Bakıda hava
USD AZN
EUR AZN
27 yanvar 16:13Nermin_Guler Hər kəsə salam. bu gün yaz havası var
41353

Əksər smartfonlar mühafizə olunmur

 

Mobil əməliyyat sistemləri üçün virusların sayının daima yüksəlməsinə və haker hücumlarının artmasına baxmayaraq hazırda smartfonların əksəriyyəti kənar müdaxilədən mühafizə olunmur. “Juniper” tədqiqat şirkətinin nümayəndələri vəziyyəti təhlil etdikdən sonra bu qənaətə gəlib.Şirkətin hesabatına əsasən, mobil qurğuların təxminən 80 faizi – smartfon və planşetlər birlikdə hələ də zərərli proqram təminatından və kompüter müdaxilələrindən mühafizə olunmur.Milli.Az ICTnews-a istinadən bildirir ki, göstərilən 80 faizə korporativ seqment daxil olmaqla bütün planşet və smartfonlar daxildir. Analitiklərin fikrincə, bunun bir neçə səbəbi var, lakin əsas səbəb istifadəçilərin hələ də mobil qurğuların işi üçün yazılan virus və digər zərərli proqramların hansı təhlükə törətməsini dərk etməmələrindədir.Smartfon və planşet sahibləri fərdi kompüterlərlə sadəcə paralellər aparmırlar. Bundan başqa, istifadəçilərin bu məsələdə göstərdikləri süstlük də böyük rol oynayır. Belə ki, “iOS” və “Android” əməliyyat sistemlərinin yenicə işıq üzü gördükləri vaxtda onlar antivirus və proqram təminatı olmadan işlərini apara bilirdilərsə, hazırda heç nə dəyişmədiyindən yenə də bunu edə bilərlər.Antivirus əlavələrin və fərdi məlumatların mühafizəsinin əhəmiyyətini başa düşənlər əksər hallarda hesab edirlər ki, smartfon və planşetlər üçün belə proqram təminatının dəyəri çox bahadır və buna görə onlar yeni videooyuna bir neçə dollar xərcləməyə üstünlük verirlər, - “3DNews www.3dnews.ru” yazır.
Mənbə: Milli.Az
Səslərin sayı: 1
2
1060
Şərhlər
Offline
Fatma xanım
Hə bu yaxşı proqramdı buaradada olsaydə əla olardı
4 noyabr 2014 11:39
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Togrul Amirov
tewekkurler:))))))))
14 oktyabr 2013 23:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış