Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər. Bu barədə Trend Utro.ru saytına istinadən yazır.
İngiltərənin Uorik Universitetində çalışan psixoloq Tomas Hills xatırladıb ki, təkamüldə hər şey bir-birilə qarşılıqlı əlaqədədir. Orqanizmin hətta hansısa xırda xüsusiyyətinin dəyişməsi dərhal bütün sistemin dəyişməsinə gətirib çıxaran zəncir yarada bilər. Əlbəttə, yaxşı olardı ki, insanın boyu 2,5 metr olsun. Onda bu zaman ürək qanı belə yüksəyə qovmaq üçün gücləndirilmiş rejimdə işləməli olardı. Ona görə də insanın orta boyu 180 santimetrdən çox olmur.
Eynilə beyində də belədir.Onun böyük olması üçün insanın başının ölçüsü dəyişməlidir. Buna görə də doğuş zamanı problemin yaranmaması, daha doğrusu yekəbaş uşağın ilişib qalmaması üçün qadının çanaq sümüyü müvafiq olaraq xeyli genişlənməlidir. Lakin bu halda da bütün skeletin quruluşu dəyişməlidir. Bu isə insanın hərəkət mexanikasına təsir edərdi. Yəni yeriş və korpusun quruluşu tamamilə başqa cür olardı. Belə parametrlərin əsası tədrici inkişafın gedişində qoyulub və onlara hər hansı təsir etmək cəhdləri mütləq əlavə təsirlərə gətirib çıxaracaq.
Hətta əgər orqanizmdə hansısa anomal dəyişiklik təbii olaraq baş verərsə, onlar əlavə təsirlərlə müşayiət olunurlar. Belə ki, orta intellekt əmsalı (İQ) avropalılardakından xeyli yuxarı olan yəhudi aşkenazlar əsəb sisteminin irsi xəstəliklərindən, misal üçün Teya-Saksa xəstəliyindən əziyyət çəkirlər. Onların heyranedici əqli qabiliyyətləri 2 min il ərzində tədrici inkişaf seleksiyası sayəsində inkişaf edib. Lakin ağılın yaxşılaşması ciddi xəstəliklərə gətirib çıxarıb.
Alimlərin fikrincə, tərkibində metilfenidat və ya amfetamin olan preparatlar mərkəzi sinir sistemini stimullaşdırır və şübhəsiz ki, əsəb pozğunluqlarının aradan qaldırılmasında insanlara kömək edir. Lakin əgər sağlam adam onlardan istifadə etsə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Eksperimentlər göstərir ki, belə preparatlardan istifadə edən adamlar test və tapşırıqları çox pis yerinə yetirirlər.
"Böyük sayda adamlar beynin işinin yaxşılaşdırılması üçün dərmanlar qəbul edirlər. Belə bir məntiqi sual yaranır ki, nəyə görə biz ağıllı olmamışıq", - psixoloq Tomas Hills maraqlanıb. Və alim özünün qoyduğu "Nə üçün insan təbiətin verdiyindən daha çox inkişaf edə bilməz?" sualına özü cavab verir: çünki insanda superbeynin yaranması mümkün deyil. Həm də bəzən pis yaddaş və zəif diqqət bizi xilas edir. "Təsəvvür edin ki, əgər biz hər şeyi xatırlasaydıq, həyatımız nə qədər çətin olardı. Deməli, keçmişdə baş vermiş xoşagəlməz hadisələr daim gözlərimiz önündə canlanar və onlar bizim sakit yaşamağımıza imkan verməzdi", - Hills qeyd edir.
trend.az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukrayna neftimizi istəyir
Əzələlər və stress
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Sevgidə çətinliklər...
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Enli ətəkli şalvarlar
Qarağatlı piroq (foto resept)
Qiyməli pide (foto resept)
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Piylənmə və maddələr mübadiləsi sindromu
2018-in trend aksesuarları
Sitatlarımız - III hissə
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Göz rənginə görə göz qələmi seçimi
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Hazal Kaya gəlin olacaq-FOTO
“Xətai” stansiyası bağlandı
Ermənilər Ağrı dağ tamahı
Ən yaraşıqlı türk aktyorlar
2020 yay trendləri
İstirahət gününün HAVAsı
Səfərbərlik qaydasında dəyişiklik
Katsudzo Nişinin 6 qaydası - 3
Mərkəzi Aran rayonlarında günvurma problemi
Azərbaycanın caz əfsanəsi
Günün ulduz falı
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Toyota Camry-də yenilik var
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Fərqli badımcan turşusu (foto resept)
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Sabahın HAVAsı
Sevən qısqanarmı?!
Bu ərazidə iki gün işıq olmayacaq
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Sentyabr ayının qalibləri!
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
HAVA necə olacaq?-10 dekabr
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Gənc qalmağın sirləri
Kəs və yapışdır-9
Kiçik biznes qurmağın yolları
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Android üçün yeni servis olacaq
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Burcu Esmersoy qayınanasını izləmədən çıxartdı-FOTO