Milli.Az musavat.com-a istinadən bildirir ki, bir neçə gün öncə məşhur sosial şəbəkələrdən olan Facebook “WhatsApp” mobil messencerini aldığını elan etdi. 16 milyard dollara alınan “WhatsApp” bir gün içərisində problemlərlə üzləşdi. Yenilənmə ilə bağlı messencerdə yaranan problemi isə istifadəçilər birmənalı qarşılamadılar.
Şirkətdən verilən məlumata görə, müqavilənin müddəti başa çatdıqdan sonra 4 il müddətində 3 milyard dollar məbləğində aksiyaların “WhatsApp” yaradıcılarına və əməkdaşlarına verilməsi nəzərdə tutulur. Facebookun rəhbəri Mark Zukerberq deyib ki, bu sövdələşməyə baxmayaraq, “WhatsApp” müstəqil olaraq və öz adı altında fəaliyyətini davam etdirəcək, onun komandasında hər hansı dəyişiklik olmayacaq. “Növbəti illərdə biz ”WhatsApp"ın genişləndirilməsi və bütün dünya üzrə istifadəçilərin bu messencerə qoşulması üçün birlikdə səylərimizi davam etdirəcəyik", - deyə o, bildirib.
Qeyd edək ki, hər ay 450 milyon insan “WhatsApp” mobil messencerindən istifadə edir. Facebookun özünün də “Facebook Mesenger” adlı mesaj yollama xidməti var. Lakin o, “WhatsApp” mobil messenceri ilə müqayisədə nisbətən geri qalır. Görünür, bu yolla facebook bu çatışmazlığı aradan qaldırmağa çalışır. Bundan başqa, facebook bu addımı ilə “WhatsApp” mobil messencerinin, xüsusilə populyar olduğu Afrika və Asiyada liderliyi ələ almağa çalışır.
Facebook “WhatsApp”la bağlı bəzi məlumatları da açıqlayıb. Belə ki, messencerin köməyi ilə hər gün 27 milyard mesaj göndərilir. İstifadəçilərin dəqiq sayı bilinməsə də, Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə, “WhatsApp”dan 100 milyondan çox insan istifadə edir. “Apple” əlavələrinin mağazasında proqram 121 ölkədə (Çindən, Cənubi Koreyadan və Yaponiyadan başqa ən böyüklər daxil olmaqla) ən məşhur pullu əlavədir. Noyabrın başlanğıcına “Google Play” mağazasının məlumatına görə, proqram “Android” əməliyyat sistemi ilə işləyən telefonlara 100 milyondan çox yüklənilib.Azərbaycanda isə 300 mindən artıq istifadəçinin əlavə imkan qazanması təxmin edilir. Çünki ölkə ərazisində sürətlə inkişaf edən mesajlaşma xidməti məhz “WhatsApp”dır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
15 yaşlı azərbaycanlı girov geri qaytarıldı
Giləmeyvəli tost
"Ölmüş" qız 29 il sonra cinsiyyətini dəyişərək geri döndü
Şəffaf smartfon göstərildi
HAVA necə olacaq?
Yaponiyada 2018-ci il doğum göstəricisi aşağıdır
Kişilər qadınlarda nə axtarır?
Mütəxəssislərdən sağlam bədənin sirləri
Gözəl görünmək üçün... ölməyə dəyərmi?
Türkiyənin görməli yerləri
Kerem Bürsin saç əkdirib
Su haqqında bilmədiklərimiz
Bu yaxınlarda çökən WhatsApp-dan xəbər var
Azərbaycana qış gəldi
Hikmətli sözlər
Tramp əhalinin 98 %-ni vergidən azad edir
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Neymar üçün mundial bitdi
65 yaşlı kişinin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu da bənzərsiz Mercedes S-Class
Yoqurt yeyin, sağlam olun (I hissə)
Məşhur tərzi: Chiara Ferragni
Zeytun salatı (foto-resept)
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Mən orucluyam!
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Valideynlərə təcili kömək -1
Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına salınıb
Təhsil xərcləri azaldılır
Ermənilər dinc sakini vurdu
Qışda şalı belə bağlayın - FOTO
Pazllar ("Tom və Cerri")
Armudun faydaları
Nostradamusdan daha az məşhur Azimov
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Qızılaxtaran axtardığını tapdı
Qırmızı dırnaq manikürü
Ən böyük zərbə müsəlmana oldu
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
Pecenye M&M’S(foto resept)
HAVA necə olacaq?
Azərbaycanda hansı xəstəliklər ağır xəsarət hesab ediləcək?
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
Məşhur cütlükdən xeyirxah davranış
Ordumuz şəhid verdi
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Valideyn məsuliyyətsizliyi: cəzalandırmaq çarədirmi?
Avropada tərk edilmiş binalar
- ŞƏRHLƏR