Bakıda hava
USD AZN
EUR AZN

"İgid əsgər, möhkəm dayan!" mahnısının müəllifi ölkəmizin təmsilçisi oldu

 

Dekabrın 3-də Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Tibb, Tibbi Araşdırmalar-Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) açılış və inauqurasiya mərasimi baş tutub. 28 ölkədən 66 elmi birlik və ictimai təşkilatın nümayəndələrinin dəvət olunduğu toplantıda ölkəmizi “Həyat” Hemodializ və Böyrək Köçürülmüş Xəstələrin İctimai Birliyinin sədri Hikmət İsmayılov və “Tibbi xəbərlər” analitik-informasiya dərgisinin baş redaktoru, hərbi həkimŞahin Musaoğlu təmsil ediblər. İdarə heyətinə həqiqi üzv seçilən həmyerlilərimiz bu akademiyanın Avro-Asiya regionu üzrə nümayəndəsi statusunu alıblar. Ş.Musaoğlunun Milli.Az portalına bildirdiyinə görə, WAMBES-in fəaliyyəti tibbin inkişaf perespektivləri, tibbi araşdırmaların və klinik çalışmaların dövlətlər arası mübadiləsi, tibdə etik standartların və tibbi xidmətin keyfiyyət göstəricilərinin artırılması istiqamətində atılan addımlara dayaq olmaq, onları gerçəkləşləşdirməkdən ibarət olacaq. Dünya dövlətlərini 8 region üzrə təmsil edən bu akademiyanın mərkəzi ofisi İsveçrədə qeydiyyatdan keçərək, Ankarada fəaliyyət göstərəcək.

Mənbə: Milli.Az

 

Səslərin sayı: 0
0
815
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!