Bakı Dəmiryol Xəstəxanasının həkim pulmonoloq-ftiziatrı Tükəzban Novruzovanın sözlərinə görə, soyuqdəymə və qrip sonrası uzun müddət davam edən öskürək varsa, mütləq mütəxəssisilərə müraciət etmək lazımdır: "Çünki bir neçə həftədən çox çəkən bəlğəmli öskürək çəkinin azalması, təngnəfəslik, bədən hərarətinin qalxması, gecə tərləməsi, iştahsızlıq, baş ağrısı, ümumi halsızlıq varsa, bu, vərəmin əlaməti ola bilər".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir ki, onlardan da 7 milyonu açıq formadadır. Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün
Vərəmlə Mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Bu proqramlar çərçivəsində maarifləndirici seminarlar keçirilib. Xəstəliyin ötürüldüyü yerlər əsasən məktəb və bağçalar olduğu üçün həmin seminarlar orta məktəblərdə də aparılıb. Unutmamaq lazımdır ki, uşaqları düzgün maarifləndirmək gələcəkdə xəstələnmə hallarının sayının azalmasında böyük rol oynaya bilər.
T.Novruzova bildirir ki, öskürək 4 həftəni keçibsə, xəstə mütləq həkimə müraciət etməlidir: "Vərəm-Mycobakterium tuberculosis kompleksdən olan bakteriyalarla törədilən yolxucu xəstəlikdir. Bu bakteriyalar ultrabənövşəyi şüalara, yüksək temperatura qarşı həssasdır. Vərəm xəstəliyi təhlükəli olsa da vaxtında qoyulan diaqnoz zamanı müalicə olunandır. Ağciyər vərəmi, sümük-oynaq sisteminin vərəmi, beyin qişalarının vərəmi, mərkəzi limfa vəzilərinin vərəmi, vərəm meningiti, dəri və dərialtı toxumanın vərəmi, sidik-sistemi orqanlarının vərəmi, digər orqanların vərəmi və s. mövcuddur".
Onun sözlərinə görə, vərəm olma riski altında, əsasən, vərəm xəstəsilə yaxın kontaktda olanlar, alkoqolizmə düçar olanlar, evsizlər, vərəmlə yoluxma riski olan işçilər, tibbi lobaratoriya işçiləri, İİV infeksiyası, şəkərli diabet, endokrin vəzinin xəstəlikləri, xərçəng xəstəliyi, hemotoloji sistemin xəstəlikləri, immun sistemi zəif olan insanlar ola bilər. Müsahibimizə görə, vərəm xəstəliyi əsasən hava-damcı yolu ilə ötürülür. Vərəmlə yoluxmuş insan öskürdükdə ətrafdakı insanları yoluxdura bilər. Yoluxmuş, lakin hələ vərəm xəstəsi olmayan insanlarda simptomlar müşahidə olunmur və ona görə belə insanlar yoluxdurucu sayılmırlar. İlkin yoluxanların təxminən 10%-i öz həyatları boyu nə vaxtsa vərəmlə xəstələnə bilərlər. Zəif immuniteti olan, İİV infeksiyalı şəxslərdə bu daha da təhlükəli hesab edilir.
Xəstəlik təbii gedişdə dörd mərhələyə ayrılır. "Təsirə məruz qalma - cəmiyyətdə yolxucu xəstələrin sayı, belə xəstələrlə kontakt ehtimalının olması, xəstənin öskürmə tezliyi, xəstə ilə kontaktın müddəti yoluxmada böyük rol oynayır. Yoluxma - immunoloji cavab reaksiyasının yaranması 6-14 həftə çəkir. Vərəm mikobakteriyaları ağciyər alveollarına daxil olur və makrofaqlar tərəfindən faqositoza uğrayır. Tuberkulin reaksiyası müsbətdir, zədələnmiş sahələr adətən tamamilə sağalar ancaq mikobakterialar bu nahiyədə hələ də sağ qala bilər. Ağciyər zədələnməsindən qabaq qan dövranı zədələnməsi vasitəsilə səpələnmə baş verə bilər. Daha sonra xəstəlik mərhələsi başlayır. Bu, nəfəs alınan havada mikobakteriyaların toplanmasının miqdarı, yoluxmadan sonra keçən müddət yoluxmuş şəxsin yaşı, immunitetin zəif olmasına bağlıdır" deyən həkimin sözlərinə görə, vərəmdən ölüm halı isə diaqnozun vaxtında qoyulmaması, tibbi texniki bazanın aşağı səviyyədə olması, müalicədə fasilələrin olmasından asılıdır.
