Bakıda hava
USD AZN
EUR AZN
10:05Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41595

Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!

 

Baş gicəllənməsi bir hərəkət yanılmasıdır. Xəstə, olmayan bir hərəkəti varmış kimi qəbul edir, özünün və ya ətrafının hərəkət etdiyini zənn edir. Balanssızlıq hissi, adamın ətrafına görə tarazlığını təmin edə bilməmə vəziyyəti özünü baş gicəllənməsi kimi göstərir.Baş gicəllənməsi və tarazlıq pozuntusundan, demək olar ki, ortayaşlı və yaşlı insanların çoxu şikayətçidir. Kiçik yaşlılarda nadir halda görünən baş gicəllənməsi uşaqlarda müşahidə edilərsə, bu, ağır bir xəstəliyin əlaməti ola bilər. Hərəkət edərkən tarazlığı təmin etmək üçün bütün bədən sistemi birlikdə uyğunlaşma içində çalışmalıdır. Bu da o deməkdir ki, baş gicəllənməsi çox sayda xəstəliyə səbəb ola bilər.Mütəxəssislər bildirirlər ki, baş gicəllənməsi və balanssızlıqdan şikayəti olan xəstə mütləq bütün müayinələrdən keçməlidir. Baş gicəllənməsi özü bir xəstəlik deyil, hər hansı bir xəstəliyin əlamətidir. Baş gicəllənməsini yarada biləcək səbəblərdən danışan terapevt Məlahət Abbasovanın sözlərinə görə, baş gicəllənməsindən şikayətlənən insana kimliyindən asılı olmayaraq, "qan azlığı" diaqnozu qoyulur. Amma onun dediyinə görə, əslində isə baş gicəllənməsinin yüzlərlə səbəbi ola bilər: "Çox zaman qulaq xəstəlikləri baş gicəllənməsinə səbəb ola bilir. Bəzi xəstələr şikayətlənirlər ki, başı hərəkət etdirərkən baş gicəllənməsi keçirirlər. Buna səbəb daxili qulaqdakı yarım dairə kanallarında yaranmış problemlər ola ilər".Həkim bildirir ki, qulağın axıntılı xroniki xəstəlikləri, eşitmə itkisi ilə gedən qulaq xəstəlikləri, yüksək dərəcədə damar tıxanıqlığı zamanı daxili qulağa qanın az getməsi səbəbi, bəzən heç bir səbəbə olmadan daxili qulaqdakı pərdələrin cırılması nəticəsində baş gicəllənməsi müşahidə edilə bilər. "Baş gicəllənməsinə başdan alınan zədələr də səbəb ola bilər. Sıxlıqla başa dəyən zərbələr daxili qulağı da zədələyir. Bu zaman baş gicəllənməsi və ürəkbulanma, qusma da meydana gəlir. Bu vəziyyət həftələr və ya aylarla davam edə bilər", - deyən müsahibimiz hesab edir ki, baş gicəllənməsinə digər bir səbəb isə beyin, beyincik kimi orqanlardan ibarət olan mərkəzi sinir sistemindəki qanama və ya qan damarlarındakı tıxanma ilə əlaqəli olan qida pozuntusu, skleroz, sifilis, müxtəlif beyin şişləri, parkinson xəstəliyi, miqren və başqa xəstəliklər ola bilər.Dediyinə görə, ürək çatışmazlığı, infarkt, diabet, tiroid vəzisi xəstəlikləri, qanazlığı, idarə edilə bilməyən yüksək təzyiq, artan ürək ritminin pozuntusu, ani və şiddətli su itkisi, ishal, qusma, həyəcan, narahatlıq, stress, depressiya da baş gicəllənməsinə səbəb olan hallardır.M.Abbasova hesab edir ki, baş gicəllənməsini aradan qaldırmaq üçün onun səbəbini tapıb müalicə etmək lazımdır:"Bəzən qəbul etdiyimiz müxtəlif dərmanlar da baş gicəllənməsinə səbəb ola bilər. Hər hansı bir xəstəliyi aradan qaldırmaq üçün qəbul etdiyimiz dərmanların əks təsirləri arasında baş gicəllənməsi ola bilər. Nizamlı olaraq və ya müəyyən bir müddət istifadə etməli olduğunuz dərmanlar şiddətli baş gicəllənməsinə səbəb olursa, mütləq həkiminizlə məsləhətləşməlisiniz".Onun sözlərinə görə, aspirin və salisilat qrupu dərmanlar, aminoglikozit qrupu bəzi antibiotiklər və sidik qovucu dərmanlar baş gicəllənməsinə səbəb ola bilər. Həkim deyir ki, baş gicəllənməsindən əsasən qadınlar şikayət edir. Bu, çox zaman adət günlərinə təsadüf edir ki, belə baş gicəllənməsinə səbəb qanazlığıdır. Belə baş gicəllənməsini aradan qaldırmaq üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır: "Qan azlığı olan xəstələr tərkibində dəmir və B-12 vitamini olan qidalara üstünlük verməli, ət, yumurta və tərəvəz yeməlidirlər. Tərkibində kalium olan portağal, naringi və banan da baş gicəllənməsi üçün faydalıdır. Yumurta qanazlığını aradan qaldırmaq üçün əsas sayılan qidadır. Tərkibində A, D, E və B qrupu vitaminləri olduğu üçün yumurta böyüklərlə yanaşı uşaqlar üçün də əhəmiyyətli qidadır. Uşaqların fiziki və zehni inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Beynin inkişafında əhəmiyyətli rol oynayır. Qanazlığını aradan qaldırır. Bədən yağının itirilməsində təsirlidir".Abbasova baş gicəllənmələrinin ən çox hamiləlik dövründə müşahidə edildiyini bildirir: "Hamiləlikdən qaynaqlanan bütün gün davam edən bulanma, baş gicəllənməsi və qusmalardan xilas ola bilmək üçün 1 stəkan isti suya 1 qaşıq nanə əlavə edin. 5 dəqiqə dəm aldıqdan sonra süzüb için. Bu qarışıq ilıq-ilıq gündə 3-5 çay stəkanı içilərsə, yrək bulanmanı və baş gicəllənməsini aradan qaldıra bilər. Qarışığın içərisinə 1 dilim limon da atılsa, daha yaxşı olar. Nanə az qoyulmalıdır. Əks təqdirdə bulanmanı artırar".Kişilərdə olan baş gicəllənmələri isə mütləq xəstəliklərin əlaməti ola bilər. Bunun üçün ən yaxşısı həkim müayinəsindən keçməkdir.

