Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də "Bakı Ağ şəhər ofisi binası"na gələrək, "Ağ şəhər" layihəsi ilə tanış olub. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Ağ şəhər" layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək, "Ağ şəhər" layihəsinin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırıb. Bildirilib ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaq. Burada inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. "Bakı Ağ şəhər"də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulacaq. Təqdim olunan digər investisiya layihələri nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb. Görüş zamanı "Ağ Şəhər" layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilib, qonaqlar tərəfindən bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilib. Həmin gün Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunan iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP) olub. Qonaqlara Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən layihələr haqqında məlumat verilib. Bildirilib ki, ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qısa müddətdə 250 hektarlıq ərazidə bütün Cənubi Qafqazda analoqu olmayan müasir texnopark yaradılıb. Burada 17 zavod artıq uğurla fəaliyyət göstərir. Qeyd edilib ki, gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq. Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini maraqla izləyiblər. Müasir texnologiyalara əsaslanan və rəqabət qabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Unikal ailə: 7 əkizin 18 yaşı tamam oldu - FOTO
Darçınlı peçenye (foto resept)
Vegeterianlıq nədir?
Albalı limonad (foto resept)
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycanda koronavirusa yoluxmada müsbət dinamika: Sağalanların sayı artdı
Bakı Fond Birjasına yeni üzv qəbul edilib
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Məsamələri necə təmiz saxlayaq?
Gənclər üçün sağlam arıqlama
Dünyanın ən qorxunc xəstəlikləri
Sevgini qoru
BÜRCLƏR bizə nə vəd edir?-29 noyabr
İngiltərədə ən yaxşı məşqçi və futbolçu seçildi
Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
"Yaxşılıqla alınmasa, bütün qanuni metodlar tətbiq olunacaq"
Vaksinasiya başladı - İlk peyvənd direktora vuruldu
Azərbaycan kulinaryasından ədviyyatlar
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
Radamel Falkao dünyanın ən yaxşı oyunçusunun adını dedi
Payızın gözəl olduğu məkanlar
Hadisə Mersində konsert verdi-FOTO
"La case de papel" finala hazırlaşır
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Yaşıl mərcili bulqur plovu (foto-resept)
Hər zaman lazım olan gözəllik məsləhətləri (2)
"The Pussycat Dolls" qrupu 10 il sonra yenidən birlikdədir
Sarkisyan Azərbaycandadır
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
Rəsmi Bakıdan Yahoo-ya etiraz
Uşaqların sosial-psixoloji inkişafı-30 (Son)
10 il öncə düzəltdiyi qartopunu satışa çıxardı
Dahilərdən gözəl sözlər-7
Seren Serengilin əri haqqında ŞOK İDDİA-FOTO
Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlandı, 7 nəfər öldü
Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik etdi
Makiyajda Smoky Eyes effekti
Mehriban Əliyeva və qızı Şamaxıda - FOTO
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Girovumuz şikayətə hazırlaşır
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Deniz Akkaya izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Sabahın HAVAsı
Bunları bilirsinizmi?
Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər - VİDEO
"Telekanallar diqqətli olmalıdırlar"
- ŞƏRHLƏR