Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. 59 yaşlı bağbanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, o, konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci illərin ortalarından evə gətirərək, onları xüsusi qablarda cücərtməklə daha sonra şitillərini torpağa basdırıb. Aqrotexniki qulluq sayəsində konfet ağacı boy ataraq 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində konfet ağacının sayı bir deyil, onlarladır. Bağbanın sözlərinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda təcrübə olaraq ilk dəfə 1935-ci ildə Mərdəkanda yetişdirilib. Nəticə müsbət olduğundan konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam kişi isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonum-qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır: ”Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar. İndi mən konfet ağacının hesabına həm də arıçılıqla məşğul oluram. Bəslədiyim 5 arı pətəyi sayəsində ailə büdcəmizə əlavə gəlir daxil olur”. Nizam kişinin qənaətincə, konfet ağacının sürüşmə baş verən ərazilərdə əkilib çoxaldılması torpağın eroziyaya uğramasının qarşısını alır: ”Ağacın kökləri torpağın dərin qatlarına uzanıb getdikcə sürüşmə təhlükəsi minimuma enir”. Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir. Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədilə onun adı ölkənin “Qırmızı kitab”ına daxil edilib.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Giləmeyvələr
Simdən incə əl işləri
Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib
Sinan Akçıl Hollandiyada evlənəcək
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Bakıda tələbə qız qaçırıldı
Hava haqqında
HAVA necə olacaq?-10 Avqust
"Tanrının gözü" göründü - İlk dəfə-VİDEO
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?
Karamelli piroq (foto resept)
Mükəmməl makiyaj üçün bəzi sirlər
Sünnət
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ev üsulu coco star (foto-resept)
Smartfon bazarında lider dəyişdi
Dekabr ayı üçün bayramlar və tarixi günlər
Çiyələk yağından necə istifadə etməli?
Acun Ilıcalı Pərvizə görə tənqid olundu
Dəbli ev dekorasiyaları
Uşağın yuxusunu qoruyun
Cüneyt Arkından Türkan Şoray etirafı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Ağsaqqallar və ağbirçəklər qayıdır...
Avropanı buxar vulkanı bürüdü
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Rayonlara qar yağacaq
Ütünü necə təmizləməli?
Vampir-balıq kəşf edildi
HAVA necə olacaq?
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Valideynlərə XƏBƏRDARLIQ
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Yaponiya Ayda zavod tikəcək
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Metroda halın dəyişdisə, vay halına
İlham Əliyevin reytinqi açıqlandı
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Əl işləri- Toxunma ayaqqabılar
Uşaqları istidən qoruyun
Qarın böyüməsinin üç əsas səbəbi
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Leyla Əliyeva oğlu ilə yemək bişirdi - VİDEO
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
Hadisədən Qalmaqallı FOTO
Milyon dollarlıq oyuncaqlar-FOTO
Adriana Lima yeni reklama çəkildi-FOTO
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
- ŞƏRHLƏR