Dövlət Pantomima Teatrında “Ora-Bura” tamaşasının növbəti premyerası baş tutdu. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir. Rollarda əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, Elnur İsmayılov, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Əli Əlizadə çıxış edirlər. Maraqlıdır ki, tamaşanın nümayişinə gələnlərin əksəriyyəti gənclər idi, aralarında gənc və müasir görünüşlü iranlı xanımlar da var idi. Tamaşaçıların hamısı biletlərini əvvəldən almışdılar. Amma kassadan bilet xəbər alanlar da var idi. Kiçik foyedəki qulağa gəlib çatan söhbətlərdən belə məlum oldu ki, premyeraya toplaşanlar arasında həm Pantomima Teatrının daimi tamaşaçıları, həm də yeni pərəstişkarları var.
“Ora-Bura” tamaşasının, belə demək mümkünsə, giriş hissəsi elə foyedən səhifələnməyə (səhifələnmə ifadəsi təsadüfən işlənməyib və buna hələ qayıdacağıq) başlamışdı. Bir neçə çamadan, ortada üzərinə “ora” və “bura” sözləri yazılmış bir neçə göstərici (bu göstəricilərdən yerə də səpələnmişdi) bərkidilmiş dirək və musiqi. Foyenin və zalın divarlarını bir müddət əvvəl elə burada fərdi sərgisini keçirmiş tamaşanın rəssamının rəsmləri bəzəyir. Zalın səs və işıq sexinin pəncərəsindən tamaşanı izləyənlər arasında Pantomima Teatrının köhnə “qvardiya”sının eks-üzvlərindən biri Azər Şabanovun (tanınmış teleaparıcı Azər Axşam) da olduğunu gördük.
Keçək tamaşaya. Pantomima Teatrının yeni səhnə əsərinin qeyri-adi təəssüratlarından biri ilk dəqiqələrinin bir qədər maraqsızlığı və hətta yoruculuğunun bütövlükdə sonrakı hissənin bitkinliyinə keçiddən ibarət oldu. Axı adətən filmin və ya tamaşanın ilk 5-10 dəqiqəsi onun bütün yozumu və quruluşu haqqında mötəbər məlumat ötürücüsü rolunu oynayır. Yalnız bəzi istisna hallarda bu məlumatın yanlış ilkin təsəvvür, aldadıcı birinci təəssürat statusunda olduğu aşkara çıxır. “Ora-Bura” tamaşası məhz belə istisnalardan idi. Elə buradaca qeyd edim ki, teatrın yeni heyətinin üzvlərinin ideya müəllifliyi, rejissorluğu və ifaçılığı ilə ərsəyə gələn və bu sətirlərin müəllifinin baxdığı tamaşalar arasında bu səhnə əsəri ən uğurlusudur. Səhnə əsərində hər hansı sözlü, ya da sözsüz replika, səs və musiqi effektləri, hərəkətlər, tərəf-müqabillərin münasibətləri vəhdət, harmoniya və zövq halında idi.
“Ora-Bura” insan taleləri, münasibətləri və xatirələr haqqındadır. Səhnə əsəri avtobus dayanacağının təsviri ilə başlayır. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyirlər. Dayanacaqda casus peyda olur və gənc qadınla xəyali erotik səhnə yaşayır. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, duyum və dünyagörüşlərinin açılmasına şərait yaradır.
Personajlardan biri sirk artistidir. Çamadanını açarkən oradan təsadüfən bir fotonun çıxması artistin xatirələrini canlandırır. Və biz onun həmkarları ilə necə mehriban həyat və yaradıcılıq yolu keçdiyini görürük. Maraqlıdır ki, bir fotoqrafın onlara doğru yaxınlaşdığını ilk görən də məhz o olur. Onlar birlikdə şəkil çəkdirirlər. Digər ikisi gülümsəsə də, sirk artistinin üzündə kədər var. Fotoşəkli isə dayanacaq yoldaşlarına onların əksini kəsərək verir.
Digər personaj vicdanlı məmurdur. Onun xatirələrinin canlanmasına çamadanındakı telefonun səslənməsi təkan verir. Tamaşaçılar onun rüşvət və tanışlıqlara məhəl qoymadan sözdə deyil, işdə xalqa xidmət edən məmur keçmişindən agah olurlar. Lakin günlərin bir günü belə dürüstlük kiməsə sərf eləmir, qara telefon aparatı (bu halda onun yalnız dəstəyi) səslənir və... məmur işdən kənarlaşdırılır.
Üçüncü personaj fatasız gəlinlikdə olan gənc xanımdır. Təsadüfən çamadanından fatasının düşməyi səhnə əsərinin ən təsirli, ən kövrək epizodunun başlanğıcı olur. Qadın nəql edir ki, toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər, nişanlısı həlak olub.
Bu kövrək səhnəni avtobusun nəhayət ki gəlib-çıxmağı yarımçıq qoyur. Onlar ora-bura yola düşürlər. Çamadanları isə dayanacaqda qalır. Çamadanlarla birgə keçmiş həyatları, xatirələri də...
Milli.az
XƏBƏR LENTİ
Mövsüm dəbi
Ətli, badımcanlı qızartma (foto resept)
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Qat-qat salat (foto resept)
Sabahın HAVAsı
Erməni nazir Azərbaycana meydan oxuyur
Abituriyentlərə xəbərdarlıq: vaxtı uzadıldı
Yarpaqların üzərindəki rəsmlər
İrəvanın qara sabahı
Tam qızıl iPhone 5s hazırlandı
Onlar tənhadırlar...
Erməni silahlı bölmələri atəşkəsi yenə pozdu - 27 dəfə
Bolqarıstandan Rusiyaya zərbə
Kişilərin qadınlar haqqında bilmələri vacib olan məsləhətlər
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Yas mərasimlərinin keçirilməsi qaydası açıqlandı- RƏSMİ/VİDEO
Cennifer Lopez öz kosmetik brendini yaradıb
Ali məktəblər milli statuslu və adi universitetlərə necə bölünəcək?
Azadlıq meydanı Qələbə paradına hazırlaşır
İlin ən yaxşı regional televiziya proqramı seçildi
Sıla aşpaza ərə gedir-FOTO
Azərbaycanda hava niyə anormaldır?
Milli Ordumuzda dəyişiklik
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
Luçano Pavarottinin dul xanımı ərə getdi
Erməni ordusu onların ümidinə qalıb...
Bakıda zamanı səhv saldıran saat
Gəlin maşınları
Sizin eşq rəqəminiz neçədir?
Təsirli Lamborghini Aventador
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Virtual, yoxsa real həyatdakı sevgi? - Bakıda SORДћU
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Solğun dəri üçün nə etməli?
Sobada tərəvəzli qızıl balıq (foto resept)
Ətlə ayran birlikdə qəbul edilərmi?
Məşhur aktyor ata oldu üçün peşman olduğunu dedi-FOTO
Azərbaycanda daha altı nəfər koronavirusdan sağaldı - RƏSMİ
Hər 14 gündə dünyada danışılan bir dil məhv olur
Qadın.Netlilərin fobiyaları (Son)
Köhnə tankdan 2,5 milyonluq qızıl çıxdı
"Eurovision 2020" ləğv olundu?
Məşhur müğənnidən gözlənilməz MESAJ -FOTO
Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO
Gülmək zərərlidirmi?
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
İşsizlik müavinəti minimum 20 manat artırıldı
Şokoladlı pışka (foto resept)
Alyonanın gəlinliyi qiyməti ilə diqqət çəkib-FOTO