T.Novruzova deyir ki, hər bir xəstə həkimin qəbulunda olduğu zamanı xəstəliyin dəqiq təyin edilməsi üçün bəlğəmin yaxma mikroskopiyası, Rentgen-flüoroqrafik müayinə, dəri tuberkulin sınağından keçir. Bu sınaq çox vaxt uşaqlar arasında aparılır. Yaşlılarda vərəm diaqnozunda az əhəmiyyəti var.
Vərəm sağalan xəstəlikdir. Əgər vaxtında aşkarlanarsa, dəqiq diaqnoz qoyularsa, müalicə müvafiq sxem şəklində aparılır.
Vərəmlə Mübarizə üzrə Milli Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir. Müalicə stasionar şəraitdə aparılmalıdır. Müalicənin müddəti ən azı 6 ay, bəzən isə 2 ilə qədər davam edə bilər. Müalicə xəstəliyin lokalizasiyasından, ağırlığından, bəlğəm yaxmasının nəticəsindən, əvvəlki vərəmin müalicəsindən asılıdır. Müalicədə konkret dörd adda və köməkçi dərmanlardan istifadə olunur: "Əgər bir şəxs özündə vərəmə uyğun simptomlar hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Vərəm infeksiyası yoluxucu olduğuna görə bir insandan başqasına keçə bilər. Bu səbəbdən insanlar çalışmalıdırlar ki, öskürdükdə, asqırdıqda ağızlarını tutsunlar. İnsanın yaşadığı şərait çox vacibdir. Belə ki, işıqlı və quru şərait olmalıdır. Evdə olarkən otağı daim havalandırmaq lazımdır. Gigiyenik qaydalara riayət olunmalıdır. İctimai nəqliyyatdan istifadə edərkən diqqətli olmaq lazımdır. Uzun müddət vərəm xəstəsilə təmasda olduqda o zaman xəstəliyə yoluxmaq mümkündür".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Düşmənləri sevindirməmək üçün oxuyun
Sirli sərdabələr tapıldı
Picassonun 26 milyonluq rəsminə görə HƏBS OLUNDU
"Dağ" peçenyesi (foto resept)
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
Məleykə Abbaszadə: “Bu il yüksək bal toplayanların sayı artıb”
Yolunuz açıq olsun
Hər kəs bu cütlükdən danışır-FOTO
İşdə sizə kömək olacaq oyuncaqlar
600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-8 Yanvar
Məşhur aktyor “Çukur” serialını tərk etdi - FOTO
Göz ətrafını canlandırmağın yolları
Bakı avtovağzalının qarşısındakı sürüşmə sahəsi aktivləşdi
Gələcəyin şəhər bağları - FOTOSESSİYA
Britaniyalılar "Qızıl Top"un qalibini müəyyənləşdirdilər
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Dünyanın Ən Ağıllı İti Öldü -FOTO
Qeyri-adi genə sahib olan insanlar
Hündür daban ayaqqabılar
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ
"Butoyaş" salatı (foto resept)
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər
54 yaşlı aktrisa illərə meydan oxuyur - FOTO
30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur
3 günə 1 kiloqram arıqladan pəhriz
Asiyasayağı qızardılmış peraşki (foto resept)
Berkay qaldığı oteli məhkəməyə verdi-SƏBƏB
Hava necə olacaq?
Ermənilər bizdən üzr tələb edirlər
Yanan bina sakinləri evlərinə geri dönür
Əhvala uyğun idman növü
Baş bəlası sızanaqlar
Göbələk salatı (foto-resept)
“Qalatasaray” Roberto Mançini ilə danışıqlara başlandığını rəsmən açıqlayıb
Saç və dırnaq maskası
Hisə verilmiş ətli lavaşarası (foto resept)
Gecə saatlarında dərmanı haradan almalı?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Qar yağacaq
Körpələrdə soyuqdəymə
Azərbaycanda köhnə maşınlar sıradan çıxarılacaq
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
ÜST-dən koronavirusla bağlı yeni AÇIQLAMA
Gənc yaşda milyarder olmağın yolları
Duaların axırında deyilən "amin" sözünün mənası nədir?
İslamda qeybət edənin cəzası
- ŞƏRHLƏR