Bölmə rəisinin sözlərinə görə, avtomobili yolun qanunla icazə verilməyən hissəsində saxlayan bəzi sürücülərin müxtəlif üsullarla yol polisini aldatmaq cəhdlərinin üstü açılıb və onlar məsuliyyətə cəlb ediliblər: "Onlar qəza duracaq işıqlarını yandırır və avtomobilin mühərrik qapağını (qabaq "kapot") qaldırıb avtomobili yolda saxlayırlar ki, guya maşın xarab olub. Bununla bağlı ötən həftə yol polisini aldatmaq məqsədilə guya xarab olubmuş kimi avtomobili yolun hərəkət hissəsində, yol nişanın təsir zonasında saxlayaraq qəza duaracaq işıqlarını yandıran və mühərrik qapağını qaldıran 16 sürücü məsuliyyətə cəlb edilib, barələrində müvafiq cəza tədbirləri görülüb. Belə "ağıllı", "düşüncəli" sürücülərə bildiririk ki, onların bu bəhanələri keçməz. Bununla siz yol polisini yox, özünüzü aldadırsınız. Onlar bilməlidirlər ki, əgər yolun hərəkət istiqaməti üzrə hər hansı texniki nasazlıq nəqliyyat vasitəsinin məcburi dayanmasına səbəb olursa, sürücü bütün mümkün tədbirləri görməklə onu həmin hissədən kənarlaşdırmalıdır. Hətta yol qəza hadisəsi baş versə belə, yolda sıxlığın yaranmaması üçün sürücü bunu etməlidir".
Vaqif Əsədov qeyd edib edib ki, ümumiyyətlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşları ilə birgə keçirilən tədbirlər nəticəsində ötən həftə ərzində (aprelin 2-dən 6-dək) 890 avtomobil sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Aparılan mübarizə tədbirləri nəticəsində həftə ərzində günün qaranlıq vaxtı avtomobili sərxoş halda idarə etdiyi zaman 140-dan artıq sürücü aşkarlanıb. Əlavə olaraq, dayanma, durma, parklanma qaydalarını pozduğuna görə 67 avtomobil evakuatorlar vasitəsilə müvəqqəti mühafizə olunan duracaqlara aparılıb. DYP avtomobillərindəki bort-kompüter cihazları vasitəsilə 120 avtomobil sürücüsü tərəfindən törədilmiş qayda pozuntuları ilə bağlı fotomateriallar tərtib edilib. Şəhərdə 35 sürücü avtomobili piyada səkilərində, 27 sürücü isə piyada zolağının üstündə park etdiyi üçün barələrində inzibati protokol tərtib olunub.
Onun sözlərinə görə, həftə ərzində tərtib edilmiş protokolların təhlili zamanı onlarla sürücünün dəfələrlə, hətta 19 sürücünün eyni xətanı törətdiyi üçün 7 dəfə inzibati məsuliyyətə cəlb edildiyi məlum olub: "Bakı şəhərində istifadəyə verilmiş dayanacaqlar var. Bu dayanacaqlardan istifadə edin. Əks halda yol polisi tərəfindən tərtib edilmiş inzibati protokola görə təyin edilmiş cərimə məbləği sizin ailə büdcənizə ziyan vuracaq. Onu da bilsinlər ki, avtomobili dayanacaqlarda 15 dəqiqə ərzində saxlamaq pulsuzdur. Ona görə də heç kim nəyisə bəhanə gətirməsin".
Bölmə rəisi həmçinin əlavə edib ki, xüsusilə axşam saatlarında yola bitişik şadlıq saraylarının qarşısında bir neçə cərgə dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi, süni sıxlıq və tıxacların yaranması halları müşahidə edilir: "Belə neqativ hallar əhalinin və sürücülərin narahatlığı və narazılığına səbəb olur. Bu baxımdan bir daha avtomobil sürücülərindən xahiş edilir ki, sıxlığın yaranmaması və yol polisi tərəfindən cəza tədbirlərinin görülməməsi üçün "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi şəkildə əməl etsinlər".
Milli.Az
XƏBƏR LENTİ
Növbəti qışda daha sağlam olaq!
Kətan toxumunun zərərləri
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
100 gün sonra planetdə 181 insan qalacaq
Kimdir fəqir?
Novruz yarmarkaları açıldı: yeni ünvanlar
Dəbdən düşməyən geyimlər
Qadın.Netin-kalori cədvəli
Məktəblərdə telefon qadağan olunsunmu?
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
"Orta məktəb şagirdləri dərslikləri başa düşmürlər"
Yeni reytinq sistemi
Bu ərzaqlar bahalaşdı
Sinem Kobaldan örnək davranış
"Bir aşk iki hayat" təqdim edildi-VİDEO/FOTO
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Bakıda benzin krizi: yanacaqdoldurma məntəqələrində satış dayandırılıb
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
6 yaşlı uşaq ayda 3 milyon dollar qazanır-FOTO
Alişan ikinci dəfə nişanlandı - FOTO
Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı
Yol polisi Hillari Klintonu cərimələdi
Viza ən geci 3 günə veriləcək
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Erməni işğalçılarının hərbi texnikasının məhv edilməsi görüntüləri - VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
İranla AEBA arasında nüvə danışıqları başladı
ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər
Su içmək üçün 7 səbəb
Günün ulduz falı
Məşhur serial yenidən çəkilir - VİDEO
94 kiloqram arıqlayıb heyran etdi - FOTO
"Instagram"la bağlı xəbər var
Ayaqları ölü dərilərdən necə təmizləməli?
Azərbaycanda yeni zavod açılacaq-SƏBƏB
Mətbəx mebelləri
"Çukur"un yeni mövsüm tizeri - Video
Zooparkdan 14 şir qaçdı
Cariyələrin kosmetika qabında nələr olurdu? (1)
Azərbaycanda qəlyandan istifadəyə qadağa
Azərbaycanda mobil telefonlar üçün sinxron tərcümə sistemi hazırlanıb
Hərbçilər üçün bina
Pomidorun yararları
Çilli insanların bilməli olduqları
Şirvandakı partlayışla bağlı yaralıların sayı AÇIQLANIR - YENİLƏNİB
Övlad qatili
Baş onkoloqdan ÇAĞIRIŞ: "Xərçəngin müalicəsi var, lakin..."
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
"Qarpız dilimləri" peçenyesi (foto resept)