Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyinin yaradılması planlaşdırılır. Qeyd edək ki, BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq.Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun Modern.az-a bildirdiyinə görə, yataqxanalar uzun müddət ağır istismarda olub və onların istismar müddəti keçib.”Biz yeni layihə təklif etmişik. Layihə hazırlanıb, yeni stilli yataqxanalar tikiləcək. Eyni zamanda bu yataqxanalarda tələbələr üçün hər cür şərait düşünülüb”.
A.Məhhərəmov yeni yataqxananın BDU-nun 100 illiyinə hazır olacağını düşünür. “Bilirsiniz ki, qarşıdan universitetin 100 illik yubileyi gəlir. BDU Azərbaycanın ilk təhsil ocağı olduğu üçün buna bütün elmi ictimaiyyət diqqət yetirir. Bizim də tədbirlər planımız var və bu plana uyğun olaraq fəaliyyət göstəririk. Təbii ki, 100 illik yubileyə yataqxanaların tikintisi dəqiq çatacaq. Bu böyük bir kompleksdir. Yataqxana tək bir korpusdan yox, korpuslar birliyindən ibarət olacaq”, - deyə rektor əlavə edib.
BDU-nin ötən əsrin 60-cı illərində inşa olunmuş tələbə şəhərciyi artıq istifadəyə yararsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. Modern.az-ın məlumatına görə, BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. Binaların layihəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən universitetin xüsusi arzu və istəkləri səviyyəsində hazırlanıb. Təxminən 200 milyon manat dəyərində ehtimal edilən layihədə tələbələrin rahatlığını təmin edən hər bir şey nəzərdə tutulub.Layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6-mərtəbəli olacaq.Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.Qeyd edək ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər buradan Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki yeni şəhərciyə köçürülüblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
“Silahlı Qüvvələrin yardım kampaniyalarına ehtiyacı yoxdur”
Ən sürətli internet haradadır?
''İlan'' salatı
ABŞ neft idxalını azaldıb
Təmiz nəfəs - insult, infarkt
Doktoranturaya qəbul imtahanları ilə bağlı DETALLAR
Pilates topuyla doğuşu asanlaşdırın
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Pəhriz saxlasanız da arıqlamırsınız?
Yuxular haqqında nə bilirik?
Uşaq ayaqqabıları 2
Hansı meyvə suları ürək üçün faydalıdır?
İstirahətə tələsin
Analar üçün asan üsullar
Qəbul imtahanlarında ən yüksək nəticəni hansı məktəblər göstərir?
Rəngarəngliyi sevən xanımlara
“Wi-Fi” şəbəkəsini necə genişləndirmək olar? - Yeni kəşf
Qeybətin mənfi tərəfləri
Mobil telefonun övladınıza vurduğu zərbələr
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq...
Azərbaycanda qar yağdı
Tibb tarixində bir ilk-FOTO
Fatih Terim: "Oyunçularım buna hazırdırlar"
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Ən istedadlı bürclər hansıdır?
Məşhur aktrisa yandırılmaq istəyib-FOTO
“Günü gündən aşağı düşür” - Ətin qiyməti ucuzlaşdı
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Görən, dadbilən bitkilər(2)
Dünyanın ilk robot vətəndaşı ailə qurmaq istəyir - Video
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
Yayın son günləri Azərbaycanda hava necə olacaq?
Yerətrafı orbiti ən çox çirkləndirən ölkə
Rəngli jele (foto resept)
Uzun və gur kirpiklərə sahib olun
İti üçün 20 dəqiqə anakonda ilə döyüşdü - VİDEO
Azərbaycanda Dağıstanın mədəniyyət günləri keçiriləcək
Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?
Daha iki medalın statusu məlum oldu
Ordumuz şəhid verdi
Uşaq bağçaları yoxlanıldı
TQDK bu bakalavrlara müraciət etdi
UEFA-dan yeni format
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
Ermənilərə dərs
Antibiotiklər: yanlış fikirlər və reallıq
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Beyni sökən telefonlar
Magistr olmaq istəyənlər üçün xəbər var