Bakıda hava
USD AZN
EUR AZN
10:05Sima salam hamiya necesiz 09:06Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41332

Bütün Qafqazın şeyxi Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Paşazadə hamını dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, Allah rizası üçün kəsilən qurbanların, dua və ibadətlərin Haqq dərgahında qəbul olunmasını diləyib:"İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı iki gün bayram etmək səadəti nəsib olub. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar".Şeyx qeyd edib ki, Azərbaycan dövlətinin həyatında mühüm hadisə - Prezident seçkiləri dönəmində müqəddəs Həcc ziyarətində olan zəvvarların öz seçki hüquqlarını məhz mübarək məkanda həyata keçirmələri Allahın dövlətimizə və onun rəhbərinə olan lütfü və mərhəmətidir. Bu, Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır:"Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik".A.Paşazadə vurğulayıb ki, valideyinlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir: "Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!"

 

Mənbə: Milli.Az

Səslərin sayı: 0
3
1320
Şərhlər
Offline
aysel ismayilova
Allah butun insanlarin bayramini tebrik etsin
5 may 2014 13:56
Offline
Ayka S
SAGOLSUN EZİYYET CEKİB
16 oktyabr 2013 18:35
Offline
Ulker.Agamali
Allah kesilen qurbanlari qebul etsin AMIN
14 oktyabr 2013 21:07
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış