Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Yol polisi avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb

 

Bu gündən etibarən yol polisi respublikada, xüsusən də Bakıda avtobus sürücülərinə qarşı genişmiqyaslı reydlərə başlayıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikiKamran Əliyev bildirib. Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər". Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb.

 

Mənbə: Milli.Az

Səslərin sayı: 0
2
1373
Şərhlər
Offline
Xanim_Xatun
Məncə avtobus suruculəri cox diqqətli olmalıdırlar..
26 yanvar 2015 22:09
Offline
Gulnarə
Görəsən bizdə nə vaxt avtobuslardakı vəziyyət,sürücülərin davranış mədəniyyəti ürəkaçan olacaq?....
Əşi nə qədər qanun da çıxarırlar,cərimə də edirlər xeyri yoxdur.....Y e n ə toz-torpaq camaatın a ğ c i y ə r l ə r i n d ə,qulaqlarında telefon harda gəldi saxlayıb klient düşürdüb mindirirlər,səviyyəsiz meyxanalardan da ki,danışmayaq.Daha birtəhər dözürsən ki, indi çatıram.....
Xəbər çox aktual xəbərdir, niyə şərh yazan olmayıb bəs? Dəniz,təşəkkürlər....
14 fevral 2014 19:42
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!