Uşağı düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olurMəsuliyyət hissi adətən böyüklərdə, həyatı dərk edən insanlarda olur. Lakin uşağının layiqli övlad kimi yetişməsini arzulayan valideynlər övladlarına həyatının ilk illərindən məsuliyyətli olmağı öyrətməyə çalışırlar.
Uşaqları məsuliyyətli olmağı öyrətməyin vacibliyini deyən uşaq psixoloquFəridə Həsənovanın sözlərinə görə, bir sıra valideynlər bunu dərk etsələr də, təəssüf ki, uşağı çox əzizləyən və düzgün tərbiyə etməyən ailələrdə uşaqlar məsuliyyət hissindən tam azad olur. Bu isə gələcəkdə bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, uşaq böyüdükdən sonra buraxdığı səhvlərin kökündə elə məsuliyyətsizlik durur: "Uşaqlıqdan çox əzizlənən, ərköyün uşaqlar böyüdükdən sonra da hərəkətlərinə cavabdeh olmurlar. Bundan başqa, uşaqlara məsuliyyətli olmağı öyrətməyəndə uşaqda bir sıra komplesklər də formalaşmağa başlayır".
F.Həsənova bildirib ki, məsuliyyətsiz insanlarda özünə inam hissi də aşağı olur. Dediyinə görə, uşağın məsuliyyətinə daxil olan işləri digərləri yerinə yetirəndə onun özünə inamı da aşağı düşür: "Valideyn uşağın əvəzinə hər şeyi edəndə uşaq şüuraltı olaraq bacarıqsız olduğunu düşünür. Misal üçün, uşaq fikirləşir ki, "Mən bacarsaydım, onlar bunu mənim əvəzimə etməzdilər". Təbii ki, bu cür düşünmək özünə güvənməni aşağı salır".
Məsuliyyətsiz uşaqlarda psixo-fizioloji geriqalma da müşahidə olunur. Mütəxəssis bildirib ki, uşaq fəaliyyətdə olan zaman düşünür. İnsanın düşünməsi isə o deməkdir ki, onun idrak prosesləri inkişaf edir. Məsələn, analiz edir, diqqət sərf edir, təfəkkürünü işlədir və s. Uşaq fəaliyyətdə olduqda - nəyisə götürdükdə, apardıqda, qaldırdıqda və bu kimi digər yerinə yetirilən hərəkətlər zamanı - bədənsəl inkişaf gedir.
Onun sözlərinə görə, uşağı məsuliyyət hissindən uzaqlaşdırdıqda o, çox nazlı və şıltaq olur. Yerli-yersiz qışqırır, qadağan olunan şeyləri istəyir, sözə baxmır və s. Uşağın məsuliyyətinə daxil olan işləri digər şəxslər yerinə yetirəndə zaman keçdikcə uşaqda bu hal (iş görməmək) vərdiş halını alır. Məsələn, ayaq tutub gəzə bilən uşağı qucaqda daşıyan analar, uşaqda ərköyünlüyün təməlini qoyurlar.
Psixoloqun bildirdiyinə görə, uşaqlarda məsuliyyətsizlik davranış pozuntusuna da gətirib çıxarır: "Məsuliyyət hissi aşılanmayan uşaq başqalarının əməyinə hörmətsiz yanaşır. Məsələn, ananın düzəltdiyi səliqəni pozur, götürdüyünü yerinə qoymur, paltarını soyunub yerə atır və s. Bütün bu hallar davranış pozuntusunun tərkibinə daxildir".
Bəs uşaqlarda məsuliyyət hissini necə aşılamaq olar? Uşaq psixoloqu nəzərə çatdırıb ki, uşaqları məsuliyyətli olmağa öyrətmək həm asandı, həm də çətin: "Bunun metodikası çox rahat olduğu üçün asandır. Lakin valideynlərdən çox səbr tələb etdiyi üçün çətindir. Məsuliyyət aşılamanın metodikası dedikdə nəzərdə tutulan yaş dövrlərinə uyğun bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur".