Mənbə: Milli.Az

Səslərin sayı: 1
2
1624
Şərhlər
Offline
GÜLÇİN
Baş mənim ən böyük dərdimdir.Başım ağradısa gərək uzanım,çünki ayaq üstə heç qala bilmirəm,dəhşət!!!
11 dekabr 2013 18:09
Offline
Fatma xanım
Biz müsəlmanıq heç elə kiçik şeyə görə həkimə gedərik çətin
11 dekabr 2013 18:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:09 - Müəllif: LegiondipPA
    Hüquqşunas məsləhəti (542)

    Hüquqşunas məsləhəti

    Долго мечтал свой сайт создать , да руки не доходят сделать это, да и не умею как. Решил обратиться к тем кто оказывает услуги по создание сайта Уфа данную услугу предлагают многие , но вот как это многие делают не всем нравиться, судя по отзывам. Будучи в Казани проездом знакомый посоветовал обратиться к специалистам веб студия Легион. Они для компании создали, шеф доволен. Пробовал найти о них в интернете информацию очень мало. Не рекламируются. Уже это интересно. Приехав домой решил с ними пообщаться на тему заказа сайта. Общение по емайл живое, но тяжёлое. Договориться удалось с помощью шефа коллеги казанского. Не жалею что с ними связался. Сайт сделали не быстро , недели 3 делали (согласовывали и дизайн, и функционал, и наполнение) Цена даже очень приятная созданного сайта, меньше 45000. Отсюда и отсутствие рекламы на которую тратят много денег. Клиентов хватает благодаря принципу я сказал ему, он ей, она ещё кому-то, сарафанное радио. Продвигают сайт хорошо, и информацию добавляют, и дизайн корректируют по необходимости. Число посетителей стабильно более 200, это даже больше о чём мечтал, у меня не магазин, лишь мой личный сайт. Поддержка вообще не вызывает желания по улучшению – хорошо работают.
  • İllərə görə ən çox qazanan filmlər (2001-2019)

    bunların hamsını görmüşəm
  • İlk baxışda xoş təəssürat yaratmaq üçün...

    Mükəmməl duruş və gülüşlə dayanırlar. İnam hissi yayırlar.
  • Çində koronavirusa yoluxanların sayında yenə artım var

    Dəhşət tez çoxaldı
  • 50 illik cütlük koronavirusdan öldü

    Lakin bu dəfə onlar mübarizədən məğlub ayrılıblar.Qeyd etmək lazımdır ki, sonuncu nəfəslərində olan cütlük əl-ələ tutaraq bu dünyaya göz yumub.Onların iki uşağı, səkkiz nəvəsi və 12 nəticəsi var idi.
  • Pomidor souslu makaron (foto-resept)

    mən buna çəkilmiş ət vururam
  • 05:14 - Müəllif: RichardrouriIZ
    Hüquqşunas məsləhəti (542)

    Hüquqşunas məsləhəti

    Тестовый игровой хостинг . Тестовый игровой хостинг, тест сервера 3 дня БЕСПЛАТНО! Доступ к полному функционалу, выбор любой игры и любого тарифного плана. Простая регистрация и управление.
  • 00:41 - Müəllif: EugenejedJN
    Hüquqşunas məsləhəti (542)

    Hüquqşunas məsləhəti

    Всех приветствую я натолкнулась тут на один магазин по пряже домпряжи.рф Так вот в чем вопрос: Хотела тут кое-что купить пряжа 100 меринос купить Подскажите пожалуйста кто что слышал об этом маказине ? ?м можно доверять? Кто где пряжу еще берет?
  • 23:59 - Müəllif: KristinaPlernMB
    Hüquqşunas məsləhəti (542)

    Hüquqşunas məsləhəti

    Adamlar. Evde kimse yok mu? Belirli bir soru için yönetici ile iletişime geçebilir miyim? Web sit aenizle ilgili bir sorunum var
  • Hadise bu geyimlərinə pul ödəmir-FOTO

    Belə də bilirdim. o qədər pulu verməzdi
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış