Quliyev Mahir İbrahim oğlu 1969-cu il mart ayının 14-də, Novruz bayramına bir həftə qalmış Kəlbəcərdə anadan olmuşdur. Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunanda bir boy ucalan Mahir haradan biləydi ki, Vətən göylərini tutan qara bulud ağ yağışdan yox, qapqara günlərimizin yaxınlaşmasından soraq verir.
Hərbi təhsilini başa vurub Volqoqradda qulluq edəndə Vətən torpağı erməni qaniçənlərinin təcavüzünə məruz qaldı. Mahir Vətənə döndü. Goranboy, Laçın... ərazilərində gedən qanlı savaşlarda öndə gedənlərdən oldu...
Neçə vaxt idi ki, Umudlu döyüşlərində itkin düşən Elxanı soraqlayan İmran kişiyə verilən şad xəbər bütün Kəlbəcərə yayılmışdı. Danışırdılar ki, İbrahim kişinin oğlu Mahir Füzuli ətrafından xəbər göndərib ki, Elxan sağ-salamadır. Ağır yaralanıb, ermənilər onu girov aparıblar ki, Ayriyan Arkadi adlı bir erməni əsiri ilə dəyişdirsinlər. Hələ ki əli balasına çatmayan ana üzünü göylərə tutub Mahiri qəfil qadalardan qorumaq üçün Allaha yalvarırdı. Pəri xalanın bu alqışına bütün el-oba səs vermişdi: "Tanrı səni qorusun, Mahir…"
İllər ötdü, fəsillər dəyişdi. Bu illərdə çox qəzavü-qədərlə üzləşməli olduq. Bu illərin qan rəngli günlərinin birində Mahirimizi də əlimizdən aldı qəfil güllələr. Amma bilmədik güllə hansı yandan açıldı. Kimin gülləsi idisə bilmədik. Bildiyimiz o oldu ki, o güllələri atan namərddi.
Möcüzə bir oğul
Mərhum şairimiz, Azərbaycanın azadlığı uğrunda ömrünü məşələ çevirən Xəlil Rza Ulutürkün Mahir Quliyev haqqında qələmə aldıqlarını oxuduqdan sonra cəsarət edib bir kəlmə belə yaza bilmədim. Amma elə bildim ki, Mahirimizi yenidən kəşf etdim.
"…Sən qoynunda göz açdığın təbiət kimi möcüzə bir oğul idin, Mahir. O qıjıltılı çaylar, daşdan-daşa çırpılan dupduru sular, memar əllərindən çıxmış təki o sivri, sal qayalar, min illər boyu duran daş mağaralar, o daş kahaların ağzında, yanında, yançağında bitən qar çiçəyi, qız bənövşə-qan bənövşə kimi möcüzə Mahirim. Məğrur qartal təki günəşə, ənginliklərə doğru qanadlandığın halda namərd gülləsinə rast gələn Mahirim.
…O cənnət-məkan yerlərin düşmən tapdağına keçməsinə dözə bilməzdin, onu bilirdik. Sən qorxmaz, cəsarətli, qeyrətli idin ki, səni arxadan vurdular. Düşmən sənə bata bilməzdi, səni nakişi gülləsi saxlamasaydı. Eşidəndə ki Kəlbəcər işğal olunur, dözmədin. Birbaşa qara hədəfə doğru uçdun, uçdun və Murovun qanlı, qarlı zirvəsi ömrünün son anlarının şahidi oldu.
Mahir, sənin döyüş yolunu addımbaaddım gəzib dolaşanlar kimi danışıram. Səni hər an düşmən üstünə şığıyan görürəm. Və birdən…
Yox, yox, dilimə gətirə bilmirəm vurulduğunu. Axı, sənə necə qıydı namərdlər?! Sən Murovu keçib "Qaragöl" yüksəkliyini tutmaqla Kəlbəcəri yağılardan xilas etmək istəyirdin. Ona görə yaralanmış komandirini (qərargah rəisini) Gəncə hospitalına çatdırıb on bir nəfər könüllü ilə birlikdə bu məqsədlə Murovdağa döndün. Sənə tuşlanmış düşmən gülləsinin səmtini bilsəydin, verərdin cavabını. Amma bilmirdin ki, irəli gedəni arxadan vurmaq da var. Nə biləydin. Belə alçaqlığı ağlına haradan gətirəydin?
Bu da 10 aprel 1993-cü il. Bakı şəhəri Şəhidlər xiyabanı. Səni canından artıq sevdiyin torpağa tapşırırıq. Hamı matəm libasındadır…"
Mahir, "onsuz da ömrün vəfası yoxdu…" "Amma bizə pay kimi verilən ömrümüzü elə yaşayırıq ki, özümüzdən sonrakı hissəsi gödək olur. Sənin iyirmi üç illik ömür payın nə qədər acılı-şirinlidirsə, bir o qədər də uzundur, yaddaqalandır. Belə ömürləri kişilər (hər başına papaq qoyub "kişiyəm" deyənlər yox) yaşayır.
