-teС…niki, tədris-köməkçi işçilər, kitabxana müdiri və kitabС…anaçılar) işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanın razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi və tabelik üzrə təhsili idarəetmə orqanın ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.
Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar. Qeyri-pedaqoji təhsilli, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair şəhadətnamə almayan şəxslərin müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.
İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu Təhsil Nazirliyinə müraciət əsasında həyata keçirilir. Belə müraciətlərə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqənin keçirildiyi dövr istisna olmaqla, dərs ili ərzində baxılır.
Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər" bölmələrində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müvəqqəti əmək müqaviləsi ilə işə qəbulu qadağandır.
XƏBƏR LENTİ
“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur”
Ən sürətli internet haradadır?
''İlan'' salatı
ABŞ neft idxalını azaldıb
Təmiz nəfəs - insult, infarkt
Doktoranturaya qəbul imtahanları ilə bağlı DETALLAR
Pilates topuyla doğuşu asanlaşdırın
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Pəhriz saxlasanız da arıqlamırsınız?
Yuxular haqqında nə bilirik?
Uşaq ayaqqabıları 2
Hansı meyvə suları ürək üçün faydalıdır?
İstirahətə tələsin
Analar üçün asan üsullar
Qəbul imtahanlarında ən yüksək nəticəni hansı məktəblər göstərir?
Rəngarəngliyi sevən xanımlara
“Wi-Fi” şəbəkəsini necə genişləndirmək olar? - Yeni kəşf
Qeybətin mənfi tərəfləri
Mobil telefonun övladınıza vurduğu zərbələr
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq...
Azərbaycanda qar yağdı
Tibb tarixində bir ilk-FOTO
Fatih Terim: "Oyunçularım buna hazırdırlar"
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Ən istedadlı bürclər hansıdır?
Məşhur aktrisa yandırılmaq istəyib-FOTO
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Görən, dadbilən bitkilər(2)
Dünyanın ilk robot vətəndaşı ailə qurmaq istəyir - Video
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
Rəngli jele (foto resept)
Uzun və gur kirpiklərə sahib olun
İti üçün 20 dəqiqə anakonda ilə döyüşdü - VİDEO
Azərbaycanda Dağıstanın mədəniyyət günləri keçiriləcək
Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?
Daha iki medalın statusu məlum oldu
Ordumuz şəhid verdi
Uşaq bağçaları yoxlanıldı
TQDK bu bakalavrlara müraciət etdi
UEFA-dan yeni format
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
Ermənilərə dərs
Antibiotiklər: yanlış fikirlər və reallıq
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Beyni sökən telefonlar
Magistr olmaq istəyənlər üçün xəbər var
- ŞƏRHLƏR