Azərbaycanda ekstrakorporal mayalanma (süni mayalanma) əhalinin müəyyən təbəqəsi üçün pulsuz həyata keçirilə bilər.Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu məsələnin öz əksini tapdığı "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəyə çıxarılması təklif edilib. Layihədə reproduktiv texnologiyanın tətbiqi ilə ekstrakorporal mayalanmanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi təklif edilir. Bu əməliyyatın olduqca bahalı olduğunu deyən M.Quliyev deyib ki, bu işin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi çox vacibdir. Ancaq ekstrakorporal mayalanma dövlət büdcəsi hesabına sosial cəhətdən zəif müdafiə olunan əhali qrupuna tətbiq edilməlidir. Digər tərəfdən, icbari tibbi sığorta sistemi tətbiqi edilərsə, onda ekstrakorporal mayalanma icbari tibbi xidmətlər paketinə də daxil edilə bilər.M.Quliyev deyib ki, Maliyyə Nazirliyi icbarı tibbi sığorta sistemi tətbiq edildikdən sonra dövlət vəsaiti hesabına ekstrakorporal mayalanmanın həyata keçirilməsini istəyir: "Biz isə deyirik ki, qanun qəbul olunsa, ekstrakorporal mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi mexanizmi tam işə düşsün. Bu, heç olmasa, sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslər üçün tətbiq olunsun. Qalan şəxslər üçün isə bu xidmət icbarı tibbi sığorta paketində təklif edilsin. Hazırda bununla bağlı müzakirələr aparılır".Layihədə razılaşdırılmayan məqamların olduğunu nəzərə çatdıran M.Quliyevin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi layihədəki donorluq məsələsindən narazı qaldığı üçün yaz sessiyası dövründə komitəyə etiraz məktubu göndərib. "Bu layihə yaz sessiyasının gündəliyində olsa da, bu səbəbdən gündəlikdən çıxarılıb".Komitənin sədr müavininin sözlərinə görə, 1998-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsində donorluq məsələsi bir müddəa kimi öz əksini tapıb: "İndi layihədən donorluğu çıxartmaq geriyə addım olacaq. Biz bu məsələni layihədən çıxarsaq, bu, dünya tərəfindən anlaşılmayacaq. Onlar fikirləşəcəklər ki, Azərbaycan dini dövlət olurmu?Komitənin sədr müavini qeyd edib ki, "Ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində ən gərəkli və təxirəsalınmaz məsələ selektiv abortların qadağan olunmasıdır.Onun sözlərinə görə, hamiləliyin 12-ci həftəsindən sonra abortların yalnız konsiliumun qərarı ilə həyata keçirilməsi, uşaqların cinsinə görə ultrasəs müayinəsinin aparılması təklif olunur. Ancaq bu məsələ ilə bağlı bir istisna var. Bu istisna isə ondan ibarətdir ki, uşaqda irsi genetik xəstəlik olduqda cinsə görə müayinənin aparılmasına icazə verilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
Toyuq buğlama (foto resept)
Möhtəşəm ziyafət donları
Hissləri güclü olan insanların ən diqqətə çarpan 17 xüsusiyyəti
Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Əsl məhəbbət necə olur?
Redaktor brauzerdə işə salındı
Saç tökülməsinə mane olan qidalar
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Avropa İttifaqı Gürcüstanı təhlükəsiz ölkələr siyahısından çıxardı
2 mindən çox əcnəbi qaydaları pozub
Tarkan şahzadə ilə qonşu olacaq
Solyari dəri xərçəngi əmələ gətirir?
Mina partladı: 5 hərbçi yaralandı
Hava ilə bağlı vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
Xəzərdə zəlzələ olub
Ermənistan Rusiyadan niyə uzaqlaşır?
Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
BÜRCLƏR bizə nə vəd edir?-5 Oktyabr
Ermənistan prezidenti koronavirusa yoluxdu
İşğaldan azad edilmiş Qubadlı ilə bağlı yeni qurum yaradıldı: Rəis təyin olundu
Suçiçəyi xəstəliyi
Koronavirusla bağlı SON STATİSTİKA
Dilan Çiçeyin arıqlamasının səbəbi bəlli oldu-FOTO
Üzdə məsamələri bağlayan maska.
Azərbaycanda zəlzələ olub
Ev üsulu "Twix" şokoladı (foto resept)
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
15 dəqiqəlik görüşünü hərraca qoydu
Şəhər sakinləri Ərdoğanı kəfənlə qarşıladılar
"Kök deyiləm sümüklərim ağırdır"
Putin Lukaşenkonu Moskvaya çağırdı
İlin ilk günəş tutulması belə olacaq
Sabah çətir götürməyi unutmayın
4 qollu, 4 ayaqlı uşaq doğuldu - FOTO
Venesiya kinofestivalının qalibləri məlum oldu - SİYAHI
Saxta kölgələr
Ronaldu hönkür-hönkür ağladı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ramazanda 5 möcüzəvi qida
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Sosial şəbəkələrdə yayılan video ilə bağlı - Aeroportdan açıqlama
Tezliklə arıqlamağı vəd edən pəhrizlər əslində necə işləyir
Sabah Bakının bu hissələrində qaz olmayacaq
Əhya gecələri nə zamandır?
Sabahın HAVAsı
Türkiyədən Qarabağ BƏYANATI
Saçaqlı geyimlər
Tarkan atalığa indidən hazırlaşır