Xəstəlik siqnallarına qulaq asınİnsan bədəni heç bir zədəyə və xəstəliyə məruz qalmadıqda ağrımamalıdır. Sağlam insan bədəni, ümumiyyətlə, heç bir narahatlıqdan əziyyət çəkməməlidir. Ağrı hər hansı bir xəstəliyin siqnalı olaraq ortaya çıxır və müəyyən müalicələrlə aradan qaldırılır.
Lakin bəzi ağrılar var ki, insanlar bu ağrını ətrafdakı insanlara izah edəcək söz tapmır. Belə olan halda, elə hiss etdikləri kimi də həmin ağrını dilə gətirirlər. Ayağımda qarışqa gəzir, tikanlanır, iynə batır və s. Bu ağrılar, demək olar ki, bütün insanlara tanışdır. Çünki hər birimiz gün ərzində ayağımızı ayaq üstünə qoyanda, tək əllə divara söykənəndə, eləcə əli baş altına qoyub uzananda məzh bu xoşagəlməz ağrı ilə üz-üzə qalırıq. Bir müddət sonra əl və ayağımızın funksiyası bərpa olur və normal həyata davam edirik. Hər birimizə adi hiss kimi görünən bu narahatlıq əslində bir sıra xəstəliklərin də xəbərçisidir. Əgər əl və ayaqların keyiməməsi üçün hər hansı bir hərəkətə yol verilmirsə, buna baxmayaraq ağrılar davam edirsə, deməli, diqqətli olmaq lazımdır. Xəstəlik qapıdadır.
Nevroloq Sənan Şəfiyevin sözlərinə görə, əl və ayaqlarda olan keyləşmə və sonrasında tikan batma hissi çox zaman uzun bir müddət o bölgənin hərəkətsiz qalması səbəbindən baş verirsə, əksər hallarda bu hiss bir sıra xəstəliklərdən də xəbər verə bilər. Xüsusən, daimi aktiv olan, eyni zamanda yerli-yersiz bədənin digər hissələrində, məsələn, ağız çevrəsində, barmaq uclarında, kürəkdə yaranan tikanlanma hissində həkimə müraciət etmək lazımdır. Çünki bədənin heç bir hissəsi səbəb olmadan keyləşmə və tikanlaşma hiss etməməlidir: "Bu cür hiss ayağımızın üstündə oturanda, əlimizi başımızın altına qoyub kitab oxuyan zaman əlimizdə yaranması normal bir haldır. Bu zaman həmin bölgəyə qan axışı zəifləyir və soyuma, keyləşmə yaranır. Basqıdan azad olunduqca isə sürətli qan axımı o bölgədə qarışqa gəzirmiş kimi qaşıntı verir. Tikanlanma hissi xoş olmayan hissdir. Əgər bu hiss bədənin heç bir hissəsinə basqı olmadan yaranırsa, demək ki, orqanizmdə bir problem var və bu tikanlanma problemin siqnalıdır. Məsələn, ağız ətrafında olan bu cür hiss infarkt və beyinlə əlaqədar hər hansı bir xəstəliyin siqanlı ola bilər".
Onun dediyinə görə, əgər bu cür tikanlanma 2-3 gün ərzində davam edib keçirsə, qorxusu yoxdur. Həftə boyu dayanmadan tikanlanma narahat edirsə, bu zaman həkim-nevroloqa müraciət etmək lazımdır. Çünki normalda bu cür hissin yaranması mümkün və təbii deyil. Əl və ayaqlarda tikanlanma, istilənmə və bu kimi narahat edici hislər varsa, bu şəkər xəstəliyinin göstəricisi ola bilər. Əgər şəxs onsuzda şəkər xəstəliyindən əziyyət çəkirsə, bu vəziyyətin heç də yaxşı yönə getmədiyinin göstəricisi ola bilər.