Həsənovanın sözlərinə görə, uşaq anadan olandan 1 yaşadək olan dövrdə ona butulkadan su, süd, yaxud bu kimi digər maye verdikdə çalışmaq lazımdır ki, uşaq butulkanı özü tutmağı öyrənsin. 1 yaşa yaxın dövrdə valideyn çalışmalıdır ki, uşağı geyindirib-soyunduranda o, özü də kömək etsin. Qollarını uzatsın, köynəyin içindən çıxartmağa cəhd etsin və s. Bunun üçün valideyn uşağı yönləndirməlidir.
1-2 yaş arası dövrdə uşağa artıq ilkin komandalar verilməlidir. F.Həsənova qeyd edib ki, valideyn uşağa "ağzını aç", "gözünü yum" və s. kimi sözlər deməlidir. Eləcə də uşaq tökdüklərini yığışdırmalı, sadə geyimlərini özü geyinməlidir. 2-4 yaşarası dövrdə uşaq artıq ev, ailə üçün faydalı olan işlərə də cəlb olunmalıdır. Psixoloqun məsləhətinə görə, ilkin olaraq uşağa sadə işləri buyurmaq olar. Məsələn, uşaq yemək zamanı süfrəni qurmaqda, yaxud haranısa, nəyisə təmir etməkdə sizə kömək edə bilər. Sonra isə bu işlər get-gedə mürəkkəbləşdirilə bilər.
Müsahibimizin dediyinə görə, 4-6 yaş arası dövrdən etibarən, artıq uşağın ailədə konkret vəzifəsi olmalıdır: "Məsələn, qızınız mebelin tozunu ala bilər və yaxud oğlan yığılan zibili ata bilər. Əgər mebeldə toz olarsa, bunun səbəbini qızınızdan soruşmalısız. Bu cür işlər uşağı gələcək həyata hazırlayır və öhdəsinə düşən işlərə qarşı daha diqqətli yanaşmağı öyrədir".
Psixoloq əlavə edib ki, uşağı sevmək, əzizləmək vacibdir və bunu hamımız etməliyik: "Ancaq qətiyyən onun edə biləcəyi işləri siz - böyüklər yerinə yetirməyin. Çünki bu davranış övladınıza olan sevginizdən irəli gəlsə də, onun inkişafını ləngidən halların toxumunu əkir. Necə deyərlər "əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi..."
Mənbə: Milli.az
XƏBƏR LENTİ
Problem sənsən!
HAVA necə olacaq?
Metobolizmanızı gücləndirin
Quzu ətli tantuni (foto resept)
2015-ci ilin aksessuarları
Gəlinlər üçün üzük sandıqçaları
Su da bahalaşdı
Sabahın hava proqnozu
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
İranda zəlzələ, 35 yaralı
Bəzi tələbələrə əlavə təqaüdlər veriləcək
16 milyon illik bitki aşkar edilib
Azərbaycanda atasız uşaqların STATİSTİKASI
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Zəvvarlar üçün günəş enerjisi ilə işləyən əvəzsiz çətir
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Bakıda mənzillərin qiymətlərinə nə təsir göstərir?
iPhone və quqlofonlar...
Bu qidaları qətiyyən soyuducuda saxlamayın
HAVA necə olacaq?
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Neft bahalaşmağa başladı
Ştrix-kodlarda ölkələrin prefiksləri
İki hissəli gəlinliklər
Dünya Kuboku: 3 şahmatçımız növbəti mərhələdə
Seren Serengil hamiləlik FOTOsu paylaşdı
Neslihan və Kadirdən yeni FOTO
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Bir kərə yüksələn bayraq, bir daha enməz!
İncə qaşı olanlar üçün parik qaş
Soyadlara görə stasionar telefon abunəçilərinin statistikası açıqlandı
Mənim arıqlama sirrim
"Sumqayıt təxribatı - “Qriqoryanın işi”
Seriallar
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Uşaqlarımızı günəşdən necə qoruyaq?
Kilo almağın səbəbləri
Bibərin faydaları
Qarğıdalının faydaları
Badamlı kök piroqu (foto resept)
Mürəkkəb ləkəsi necə çıxar?
Ananaslı, şokoladlı ev tortu (foto resept)
İybilmə duyğusu yox olubsa, nə etməli?
Xarici turistlər bölgələrə axın etməyə başladı
Sevimli salat (foto resept)
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Granola (foto-resept)
Qadınlarımızın sayı açıqlandı
- ŞƏRHLƏR