APA-nın xəbərinə görə, bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər. O gün suyun başında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirlər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.
Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirərlər. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.
İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və etiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaq, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaq. İynələr suyun dibinə çökərsə, o halda bu su “lal su” deyildir.
Qeyd edək ki, Novruzun ilk çərşənbəsi fevralın 25-nə, ilaxır çərşənbə isə martın 18-nə təsadüf edəcək. Ölkədə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərində qeyd olunacaq.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“London taksiləri”ndə gediş haqqı bahalaşıb
Qaynananın və gəlinin şikayətləri
Şalvarın transformasiyası
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
Beyin funksiyalarının pozğunluğu
Porsche 911-ə rəqib hazırlanır
Türkiyədə sümükləri tapılan rus generalla bağlı YENİ FAKT
Azərbaycanda doğum səviyyəsi artıb
Cəbhədə yeni erməni təxribatı
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Bina üzlükləri təcili sökülür
Serj Sarkisyandana qumarda uduzduğu 70 milyon avronun hesabını soruşan deputat cəzalandırıldı
Şaftalı pirojnası (foto-resept)
Köz badımcanlı kartof salatı (foto-resept)
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
Ziyafət çantaları
Dəbli ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
İspaniyanın ən gözəl şəhərləri
“İnstagram” söyüşləri bloklayacaq - YENİ FUNKSİYA
"Büdcəyə dəyişiklik olunacaq"
Günəşdə partlayış baş verdi
Danimarka Bakıya 65 idmançı göndərir
Mədə yanması
HAVA necə olacaq? 16 İyun
"İlin qadını" oldu - FOTO
Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimində
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Filiz Akın koronavirusa yoluxub?
Keloid nədir?
Obama ilahi oxudu
Tortlar
HAVA necə olacaq?-29 yanvar
Dəlilər ölkəsi Ermənistan
Düşbərə (foto-resept)
Ukrayna vahimə içində
Temperament
Castin Biber xanımına surpriz etdi- FOTO
Məscidlərə hücum başladı
Makiyajdan sonra təbii maska
Dahi futbolçu "Milan"ın yeni baş məşqçisi olacaq
Nazir otellərdə istənilən nikah kağızından DANIŞDI
Albalı tortu(foto resept)
Şakiradan gözlənilməz addım
Muncuqla hamiləliyi planlaşdırma
Martın 15-i imtahandır
- ŞƏRHLƏR