Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib

 

Bu gün Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib Tədbirdə öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxış keçirilib.Trend yazır ki, tədbiri ulu öndərin "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" sözləri ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb: "Müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider, ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi xalqının böyük sərvəti hesab etdiyi milli mədəniyyətimizin inkişafı istiqamətində də misilsiz xidmətlər göstərmiş, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolu olmuşdur. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi və Azərbaycan mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayırdı. Daima mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi. Ulu öndərin öz qurucusu olduğu, mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan, ölkənin mərkəzi konsert salonu Heydər Əliyev Sarayına xüsusi sevgisi var idi. Dövlət işlərinin çox olmasına baxmayaraq, Heydər Əliyev saraya gələr, qurultaylarda, konfranslarda, yubileylərdə iştirak edər, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Hər zaman tədbir sonunda səhnə arxasında sənətçilərlə görüşüb fikirlərini paylaşardı. Biz mədəniyyət işçiləri böyük fəxr hissi ilə deyə bilərik ki, bu gün respublikamızda yerli və beynəlxalq tədbirlər, konsertlər, festivallar ulu öndərin rəhbərliyi ilə yaradılmış mədəniyyət ocaqlarında keçirilir". F.Babayev çıxışının sonunda bir daha bildirib ki, Azərbaycan mədəniyyətinin bu gün nümayiş olunduğu əsas səhnə heç şübhəsiz ki, Heydər Əliyev Sarayıdır və bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır. Sonda mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən danışıblar. Tədbirdən sonra Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi xalqımızın ümummilli liderinin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.
Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
3
1661
Şərhlər
Offline
Qəribə
Allah rehmet elesin…
19 iyun 2015 12:19
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Pərvanə
Allah rəhmət eləsin.
2 mart 2015 12:17
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Xanim_Xatun
Dəfn olundugunu insanlar necə aglayirdilar...
12 dekabr 2014 22:19
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!