Bakıda hava
USD AZN
EUR AZN
10:02Xəyalə Murad Dünən demişdim))) 09:56Sima qara heveslendik amma olmadi))) 09:55Sima sabahiz xeyir necesziz 09:01Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41349

Mixeil Saakaşvili prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri cənab Prezident, əziz dost! Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi təbrikimi qəbul edin. Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix də dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən böyük etimad və etibardır. Buna isə ölkənizin inkişafı və rifahı üçün göstərdiyiniz böyük əzm və yorulmaz fəaliyyətiniz səbəb olmuşdur. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə də postsovet məkanındakı ölkələr üçün də mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olmuşdur.Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə də məhsuldar şəkildə davam edəcəkdir.Fürsətdən istifadə edərək, dərin hörmətimi ifadə edir və bir daha gürcü xalqı və şəxsən öz adımdan Sizi təbrik edirəm. Ali dövləti vəzifəsində Sizə uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram. 

 

Mənbə: Milli.Az

Səslərin sayı: 0
0
957
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış