Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Mənbə: Trend.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə
- ŞƏRHLƏR