Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Azərbaycan Silahlı Qüvvələrinin yeni səhra geyim forması hazırlanır

 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə "Bakı Tikiş Evi" ASC-nin (BTE) sədri Fədai Rəhimov bildirib. F.Rəhimovun sözlərinə görə, yeni geyim forması özünün modelinə, yüksək keyfiyyəti və bir sıra özəlliklərinə görə hazırkı analoqlarından fərqlənəcək. Hazırda üzərində işlərin aparıldığı geyim forması Müdafiə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra ordunun istifadəsinə veriləcək. "Yeni geyim forması Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanır", - deyə F.Rəhimov bildirib. BTE rəhbəri bildirib ki, yeni səhra geyimi Türkiyə istehsalı olan parçalardan hazırlanır. Bu geyimlər görünüşcə Türkiyə Silahlı Qüvvələrinin yeni rəqəmsal dizaynlı kamuflyajına bənzəyəcək. Başqa sözlə, müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovun cəbhə bölgəsinə səfər zamanı geydikləri kamuflyajın bənzəri olacaq. Yeni geyimlərin 2014-cü ilin yay mövsümünə keçid zamanı hərbçilərə paylanması gözlənilir. F.Rəhimov bildirib ki, BTE hazırda ordu üçün müxtəlif təyinatlı-multispektral, yağışa davamlı və s. geyimlər, səhra yatağı, çantalar və s. istehsal edilir.

Mənbə: Milli.Az

Səslərin sayı: 1
3
3569
Şərhlər
Offline
איסון ממדוב.
Allah əsgərlərimizi qorusun amin girl_ang
11 dekabr 2013 22:45
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Realist
Kəməri də ləğv etdilər. Keyfiyyətlə istehsal olunsa, sevinərəm. hal-hazırda geyindikləri rəg çıxarır. Ən çox da isti paltarları...Nə qədər paltarımı zay edib.

Yazıq əsgərlər pul verib alacaqlar

Əsgərlərə forma pulla verilmir. Hər bir əsgərə forma pulsuz və 6 aylıq verilir. Yəni ki, əsgərin forması 6 aydan bir yenilənir. Yox əgər bu 6 ay ərzində əsgər özündən Amerika kəşf edib formanı dəyişikliklərə məruz qoyarsa, (indiki gənclərin favori geyimi-dar, butulka şalvar, üst geyimlərinin hədsiz dərəcədə qısaldılması, daraldılması) o zaman əsgərə cərimə tətbiq olunur və bunun müqabilində də əsgərə hərbi hissənin anbarından geyim verilir. Halbuki zabitlərə həmin forma 2 ildən bir verilir. Əsgərlərimiz intizamlı olsun. Zabitlərimiz isə vicdanlı və anlayışlı...
11 dekabr 2013 20:52
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Fatma xanım
Yazıq əsgərlər pul verib alacaqlar
11 dekabr 2013 17:39
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış