Qeyd edək ki, yayılan məlumatlara görə, ölkədə, xüsusilə də Mingəçevir su anbarında, o cümlədən Xəzər dənizində seysmolji durum guya təhlükəli vəziyyətdədir, seysmoloji aktivlik həddindən artıq yüksəldiyindən güclü zəlzələnin baş vermə ehtimalı çoxalıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində və Xəzər dənizində seysmoloji aktivliyin artması barədə yayılan söhbətlər yalandır.
Onun sözlərinə görə, Xəzər dənizinin şimal hissəsində aktiv dərinlik qırılma zonası var. Ona görə də həmin zona həmişə seysmoloji baxımdan aktivdir: "Xəzərin şimal hissəsində - Abşerondan götürdükdə, düz yuxarı istiqamətə tərəf, Mahaçqala-Kransnoyarskdan dərinlik qırılması keçir. Bura həmişə aktiv olub. Orada aktivlik var".
Mərkəz direktoru qeyd edib ki, bu ilin əvvəlindən indiyə kimi həmin ərazidə maqnitudası 5-ə qədər, hətta 5,1 bal olan təkanlar olub: "Biz həmişə demişik ki, ilk növbədə Mingəcevir su anbarı, digər su hövzələri, tikiləcək və tikilməkdə olan su elektrik stansiyalarının seysmikliyi monitorinqdən keçirilməlidir. Bu, başqa məsələdir. Ancaq bu, o demək deyil ki, dünya dağılır, Azərbaycan da su altında qalacaq. Bunlar hamısı yalan söhbətlərdir".
Xəzərdə olan hazırkı seysmoloji aktivliyin güclü zəlzələlər yarada bilib-bilməyəcəyinə gəldikdə, mərkəz direktoru deyib ki, quru ərazilərə nisbətən Xəzərdə olan zəlzələlərin dərinliyi daha çoxdur. Buna görə də dənizdə baş verən zəlzələlər təhlükəli olmur: "Zəlzələnin dərinliyindən də çox şey asılıdır. Hacıqabulda fevralın 10-da baş verən zəlzələnin dərinliyi 55 km olduğundan o, heç bir fəsad törətmədi - nə dağıntılar, nə uçqun, nə də insan tələfatı oldu. Əslində, həmin zəlzələnin gücü 2012-ci ilin mayında Zaqatalada baş verən zəlzələnin gücü ilə eyni idi. Ancaq həmin zəlzələ 55 km dərinlikdə olduğundan Xəzəryanı yaşayış məntəqələrində 3 bala kimi hiss edilib".
Q.Yetirmişli bildirib ki, hazırda Mingəcevir su anbarının ətrafında zəlzələ ocaqları olsa da, həmin ərazilərdə də güclü seysmoloji aktivlik yoxdur. Onun sözlərinə görə, bütün ölkələrdə su hövzələrinin, hündürmərtəbəli binaların seysmoloji vəziyyətini yoxlamaq üçün monitorinq sistemi qurulur: "Mən özüm də dəfələrlə məsələ qaldırmışam ki, Mingəcevir su anbarı, digər anbarlar, hündürmərtəbəli binaların monitorinq sistemi qurulmalıdır. Söhbət yalnız güclü zəlzələlərin qeydə alınmasından getmir. Ən zəif təkanların, müəyyən küləklərin, qrunt sularının səviyyəsinin yüksəlməsinin törtədiyi fəsadları vaxtında aşkarlamaq üçün monitorinq sistemi olmalıdır. Bunun da nəticəsində zərər çəkən yerlərdə vaxtında müvafiq tədbirlər görülə bilər".
Ölkənin hazırkı seysmoloji durumunu da qiymətləndirən Mərkəz rəhbəri deyib ki, son günlər ərzində Lerik, Lənkəran, Şəmkir, Şəki, Xəzər dənizində xırda təkanlar baş verir. Ancaq həmin təkanlar hiss edilmir, onların gücü də 1,2 baladək olub: "Həmin təkanları yalnız cihazlar qeydə alır. Əvvəlllər biz 0,2 - 1 bal gücündə olan belə zəlzələləri qeydə ala bilmirdik. Çünki bizim şəbəkəmiz seyrək olduğundan şəbəkələrarası baş verən zəlzələləri qeydə almaq mümkün deyildi. Əvvəlllər çox zaman Xəzərdə maqnitudası 3 olan zəlzələləri də qeydə ala bilmirdik. İndi isə müasir avadanlıqla təchiz edilmiş 35 stansiyamız var. Onun hesabına ən zəif təkanları da izləmək mümkündür".
Q.Yetirmişli deyib ki, indi ölkədə baş verən bütün zəlzələlər barədə ictimaiyyət məlumatlandırılır. Çünki beynəlxalq sazişlərə də əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Real həyatda və filmdəki obrazlar
Britaniya alimlərindən xərçənlə bağlı İNANILMAZ İDDİA
Metro istifadəçiləri mütləq oxuyun - Yoxsa, 50 manat cəriməsi var
Hərəsi bir rəngdə bacılar doğuldu
Sevginin gündəlik dünyası
Ətir istifadəsində edilən səhvlər
Microsoft strategiyanı dəyişdi
Günün ulduz falı - 04.09.2013
Azərbaycanın istedadlı balaları
İstirahət güşələrimiz - Tovuz
Tariximiz Qazaxıstanda
Stiv Cobsun xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Tavada dana əti (video-resept)
Bu bayraq Ginnesin Rekordlar Kitabına düşə bilər
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Üz formasını dəyişən qidalar
Ətəyin ölçüsü, döş xərçəngi riski
Baş infeksionistdən XƏBƏRDARLIQ
ABŞ-ın böyük savaş planı
Venesuelaya meteorit düşdü
İnsanların xoşbəxt olduğu 10 şəhər
Ruhumun Yağmuru
Ofisdə nahar: nəyi, niyə və necə yeməli?
Eminanın ayrılıq xəbərləri yayıldı
Alimlərdən yeni infeksiya barədə XƏBƏRDARLIQ
Sabahın HAVAsı
Uşaqlar üçün vanna otaqları
Bakı metrosunda səssizlik olacaq
Düyü pəhrizi ilə günə 1 kq arıqla
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
Rasputinin 9 öncəgörməsi
Çox pul gətirən yeni işlər
"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
"Ermənistanda başa düşürlər ki, Azərbaycan Ordusuna qarşı dayana bilməyəcəklər"
Çində koronavirusa yoluxanların təxminən 46%-i artıq sağalıb
Kişilər hansı qadınlardan xoşlanır?
Putinin 62 yaşı olur
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları
Sabah hava necə olacaq?
Ağlayan keks (foto resept)
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Qan təzyiqini necə tənzimləyək?
Qonaqlığa gedənin diqqət yetirəcəyi ədəblər
HAVA necə olacaq?- 16 MART
Kremli toyuq enchiladas (foto resept)
Daha bir referimiz UEFA-ya daxil oldu
Sabah külək güclənəcək
- ŞƏRHLƏR