B.Sadıqov vurğulayıb ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndə ölkə geridə qalmış, tanınmamış aqrar respublika idi. Kənd təsərrüfatında məhsuldarlıq olduqca aşağı düşmüş, neft sənayesi tənəzzülə uğramışdı. Xalqın yaşayış səviyyəsi isə heç də ürəkaçan deyildi: "Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü. İlkin olaraq Azərbaycan xalqını səfərbərliyə almağı, insanlarda ruh yüksəkliyi və gələcəyə inam yaratmağı bacardı. Neft sənayesinin böhrandan çıxarılmasına və bu sahəyə əsaslı dövlət vəsaiti qoyulmasına, neft-kimya və neft-maşınqayırma sahələrinin inkişafına nail oldu. Kənd təsərrüfatında dönüş və dirçəliş yaratdı, məhsuldarlığın və məhsul istehsalının sürətli inkişafını təmin etdi. Ölkədə elmin və təhsilin yüksəlməsinə böyük diqqət yetirildi, yeni ali məktəblər açıldı və beləliklə Azərbaycan keçmiş ittifaqın ən tanınmış və inkişaf etmiş respublikalarından birinə çevrildi".B.Sadıqov qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycandan kənar düşməsi respublika üçün də ağır fəsadlar törətdi: "20 Yanvar faciəsi baş verdi, imperiyasevər qüvvələr Azərbaycanın itaət boyunduruğunda saxlanılmasından ötrü "Qarabağ problemi" adlı məkrli planın həyata keçirilməsinə başladılar, Qarabağ torpaqları kəndbəkənd, şəhərbəşəhər işğala məruz qaldı, Xocalı, Qaradağlı, Bağanis-Ayrım və digər soyqırımılar törədildi. Azərbaycanın artıq bir dövlət kimi mövcudluğu sual altında idi, o, keçmişdəki kimi xırda xanlıqlara parçalanma, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qalmışdı".Baş redaktor qeyd edib ki, bu məqamda Azərbaycan xalqı öz müdrik qərarını bildirdi, sadiq və sınanmış oğlunu yenidən ölkə rəhbərliyinə dəvət etdi: "Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı qurtuluş missiyasının başlanmasının, Azərbaycanın müstəqilliyinin dönməzliyə və əbədiliyə çevrilməsinin, dünya birliyinin bərabərhüquqlu üzvləri sırasına inteqrasiyasının startına çevrildi. Heydər Əliyev eyni vaxtda bir neçə problemlə məşğul olaraq onların uğurlu həllini təmin edə bildi, əliyalın silahlı dəstələr üzərinə gedərək onları zəkasının gücü ilə zərərsizləşdirməyi bacarırdı, ölkədə möhkəm və dönməz sabitlik yaratdı".B.Sadıqov əlavə edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı, Azərbaycan Avropa Şurasına üzv seçildi: "Bütün bunları ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən doğan tərcümeyi-halıdır. Bütün bunlar həm də müstəqil və müasir Azərbaycanın yeni tarixidir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
240 metr hündürlükdə ip üzərində gəzdi - dünya rekordu qırdı
Hərbi ekspert: “Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” - VİDEO
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
Analar bu dəbi yaymağa başladılar
Göz ətrafına qulluq
Hadisənin 5 gözəllik sirri
Miomaya qarşı əlac
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
2020 Nyu-York moda həftəsi
Avropaya getmək artıq daha asan olacaq
Günün ulduz falı - 08.12.2013
Doğuş sonrası depressiya
Dünyanı böyük sürpriz gözləyir
Rusiya üçün bədbin proqnoz
Səlcuq Bayraktardan Şuşa təbriki: “Şükürlər olsun Rəbbimizə”
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Facebook istifadəçiləri – ehtiyatlı olun
Adriana Lima artıq çəkisi ilə diqqət çəkib-FOTO
Bu qəzet səhvən nazir nömrəsini yayımladı
Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü
Bu günün tarixi (03.09.2014)
Bakıda "çolaq" işıqfor
Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirildi
Leysan qiymətlərə də təsir etdi
2014-cü ilin ev dizaynları
Bütün yaz dəbli görünməyiniz üçün nümunələr
Hava haqqında
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Dövlət qulluqçularına xoş xəbər
Şokoladlı konfet (foto resept)
Toydan sonra ilk işi bu oldu - FOTO
Kişi olmaq daha yaxşı imiş
Dünyanın ən uzun pilləkənlərı (2)
160 cütlük 02.02.2020-ci ildə nikaha girdi - İLK
Hər bir işdə bir xeyir varmış
İxtisas seçimi başladı
Dodaq yemə vərdişi
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxdu, 1nəfər öldü
Sitrus meyvələrinin şahı
Abdullah Gül Bakıya gəlir
Bakının mərkəzində nəhəng park salınır
Yerə asteroid yaxınlaşır
Dərman qəbul edərkən diqqətli olun!
Üçgözlü ilan
Tənbəlliyə qarşı təsirli həb
Hazal Kayadan gözlənilməz addım
Azərbaycanda hava şəraiti yenidən dəyişəcək
Uşaq tərbiyəsində 7 vacib məqam
Hava haqqında