Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Bakıda sulu qar yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, dekabrın 11-i günün ikinci yarısında qərb rayonlarından başlayaraq hava şəraiti yenidən soyuqlaşacaq. Əsasən, dekabrın 12-də ölkə ərazisində hava şəraiti soyuq və küləkli keçəcək. Havanın arabir yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.Bakıda və Abşeron yarımadasında dekabrın 12-də hava şəraiti soyuq və arabir yağıntılı olacaq. Arabir güclü şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var.Bakıda və Abşeron yarımadasında dekabrın 12-də gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar və qar yağacaq. Ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta gözlənilir.A.Verdiyev deyib ki, dekabrın 13-də artıq hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Həmin gün Bakıda gündüz şimal küləyi mülayimləşəcək. Havanın temperaturu dekabrın 13-də gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

Səslərin sayı: 2
5
1380
Şərhlər
Offline
Samir Aliyev
Qar uzude gorseydik bu illlll
Uraaaaaaa ne yaxsi olduu

Ozde cox ela olduuuuuuuuuuu
11 dekabr 2013 17:31
Offline
♥Sevgilimi çox sevirəm♥
Uraaaaaaa yahoo ne yaxsi olduu
11 dekabr 2013 17:28
Offline
Sirli_dunyam
Allah bilən məsləhətdir şükür olsun hər günümüzə.
11 dekabr 2013 17:17
Offline
GÜLÇİN
Qışdır artıq qar olması normaldır.Mən amma sevmirəm.
11 dekabr 2013 17:15
Offline
Inci mirzezade
Aaaaaayyyyyyyy cox usudum.
11 dekabr 2013 16:48
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )