Bakıda hava
USD AZN
EUR AZN

Qışda daha sağlam olaq

 

Amasya Universiteti Təhsil və Araşdırma Xəstəxanasının uşaq xəstəlikləri üzrə həkimi Çelep Göy qış fəslini sağlam keçirmək üçün, həmçinin bir sıra xəstəliklərdən (soyuqdəymə, zökəm, qrip, bronxit, sətəlcəm və s. kimi ağır tənəffüs yolu infeksiyaları) qorunmaq üçün sağlam və düzgün qidalanmanın vacib olduğunu vurğulayır və bu aylarda daha çox meyvə-tərəvəzdən istifadə etməyi, portağal, narıngi kimi immuniteti artıran məhsullara üstünlük verməyi məsləhət görür. Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, qapalı mühitdə mümkün qədər az vaxt keçirmək, imkan düşdükcə otağın havasını dəyişmək, açıq havada gəzmək baş verə biləcək xəstəliklərin aradan qaldırılması üçün ən ideal variantlardandır. Çelep Göyün fikrincə, soyuqdəymə zamanı həkim məsləhəti olmadan dərman qəbul etməkdənsə, çoxlu maye qəbul etmək daha məqsədəuyğundur. Çelep Göy onu da vurğulayır ki, bitki mənşəli çaylardan istifadə edərkən uşağın yaşını nəzərə almaq lazımdır. Məsələn, bitki çayını yalnız 1 yaşından yuxarı uşaqlara vermək olar. Lakin burada da uşağın allergiyalı olub-olmamasını diqqətdə saxlamaq vacibdir.

 

Mənbə: Milli.Az
Səslərin sayı: 0
2
718
Şərhlər
Offline
S.S.E.
Allah hamini xesteliklerden qorusun
26 yanvar 2015 22:02
Offline
Xanim_Xatun
Allah butun insanları pis xəstəliklərdən qorusun..
26 yanvar 2015 21:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!