Nevroloq daimi, həftələr boyu davam edən keyləşmə və tikanlanmanın mütləq bir səbəbi olduğunu və bu zaman nevroloq müayinəsinin vacib olduğunu deyir. Onun bildirdiyinə görə, bədənin müxtəlif nöqtələrində yaranan bu hiss ola bilər ki, immun sisteminin zəifləməsi, kalsiyumun düşməsi, bədəndə B12 vitamininin çatışmamazlığı səbəbindən yaransın: "Bütün bədəndə olan bu narahatedici hiss orqanizmdə çatışmazlığın göstəricisi olaraq ortaya çıxır. Bədənin müxtəlif hissəslərində olan keyləşmə və tikanlanmanın səbəbləri isə müxtəlif olur. Baş və beyində yaranan bu hissin ilkin səbəbi əsəb və stressdir. Stress zamanı dişləri bir-birinə sıxmaq da bu hissin yaranmasına səbəb olur. Barmaq uclarında yaranan tikanlanmaların səbəbi demək olar ki, hər zaman şəkərli diabetin göstəricisi olur. Qanda şəkərin yüksəlməsi ilə əlaqədar olaraq barmaq uclarında keyləşmələr, ardınca isə qarışqa gəzirmiş kimi hiss yaranır. Əgər heç bir xəstəlik yoxdursa, orqanizm tam sağlamdırsa, amma, yenədə bu hislərdən əziyyət çəkirsə o zaman böyük ehtimal o şəxs qan azlığı, immun sistemi zəifliyi və bu kimi bərpası asand olan hallarla üz-üzədir".
Ümumiyyətlə, bədənin hər hansı bir üzvünün keyləşməsinə imkan verməmək lazımdır. Ayaqların üstündə oturmaq onurğa əyriliklərinin yaranması üçün ideal şərait yaradır. Ayağı ayaq üstünə aşıraraq oturmaq qanın dövriyyəsini məhdudlaşdırır və varikoz riski yaradır. Əli baş altına qoyub kitab oxumaq həm bilək oynaqlarının zədələnməsi, həm də gözlərin zəifləməsinə səbəb olur. Qadınların baş ağrısı zamanı başlarını bağlaması və sıxması da sonradan başın arxasında keyimə və iynələnmə üçün şərait yaradır. Barmaq uclarında olan və tez bir zamanda keçən tikanlanmalar isə kompüter və telefonlardan mütəmadi istifadə edənlərdə daha tez-tez görünür. Bu cür hallarla qarşılaşmamaq üçün yüngül idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq durmaq lazımdır.
XƏBƏR LENTİ
İvana Sert özünə gəlinlik tikəcək-FOTO
Azərbaycan Ordusunun əsgəri minaya düşüb
Bədən qulluq üçün evdə hazırlaya biləcəyiniz 3 pilinq
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
İlin Ən Nüfuzlu insanları seçildi-SİYAHI
Dizayner Aybənizin əl işləri (I hissə)
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Körpələr üçün bez seçərkən bunları bilməlisiniz!
Yağ yandıran içki
Görənləri dəhşətə salan qasırğalar
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi
Tovuzda qeyri-adi uşaq
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: qəfil olaylar və sürprizlər ola bilər
"Sevinc" salatı (foto resept)
Dünyanın ən balaca iti odur
Alman dili-X dərs
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Şeyma Subaşı İllər sonra ilk dəfə ETİRAF ETDİ
Dollar manatı vurdu
Sudan fasiləsiz istifadə edə biləcəyik
Fahriye Evcen ərəb fanatlarını sevindirdi-FOTO
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Gəlinin əlini xınayla bəzəyək
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Bacılar da bir-birini qısqanır...
Bakıda daha bir piyada keçidi istifadəyə verildi
İşıqsız dünya
Yeni ili sağlam qarşılayın
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Doğum gününə görə xarekter ( avqust)
Göyərti qutabı (foto-resept)
Əlvan metalların qiyməti ucuzlaşıb
Uğurlu insanın 25 əlaməti
Türkiyədə YouTube barədə yeni qərar verildi
L.O.V.E In ObJeCtIvEs (Non Professional!)
I Avropa Oyunlarına gələcək daha bir prezidentin adı açıqlandı
Təqaüdün hesablanma qaydası
Yayda bağlanan, qışda açılan turşular həyatımızı necə qaraldır?
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Filip Kirkorov sosial şəbəkədə məşhur geyim brendini reklam etdi - FOTO
700 bal toplayan qızın UДћUR HEKAYƏSİ
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
İflicli xəstələri üçün ümid işığı
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...