Azərbaycanda aprel-may-iyun aylarında bəzi çaylarda daşqınların ola biləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, fevral ayının ikinci ongünlüyünün ayrı-ayrı günlərində havanın maksimal temperaturunun dağlıq rayonlarda 12-15, bəzi dağətəyi rayonlarda 13-18 dərəcəyədək, mart ayında isə dağlıq rayonlarında 16-18, bəzi dağətəyi rayonlarda 19-21 dərəcəyədək yüksəlməsi müşahidə olunub. Bu da qarın əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.
Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticəsinə görə, Böyük və Kiçik Qafqaz bölgələrinə yağan qar çoxillik normadan orta hesabla 37 faiz, keçən il ilə müqayisədə isə 54 faiz az olub. Belə ki, qar xəttinin aşağı sərhəddi 2013-cü ildə dəniz səviyyəsindən orta hesabla 1678 m hündürlükdən keçirdisə, bu il 2179 m hündürlükdən keçib.
Aprel-iyun aylarında Kür çayından Şəmkir Su Anbarına axımın normanın 52-66, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 30-47 faizini təşkil edəcəyi gözlənilir.
Respublikanın dağ çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 70-111, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında normanın 51-85, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 38-77, Naxçıvan MR çaylarında 35-83, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 36-75 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normadan az olmasına və yağıntının normadan az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-nın (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
Beləliklə, keçən il ilə müqayisədə bu ilin qışında yağıntıların az düşdüyünü və yaz yağıntılarının normaya yaxın və az gözlənildiyindən gursululuq dövründə respublikanın daxili çaylarında sululuğun normaya yaxın və normadan az, iri tranzit çaylarında isə normadan az olacağı gözlənilir.
bizimyol.info
XƏBƏR LENTİ
Bu ölkələr 2018-ci ili qeyd etməyəcək
Aparıcı gimnastlar açıq məşqə çıxacaqlar
ABŞ-da qorxulu statistika: Bir həftədə rekord sayda uşaq koronavirusa yoluxdu
Moruqlu bisküvit (foto resept)
Hadisə həbs etdirdiyi fanatından danışdı
Bakının bir ay bağlı qalacaq yolları
Uğur mələyi
Morris sindromu
Alimlərdən qorxulu proqnoz: Yer üzü bir həftə qaranlığa qərq olacaq - VİDEO
45,5 milyon dollar uddu
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (3)
Səmada bir anda iki atmosfer fenomeni baş verdi - FOTO
Azərbaycanlı həkimdən ev heyvanları saxlayan şəxslərə XƏBƏRDARLIQ
Kirayə geyimlər xəstəlik mənbəyidir?
Ziyafət donları
Bunları bilmək maraqlıdır
Hidrogen avtobusları xəttə buraxıldı
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Azərbaycanda zəlzələ
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
Viza rejimi ləğv edilir - 1 sentyabrdan etibarən...
“Türkiyə və Rusiya eyni missiyanı yerinə yetirəcək” - Atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA
Gənc qız ol artıq!
EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
Toyuq ətinin faydalarını bilirsinizmi?
Ledi Qaqanın 12 milyonluq villası-FOTO
Ön cəbhədə pulemyotlar işə düşdü
Ana laylası
Düyü şorbası (foto resept)
Alkoqol immuniteti artırır
McLaren damını itirdi
Əlləri ilə dünyanı kiçildən sənətkar
Anamın əl işləri(2)
Haydi Klum koronavirusa yoluxub?-FOTO
"Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz maraqlarını qoruyan bir ölkə kimi tanınır"
Cazibədar xanımlar üçün donlar
Ordumuz düşmənin daha dörd PUA-sını zərərsizləşdirdi - RƏSMİ
Ətəklə necə dəbli görünmək olar?
Düyülü balıq şorbası (foto resept)
Bal ayını niyə təxirə saldıqları məlum oldu-FOTO
Günün qoroskopu - 31.10.2013
Quru dərilərə xeyirli olan qidalar
İlham Əliyev və xanımı media kəndində
Zərif yaxalığıın hazırlanması
İtalyan lazanyası (foto resept)
Baha qiymətə satılan qeyri-adi əşyalar
Baş Nazirdən pandemiya dövründə kafe və restoranlarla bağlı QƏRAR
"Mimoza" salatı
Fotoşəkillərdə effektli çıxmanın yolları
Roma papası Harli Devidson motosikletini satır