Dəstəniz Laçından qayıtmışdı. Kirs dağında başınıza gələnləri danışır, Ağdamda sizə "moizə" oxuyan bir generalın gözünün içinə "Siz Vətən xainisiniz, mühakimə olunmalısınız!!!" dediklərini xatırlayır və addımbaşına qarşılaşdığımız satqınlıq və xəyanətlərlə bacarmadığınızı, torpaqlarımızın hərraca qoyulmasına dözmür, qorxub-çəkinmədən hər şeyi açıq deyirdin. Və qorxmurdun ki, bu qeyrətin səni xəyanət gülləsinə tuş gətirə bilər.
Goranboy döyüşlərinin birində düşmənin zirehli maşınının heyətini iki nəfərlə məhv edib texnikalarını qənimət gətirdiyini də bilirik, həmin vaxt göstərdiyin şücaətə görə mükafata təqdim olunduğunu da. Xəbər tutanda ki səni mükafata təqdim ediblər, imtina etdiyini də başa düşdük. Həlak olan döyüşçü dostlarının xatirəsini əziz tutduğunu bununla sübut etmişdin.
Kəlbəcər dərdi kəlbəcərliləri bir-bir aparır aramızdan. Sənin kimi igidlərini itirən Kəlbəcər düşmən tapdağında hələ də inildəyir. Bu iniltilərin arasında Kəmalə Eldar qızının, Nuridə Qılınclının haqqında qələmə aldıqlarını, Zübeydə xalanın sızıltılarını eşitdinmi? İbrahim əmi kişi qüruruna sığışdırıb ağlamadı, amma dözmədi, nə olsun ki, deyirdi: "İgidi ağlamazlar". Ananın nifrinlərinə oğul itirən analar dözmür, baytı-ağıynan onu ovundurmaq istəyirdilər. Ötən il anan da ruha dönüb pərvazlandı Kəlbəcərə tərəf, amma cismi Murovdağdan bu yanda torpağa tapşırıldı, “qibləmi Kəlbəcəri seçin, üzü Kəlbəcərə dəfn edin məni,- dedi.
Qardaşın Əlövsət müəllim dərdli kəlbəcərlilərin təsəlli ocağına çevrilən "Azərnəşr"də çox sızıldayan yaralara məlhəm etsə də, öz dərdini açıb-ağartmayıb. Mahir adını tək çəkməyə qoymayıb.
Adın Kəlbəcərlə qoşa çəkilir, qardaş! İyirmi üç illik ömrünü alnıaçıq, üzüağ yaşayan kəlbəcərlim! Sənə qıyan düşmənin tətik çəkən əli qurusun!!!
Mənbə:Modern.az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hər gün etdiyimiz səhvlər
Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri - FOTO
Zelenskinin oğlu koronavirusa yoluxdu
70 min toyuq məhv ediləcək - yeni H5 virusu yayılıb
Bahalı dərmanların ucuz əvəzləyiciləri - SİYAHI
Bülent Ersoy Demet Akalın haqqında bunları dedi-FOTO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Bayramda hər kəs ət bişirəcək: Qiymət yarıbayarı ucuzlaşdı
Trend rəsmlərə başqa tərəfdən baxmaq
Ulduzların gəlinlik saç düzümləri
Qadınlarda depressiyanı azaldan 3 idman hərəkəti
Azərbaycanda bu banklar da bağlandı
Gigiyenanın insan həyatında rolu
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Çində robot polislər xidmətə başladı
"Terminator" yaşıllaşdı
Bu günün hava proqnozu
TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər” - VİDEO
Ağ ciyər qıtlığı var
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Selena Gomezin "Tattoo"su fanatlarını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Övladları iki il analarının çürüyən meyidi ilə yaşadılar
Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
Əliyev büdcəni təsdiq etdi
Toyuqlu,göbələkli börək (foto resept)
Aclıq hissini yox edin
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Pilates edərkən sümüklərinizi gücləndirin
Azərbaycanda "ASAN qatar" sistemi yaradılacaq
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
MDB ölkələrinin vətəndaşları üçün Rusiyada qalma müddəti məhdudlaşdırıla bilər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gənc xanımlar üçün çanta modelləri
Kənd, yoxsa zavod südü alaq?
Günün qoroskopu: bu gün nədənsə imtina etməli olacaq
Murat Dalkılıça Hande Erçeldən dəstək
BÜRCLƏR bizə nə vəd edir?-10 yanvar
Ayların mənası
Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək-SİYAHI
Azərbaycanlı pəhləvan hər kəsi heyrətləndirdi-FOTO
Azərbaycanda yeni televiziya yaradıldı
Günün ulduz falı
Qaynadılmış armud (foto resept)
Dördbucaq dırnaqlar üçün 15 möhtəşəm manikür modeli
Azərbaycanlı deputat ana oldu
“Haber Global” -da İlham Əliyevin doğum gününə həsr olunmuş reportaj -VİDEO
Bu ölkədə ən kiçik məktəb 12 kvadratmetrdir